Fransanın Strasburq şəhərində baş verən atışma nəticəsində 3 nəfər həlak olub.
Modern.az xəbər verir ki, ölkənin daxili işlər naziri Kristof Kastaner bildirib ki, silahlı şəxsin insanları atəşə tutması nəticəsində 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Atışma şəhərin mərkəzində təşkil olunmuş Milad bazarında baş verib.
Cinayətkarın axtarışları davam edir.
***
Fransanın Strasburq şəhərinin mərkəzində atışma baş verib.
Modern.az xəbər verir ki, bu haqda "Reuters" agentliyi məlumat yayıb.
Atışma nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərinsə yaralandığı bildirilir.