Arxiv
4 Fervral 2019, 00:41 | ƏDƏBİYYAT
Sehrli çubuğun qüdrəti...  

Firuz MUSTAFA


Niyazi cavanlığında peşəkar idmanla məşğul olmuş, ştanq qaldırmış, hətta, bu sahədə ölkə çempionu olmuşdu. Sonralar idmandan uzaqlaşsa da, maestro özünü daim ağır “yük” altında hiss edirdi; o, Azərbaycan musiqisinin yükünü çəkirdi. Sanki onun üzərinə tarixi bir missiya, ağır bir yük qoyulmuşdu və o, musiqimizin şöhrətini dünyaya yaymalı idi. O, bu işin öhdəsindən vicdanla gəldi...

 

Maestro iki ölkənin səhnəsində eyni adlı iki operanın dirijoru olmuşdu: “Koroğlu” operasının. Türk bəstəkarı Sayğunun “Koroğlu” operası İstanbulda, Hacıbəyovun “Koroğlu”su isə Bakıda Niyazinin dirijorluğu ilə səhnəyə qoyulmuşdur. Bu, bəlkə də təsadüf yox, alın yazısı idi. Iki “Koroğlu” bir qılıncla vuruşurdu. Bu “qılınc” həm də Niyazinin əlindəki sehrli dirijor çubuğu idi. Həmin çubuq misrı qılınca dönüb yağıların başına od ələyirdi... Nədənsə bəzən bizim mətbuatda Niyazinin İstanbul səhnəsində  səhvən Ü.Hacıbəyovun “Koroğlu” opersına durijorluq etdiyi qeyd edilir. Əslində isə Türkiyədə hazırlanan eyni adlı operanın müəllifi Ahmed Adnan Sayğun (1907-1991) idi. Sayğun Türkiyədə ilk milli opreranın, ümumilikdə beş operanın müəllifi və Niyazinin yaxın dostu idi.

Niyazi fitri istedad sahibi idi. Onun rəsmi fəxri adlarının, çinlərinin sayı-hesabı yoxdu. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı və s. və i.a. Bu mükafatlar sırasında biri də vardı: Ermənistanın xalq  artisti. Onu bu fəxri adı ermənilər 1962-ci ildə vermişdir – o vaxt Niyazinin 50 yaşı vardı. Həmin “diqqəti” xatırlamaqda məqsədim var. Məsələ burasındadır ki, bizim qonşular dünyada mövcud olan yaxşı nə varsa hamısına sahib olmaq şakərinə mübtəladırlar, o cümlədən, qiymətli incəsənət nümunələrinə. Ermənilərin bizim bir çox musiqi nümunələrini “özününkülışdirmək” cəhdi də sirr deyil. Bildiyimiz kimi, onlar bizim nəinki xalq mahnılarımıza, hətta, klassik və müasir musiqi nümunələrimizə belə “müəlliflik” iddiası irəli sürürlər. İş o yerə çatıb ki, bu xəstə təfəkkürlü  qonşular Üzeyir bəyin “Arşın mal alan” əsərinə də erməni “yarlıkı” vurmaq istəyirlər. Hələ 50-ci illərdə mərhum Rəşid Behbudovun böyük populyarlıq qazandığı dövrdə qonşularım onun “erməni musiqisi platformasının” üzərində ucaldığı barədə şayilələr, sayıqlamalar yayırdılar. Niyaziyə göstərilən “diqqətin” əsasında da belə bir erməni hiyləsi, erməni məkri gizlənmişdi. Və qəribədir ki, sonralar bu hiylə öz “bəhrəsini” verdi. 

Niyaziylə Sosialist Əməyi Qəhrəmanı adı verilən ərəfədə məlum oldu ki, böyük sənətkarın alı təhsil diplomu yoxdur. Maraqlı həm də burasıdır ki, Azərbaycan Dövlət Konservatoriyasının o vaxtkı rəhbərliyi Niyaziyə çoxdan layiq olduğu diplomu verməkdən imtina etdilər. Niyazi əsəbləşib Yerevan Konservatoriyasına üz tutmalı oldu. Dünya şöhrətli maestronun məhz Yerevan  Konservatoriyasının yetişdirməsi olduğunu sübut edən faktdan gözəl nə oola bilərdi?!. Bu, Niyaziyə diplom verən məktəb üçün böyük şərəf idi. Bu, ermənilər üçün göydəndüşmə bir təsadüfdü. Bu, erməni musiqiçisinin, erməni xalqının imicinun formalaşmasında yeni bir pillə idi... Nə yazıqlar ki, biz çox vaxt öz istedadlarımızın hansısa ada layiq olduqlarını başqaları təsdiq edəndən sonra etiraf edirik...

