Arxiv
16 Yanvar 2019, 16:36 | ƏDƏBİYYAT
“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi 

Azərbaycan ədəbiyyatının klassiklərinin yaradıcılığının tədqiqi, təbliği və nəşri istiqamətində ardıcıl fəaliyyət göstərən "Kaspi” qəzeti "Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə "Nəsimi ili” çərçivəsində "Əbədiyyət günəşi” adlı yeni məqalə müsabiqəsinə start verir.

 

Modern.az xəbər verir ki, bu il Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasından 650 il keçir. Azərbaycan ədəbiyyatına daim diqqətlə yanaşan, imzaladığı fərman və sərəncamlarla klassiklərimizin irsinin ölkəmizdə və dünyada tanıdılmasına böyük töhfələr verən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2019-cu ili "Nəsimi ili” elan edib. 

 

"Nəsimi ili” çərçivəsində keçiriləcək "Əbədiyyət günəşi” adlı yeni məqalə müsabiqəsinin şərtlərini təqdim edirik.

 

Müsabiqəyə əsər qəbulunun şərtləri:

 

Müsabiqəyə elmi və publisistik məqalələr qəbul edilir  Təqdim edilən əsərlər [email protected] elektron ünvanına göndərilir. Elektron məktubda müəllifin əlaqə nömrəsinin qeyd edilməsi vacibdir.

 

Daha öncə dərc və çap olunmuş əsərlər müsabiqəyə qəbul edilmir.

 

Müsabiqədə iştirak edəcək namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

 

Məqalələrin həcmi 5.000-30.000 (beş-otuz min) işarə (probelsiz) olmalıdır.

 

Müsabiqəyə əsər qəbulu 2019-ci ilin 21 yanvarından, həmin ilin 20 mayına qədər davam edəcək.

 

Müsabiqənin mükafatlandırılma mərasimi 2019-cu ilin oktyabr ayında keçiriləcək.

 

Müsabiqənin mükafat fondu:

 

Mükafat diplom və puldan ibarətdir.

 

I yer – 1000 (min manat) manat – (bir yer)

 

II yer – 700 (yeddi yüz) manat – (bir yer)

 

III yer – 500 (beş yüz) manat – (bir yer)

 

Həvəsləndirici mükafat – 150 (yüz əlli manat) manat – (altı yer)

 

Müsabiqəyə təqdim olunan əsərlər üçün lazımi sənəd:

 

Şəxsiyyət vəsiqəsinin surəti.

 

Müsabiqənin iş prosesi:

 

Məqalələr nömrələnmiş qaydada (imzasız) mükafatın işçi qrupuna (ekspertlərə) təqdim edilir. İşçi qrupu ən yaxşı 20 əsəri seçib münsiflər heyətinin üzvlərinə təqdim edir.

 

Qalib əsərlərin sonrakı seçimi iki mərhələ üzrə aparılır: Birinci mərhələdə 20-likdən 10-luq seçilir. İkinci mərhələdə isə qaliblər müəyyən edilir.

 

Əsərlər 1-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir.

 

Sonda ən yaxşı məqalələr kitab halında nəşr ediləcək.

 

Qeyd: Müsabiqə ilə bağlı suallarınızı [email protected] elektron ünvanına yaza və ya (012) 537-16-57 nömrəsinə zəng edərək bildirə bilərsiniz.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü 6 Dekabr 2019, 21:39 ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48 BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb   6 Dekabr 2019, 17:46 Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir 6 Dekabr 2019, 17:38 Binəqədidə ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 17:34 Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB 6 Dekabr 2019, 17:33 Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır - Nazirlik 6 Dekabr 2019, 17:30 Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir 6 Dekabr 2019, 17:27 MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI 6 Dekabr 2019, 17:10 Prezident və birinci xanım gənclərlə selfi çəkdirdilər - FOTOLAR 6 Dekabr 2019, 16:57 İstirahət günləri üçün hava PROQNOZU 6 Dekabr 2019, 16:54 Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR 6 Dekabr 2019, 16:51 “Məni bu sahəyə kimya müəllimim həvəsləndirdi” - Olimpiadalar qalibi 6 Dekabr 2019, 16:49
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?