Arxiv
18 Yanvar 2019, 14:22 | AKTUAL
Avropalıların “Rədd olsun bir pors, yaşasın yarım pors!” sərsəmliyinə qahmar çıxması

Elməddin Behbud

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətli ölçüdə dərinləşdirilməsini ehtiva edən və bu il imzalanması gözlənilən sazişlə bağlı aparılan danışıqların normal məcrada inkişafından narahat olan antiazərbaycan qüvvələrin varlığı heç kimə sirr deyil.

Bunlar demək olar ki, fasiləyə çıxmadan çalışırlar. Sadəcə biz bu cinahın bəzən yaxın, bəzən də uzaq məsafədən açdığı atəşin səsini eşidirik. Mövzuyla bağlı vurğulanması vacib olan bir neçə önəmli məsələ var. Bunlarla bağlı fikirlərimi geniş şəkildə yazmağa xüsusi ehtiyac görmədiyimdən sadəcə bir neçə məqamın üzərində dayanacam. Regionda geosiyasi aktorların gedişlərini davamlı izləyənlər yaxşı anlayır ki, ölkəmizlə münasibətlərin pisləşməsinə xidmət edən bolşeviklərin Azərbaycanı işğal etdikləri ilk dövrlərdə irəli sürdükləri "rədd olsun papaq, yaşasın kepka" devizindən daha məntiqsiz görünən "rədd olsun bir pors, yaşasın yarım pors" sərsəmliyi və prinsipsizliyilə ilə "aclıq" aksiyası keçirdiyi iddia olunanın müdafiəsi üçün qəbul olunduğu deyilən dünənki qətnamə heç Avropa İttifaqının da mənafeyinə xidmət etmir. Bu baxımdan məlum qətnamənin qəbulu bir yandan Avropa Parlamentinin deputatlarının birtərəfli qaydada və yanlış informasiya vasitəsilə yönləndirilməsindən qaynaqlanırsa, digər tərəfdən isə məlum "aclıq aksiyası" şousunun öncədən planlaşdırıldığının və müvafiq lobbi qruplarının məqsədyönlü fəaliyyətindən irəli gəlir. Bu əsnada təbii ki, beşinci kalonun fəallığını artırmasını da diqqətdən kəbarda qoymaq olmaz.
Doğrudur, real faktlara, həqiqətə söykənəcəyi halda fərdi qaydada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çağırışları hardasa normal qəbul etmək (bunun təzyiq alətinə çevirilməməsi şərtilə) olar. Ancaq heç kim məni və eləcə də ictimaiyyətimizi 30 ilə yaxın müddətdə məcburi köçkün olan bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistanın cinayətkar hakimiyyətinə qarşı sanksiya tətbiqindən yayınan bir qurumun bu tip qərarlarının səmimiyyətinə inandıra bilməz! 
Rəsmi qurumların açıqlamalarını bir kənara qoya bilərik, bəs Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstromun müzakirələr zamanı etdiyi çıxışda Aİ ölkələrinin Azərbaycandakı diplomatlarının Mehman Hüseynova baş çəkdiyini və onun aclıq aksiyasını dayandırdığını deməsinin də antiazərbaycan qüvvələrin mövqeyində hər hansı dəyişikliyə səbəb olmamasını necə izah edək?! 

Əminəm ki, Cənab Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarının qorunmasıyla bağlı həyata keçirdiyi qətiyyətli siyasət dövlətimizi əl buyruqçusu rolunda görmək üçün davamlı fəaliyyətdə olan ermənipərəsət xarici dairələrin alətinə çevrilənlərin iştirak etdiyi bu "layihəni" də uğursuzluqla bitirəcək və Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq. Bu birmənalıdır! Ancaq bir məsələnin üzərindən sükutla keçsəm olmaz. Qətnamədə xüsusi vurğulanan məqamlardan biri də ölkəmizdə LGBT "icma"sı adlanan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müddəanın olmasıdır. Görəsən Azərbaycan əlehinə qəbul edilən hər bir sənədi doğum günləri kimi sevinclə qeyd edən radikallar bu qətnamənin hansı tələbinə görə daha çox şad olublar?!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə ağır yol qəzası - VİDEO 5 mart 2021, 23:25 Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları köçürüldü  5 mart 2021, 23:16 “Ukrayna və Gürcüstan NATO üzvü olacaq” - Baş katib 5 mart 2021, 23:08 “Biz təkcə yeddi rayonu azad etməmişik” - İlham Əliyev 5 mart 2021, 23:00 “Muğan Bank”da yanğın - FOTO 5 mart 2021, 22:51 Dünyada qum qıtlığı gözlənilir 5 mart 2021, 22:38 Pakistan Hava Yolları Bakıya birbaşa uçuşlara başlıyır 5 mart 2021, 22:25 YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI 5 mart 2021, 22:11 Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq - Prezident AÇIQLADI 5 mart 2021, 21:59 BP şirkətində yeni təyinat 5 mart 2021, 21:48 Mübariz Mənsimovun azadlıqdan ilk videosu 5 mart 2021, 21:34 Prezident Tofiq Nağıyevi təltif etdi 5 mart 2021, 21:21 İlham Əliyev: Bir neçə partiyanın YAP-a birləşməsi partiyamızı gücləndirəcək - TAM MƏTN 5 mart 2021, 21:10 “Real Madrid” Ronaldoya qanunsuz ödəniş edib 5 mart 2021, 20:59 XİN məlumat yaydı 5 mart 2021, 20:48 İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi 5 mart 2021, 20:41 Mingəçevirdə məktəbli oğlan itkin düşdü - FOTO 5 mart 2021, 20:30 Ceyhun Bayramov Zoltan Hernyeşlə görüşdü - FOTO 5 mart 2021, 20:17 Zirehli maşınlar təlimə çıxarıldı - VİDEO 5 mart 2021, 20:04 Türkiyə və Yunanıstan hərbçiləri danışıqlar apardı 5 mart 2021, 19:55 Ermənistan ordusunun Baş Qərargahından növbəti AÇIQLAMA 5 mart 2021, 19:43 Gəncədə miktoavtobus aşıb, yaralılar var 5 mart 2021, 19:35 TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir 5 mart 2021, 19:24 Neft qiymətləri 70 dolları keçə bilər 5 mart 2021, 19:17 Bakının bu küçə və prospektlərində tıxac var - SİYAHI 5 mart 2021, 19:05 Ərdoğan Merkellə videoformatda görüş 5 mart 2021, 18:55 Ötən ay 70 diplomun tanınmasından imtina edilib 5 mart 2021, 18:47 İsveçdə "vaksin pasportları" verilə bilər 5 mart 2021, 18:38 Saakaşvili vəzifəsindən AZAD EDİLDİ 5 mart 2021, 18:23 Nəsir İmanquliyev yad edildi   5 mart 2021, 18:16 Qazi və şəhid ailələrinin evinə qaz verildi - VİDEO 5 mart 2021, 18:08 “Gənclər üçün YAP-ın rəhbərliyinə qapı açılıb” - Şahlar Əsgərov 5 mart 2021, 18:01 Prezident fərman İMZALADI 5 mart 2021, 17:48 YAP-ın Nəzarət-təftiş komissiyasının yeni tərkibi - SİYAHI 5 mart 2021, 17:42 Dolların 4 günlük MƏZƏNNƏSİ 5 mart 2021, 17:36