Haşiyə. Yeri gəlmişkən, bəs nə üçün Niyazinin ali təhsili yox idi? Axı onun atası Zülfüqar bəy, əmisi Üzeyir bəy uzun illər bizim nusiqi mədəniyyətimizin beşiyi başında dayanmış adamlar idi. Versiyalar çoxdur. Amma fakt faktdır. Fakt isə budur ki, Niyazi 1929-1930-cu illərdə Leninqrad musiqi texnikumunda, 1933-1934-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Fikir verdinizsə, hər iki təhsilin natamam olduğu nəzərə çarpır. Burasını da demək lazıımdır ki, diplom almaq  Niyazi üçün “texniki” bir məsələ idi. Qeyd. Niyazinin “diplom məsələsi” barədə vaxtilə istedadlı jurnalist S.Quliyevanın ətraflı araşdırması “Mədəniyyət” qəzeyində dərc edildiyinə görə bu məsələ üzərində geniş dayanmaq istəmirəm.

Bəs texnikumla konservatoriyadakı təhsil müddətinin arasında yaranan fasilə nə ilə bağlı idi? Niyazi həmin dövrdı Dağıstan Sovet Sosialist Muxtar Respublikasının təhsil komissarlığının elm, ədəbiyyat və incəsənət sektorunun müdiri olub. 

Niyazinin ailə həyatının qurulması, həm birinci və həm  ikinci evliliyi də məhz həmin dövrə təsadüf edir. Belə ki, Niyazi əvvəlcə məşhur kumık aktrisası, SSRİ xalq artisti Bariyat Muradova ilə evlənmiş, bir müddət sonra hansı səbəbdənsə bu ailə ocağı dağılmışdır. 

Böyük bəstəkar ikinci həyat yoldaşı Həcər xanımla da Makaçqalada tanış olmuşdur.  Əslən Cənubi Azərbaycandan olan Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. O vaxt Həcər xanım tələbə idi.  Gənclər elə ilk tanışlıqdan bir-birlərinə vurulurlar. Lakin nə qızın, nə də oğlanın ailəsi bu izdivaca razılıq vermirlər. Belə olan təqdirdə cavanlar gizlicə evlənir, bir müddət Ağdaşda Niyazinin qohumlarından birinin evində yaşayırlar...

Mən Niyazinin özünü həyatda görməmişdən əvvəl onu ayrı cür təsəvvür edirdim. Şəkillərdə, ekranda o, olduqca nəhəng, əzəmətli, qədd-qamətli, ucaboy görünürdü. Amma sən demə, Niyazi bəstəboy, arıq, zəif vücudlu bir adammış. Böybuxunu haqda ilkin təsəvvürlər dəyişsə də hər kəs etiraf edə bilər ki, Niyazi doğrudan da əzəmətli bir insandır. O, dirijor pultu arxasında uçuşa hazırlaşan dağ qartalına bənzəyirdi... 

Xatırmdadır, Sovet hökumətinin hökmlü vaxtı, 80-lərin əvvəllərində Qazax rayonuna sosioloji  tədqiqat aparmağa getmişdik. Bu  işin təşəbbüsçüsü Moskvadakı sosioliji araşdırmalar institutu və Mərkəzi Komitə idi. “Mərkəzdən” gələn qrupa Moskvadan gələn gənc bir “Elm məmuru” başçılıq edirdi. Bizim kiçik qrupun rəhbərliyi isə mənə həvalə olunmuşdu. Qazaxda bizi rayon partiya komitəsinin başçısı qəbul etdi.  Niyazini də orada gördük. Deyəsən, konsert verməyə getmişdilər. O vaxt dəbdə olan “məhsul bayramı” ərəfəsi idi. (Səhv  etmirəmsə, o vaxt Niyazi Filarmoniyanın direktoru idi). Axşam bizi “qonaq evində” yerləşdirməyə gətirdilər. Sən demə, artıq bizdən əvvəl Niyazi və dostları da həmin “evdə” məskunlaşıbmış. Yeni “qonaqların”, yəni bizim gəişi ilə bağlı onun özünün və rəhbərlik etdiyi orkestrin üzvlərinin yeri dəyişdirilməli olmuşdu. Bütün bunlar Kremlə, Moskvaya yarınmaq üçün bir vəsilə idi. Doğrusu, bu qeyri-etik hərəkətə görə mən bizi müşayət edən raykom nümayəndəsinə iradımı, etirazımı bildirdim. Müçayətşimiz bildirdi ki, burada onluq bir iş yoxdur, bu, MK-dan gələn tapşırıqdır. Niyazi “yuxarıdan” – Moskvadan gələn qonaqları görüb hiddətləndi, əsəbləşdi. Maestro Moskvanı, MK-nı, bir sözlə “yuxarıları və aşağıları” Azərbaycan və rus dillərində bütün “çeşidli” sözlərlə  söyüb bir-birinə qatdı. Rusların matı-qutu qurumuşdu: görəsən bu cəsarət sahibi kim idi? Biz “mərkəzdəngələnlərə”  Niyazinin kim olduğunu izah edəndən sonra onlar “ittihamlara” sakitcə qulaq asmağa başladılar. Söhbətin dalğası geniş yayıldı. Raykomun nümayəndəsi tez-tələsik özünü “hadisə yerinə” çatdırıb maestronu sakitləşdirdi. Niyazi çıxıb getdi...

