Arxiv
31 Yanvar 2019, 10:06 | DİASPOR
Amerikalıları heyrətləndirən azərbaycanlı rəssam - Məşhur nəslin davamçısı

Rəsmlər lal-kar olur, amma insanı danışdıra bilirlər. Gözəl rəsm görəndə tamaşaçı istər-istəməz- "Əhsən!" deyərək, heyrətini gizlədə bilmir. Onun da çəkdiyi rəsmlər insanları danışdıran əsərlərdir…

Bəli, gözəl rəssam olmaq üçün anadan rəssam doğulmaq lazımdır. Əgər rəssam rənglərin dilini tapıb onlarla dost ola bilmirsə, fırçanı ram etməyi bacarmırsa, onun çəkdiyi rəsmlər də adi olur…

Haqında söhbət açdığım Könül xanım məşhur Azərbaycan rəssamı Bəhruz Kəngərlinin nəslindəndir. Deməli, bu istedad ona qanla ötrülüb, dünyaya rəssam kimi gəlib…

Könül Kəngərli Sumqayıtda anadan olub. 2007-ci ildə həmin şəhərin 12 nömrəli orta məktəbini bitirib və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunub. 2011-ci ildə orada bakalavr, 2014-cü ildə isə magistr dərəcələrinə yiyələnib. O vaxtdan müstəqil rəssam kimi fəaliyyətə başlayıb. Azərbaycanda, Türkiyədə, Serbiyada keçirilən sərgilərdə əsərləri ilə iştirak edib, eləcə də müştərilərin sifarişi ilə rəsmlər çəkərək fərdi bizneslə də məşğul olub…

…Deyir ki, "Xahiş edirəm, bunu xüsusi qeyd edəsiniz. Sumqayıt Uşaq Yaradıcılıq Mərkəzində ilk müəllimim rəssam Murad Kərimov olub. Fırçanı necə tutmağı o, mənə öyrədib. Anam Günəş Kərimovanın da üzərimdə əziyyəti az deyil. Gözümü açıb, onun ekibana, daşları rəngləyərək mozaika yaratdığının şahidi olmuşam. Bu mənim həyatımda mühüm rol oynayıb"…

...2017-ci ildən ABŞ-a gəlib. Qısa müddətdə xeyli uğurlara imza atıb. Rəssamlığa, rəssama yüksək qiymət verən Amerika cəmiyyəti onun da dəyərini verə bilib. Əsərləri bestseller olub, yüksək qiymətə alınıb…

…Texasda olarkən, ilk dəfə əsərlərini Galveston adasında fəaliyyət göstərən rəsm qalereyasına təqdim edib və çox rəğbətlə qarşılanıb. Orada Könül xanımdan hansı ölkədən gəldiyini soruşanda, fəxrlə ölkəmizin adını çəkərək, amerikalılara tanıtmağa çalışıb. Bir müddət sonra ailəsi ilə Nyu Yorka gəlib. Burada ABŞ-ın ən böyük online əl işləri platformasında iki dükan açıb və 2018-ci ildə əsərləri ən çox satılan rəssam kimi tanınıb. Həmin il çəkdiyi 16 fərqli əsərini ondan dəfələrlə sifariş ediblər…

...Arzuları böyükdür, istəyir ki, qısa müddətdə Manhettenda bir rəsm qalereyası açsın. Orada həm şəxsi emalatxanasını və eləcə də Azərbaycan rəssamlarının, öz rəsmlərinin satışını təşkil etməyi planlaşdırır…

…Deyir ki, "Azərbaycanda mənim kimi, məndən də istedadlı gənc rəssamlar çoxdur. ABŞ-a gələndən sonra gördüm ki, bizim rəssamlar heç də amerikalı rəssamlardan istedadsız deyillər. Amma Azərbaycan bir ölkə kimi balaca olduğundan burada yüksək nəticələr əldə etmək şansı çox azdır. Amerikada isə rəssamlar üçün hər bir şərait var. Dünya səviyyəli sərgilərə qatılmaq imkanı isə həmişə səninlədir"…

…Çox təvəzökar, səmimi, gülərüz bir xanımdır. Bir çox rəssamlar kimi o da xəyalpərəstdir. Xalq mahnılarımızı çox sevir. Klassik musiqinin, geyimlərin, əntiq əşyaların vurğunudur. Dediyinə görə, bunlar onu ilhama gətirir…

...İllər ötəcək, ürəyi Azərbaycanla döyünən Könül Kəngərlinin Amerikada qazandığı uğurları bütün dünyaya səs salacaq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54 Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ 14 Dekabr 2019, 20:36 Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO 14 Dekabr 2019, 20:19 "3-cü mikrorayon bazarı"ndakı yanğında iki avtomobil yandı 14 Dekabr 2019, 20:03 Bakının bu ərazisində işıqlar söndürüldü 14 Dekabr 2019, 18:52 AMİP deputatlığa namizədlərinin adlarını açıqladı - Etibar Məmmədov SİYAHIDA yoxdu 14 Dekabr 2019, 18:44 Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma... 14 Dekabr 2019, 18:41 3-cü mikrorayon bazarındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 14 Dekabr 2019, 18:27 3-cü mikrorayon dairəsi BAĞLANDI - BNA sürücülərə müraciət etdi 14 Dekabr 2019, 18:21 MSK parlament seçkilərinin müşahidəsi üçün beynəlxalq təşkilatlara dəvət göndərib 14 Dekabr 2019, 17:54 “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verildi - FOTO 14 Dekabr 2019, 17:47 Ölkədə 500-dən çox abidənin təmirə ehtiyacı var - RƏSMİ 14 Dekabr 2019, 17:38 MSK: 125 deputat yerinə 268 şəxs namizədliyini irəli sürüb 14 Dekabr 2019, 17:26 İlham Əliyev krala məktub göndərdi 14 Dekabr 2019, 17:11 Polis Cəlilabadda xüsusi əməliyyat KEÇİRDİ 14 Dekabr 2019, 17:05 Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi 14 Dekabr 2019, 16:57 İlham Əliyev 60 yaşlı icra başçısı ilə bağlı sərəncam verdi 14 Dekabr 2019, 16:43 Xaçmazda silsilə oğurluq edən şəxs saxlanıldı 14 Dekabr 2019, 16:36 Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirdi - FOTO 14 Dekabr 2019, 16:27 Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil verildi 14 Dekabr 2019, 16:16 Pənah Hüseyn seçkilərə qatılmayacaq: “Qərarım qətidir” 14 Dekabr 2019, 16:09 Müxalifət partiyaları seçki bloku yaradacaq? 14 Dekabr 2019, 15:49 Elvin İsayev Azərbaycana deportasiya edildi - RƏSMİ 14 Dekabr 2019, 15:24 Təbriz Qasımov dünya çempionu oldu - FOTO 14 Dekabr 2019, 15:13