Niyazinin istedadi bir çox dahi bəstəkaları riqqətə gətirmişdi. Onun ifaçılıq sənətini Şostokoviç, Sekki, Tarcan, Rudolf, Ryazanov yüksək qiymətləndirirdilər.

 

Maestro bu gün yoxdur. Lakin onun musiqisi, onun sənəti, onun obrazı milyonların ürəyində yaşayır. Onun sehrli çubuğundan süzülən melodiyalar ürəklərə axır...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Manatın üç günlük məzənnəsi 22 Noyabr 2019, 17:23 Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub 22 Noyabr 2019, 17:22 Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir - Əbülfəs Qarayev 22 Noyabr 2019, 17:10 Qidadan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, yenidən satışa çıxarırlar”   22 Noyabr 2019, 17:05 Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi 22 Noyabr 2019, 17:03  “2020-ci ildə 100-ə qədər tələbənin xaricdə təhsili maliyyələşdiriləcək” 22 Noyabr 2019, 16:59 Bakıda yük maşını körpüdən aşıb, 2 nəfər ölüb - FOTO 22 Noyabr 2019, 16:50 Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ 22 Noyabr 2019, 16:49 Yağışyağdırma sistemləri quraşdırılacaq - SƏRƏNCAM 22 Noyabr 2019, 16:38 Putin dekabrın 19-da növbəti mətbuat konfransı keçirəcək 22 Noyabr 2019, 16:33 Daha bir jurnalist bələdiyyə üzvlüyünə NAMİZƏD OLDU 22 Noyabr 2019, 16:30 Prezident Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrdı 22 Noyabr 2019, 16:29 İlham Əliyev Naxçıvanla bağlı daha bir sərəncam verdi 22 Noyabr 2019, 16:24 “Hər 3 namizəd Ombudsman olmağa layiqdir” - Hikmət Babaoğlu 22 Noyabr 2019, 16:19 Prezident Naxçıvan Nazirlər Kabinetinə 500 min manat ayrdı 22 Noyabr 2019, 16:17 Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı 22 Noyabr 2019, 16:14 Baş redaktor bələdiyyə seçkisinə qatıldı - Namizədliyi təsdiqləndi 22 Noyabr 2019, 16:09 BMU ilə Polis Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb 22 Noyabr 2019, 16:02 Bələdiyyə seçkilərinə qatılan jurnalistin namizədliyi qeydə alındı - FOTO 22 Noyabr 2019, 16:01 Ombudsman vəzifəsinə namizədlərin müzakirəsi yekunlaşdı - YENİLƏNİB 22 Noyabr 2019, 15:56 Biləcəridəki qəzada 2 nəfər ölüb 22 Noyabr 2019, 15:53 Bakıda şadlıq sarayından 5 min dollar, 2020 manat oğurlandı 22 Noyabr 2019, 15:46 Bakı-Gəncə qatarında sürət həddi artırıldı 22 Noyabr 2019, 15:40 Avro-2020-nin “Pley-off” mərhələsinin püşkü atıldı - CÜTLƏR 22 Noyabr 2019, 15:26 100 yaşlı kollec 22 Noyabr 2019, 14:57 “Mən niyə istefa verməliyəm?!” - Komitə sədrindən AÇIQLAMA 22 Noyabr 2019, 14:50 Musa Musayev “91-lər”lə bağlı narazılıq etdi, Siyavuş Novruzov CAVAB VERDİ 22 Noyabr 2019, 14:49 Goranboyda Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib   22 Noyabr 2019, 14:35 Paşinyan hökuməti 50 milyon dollar borc götürəcək 22 Noyabr 2019, 14:35 Paytaxtda iki marşrut xətti üzrə avtobuslar əvəzləndi 22 Noyabr 2019, 14:31 Pərvin Kərimzadə xankəndlilərlə görüşüb - FOTO 22 Noyabr 2019, 14:28 Mikayıl Cabbarov: Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar yatırıb” 22 Noyabr 2019, 14:13 Bakıda ERMƏNI DİLİ kursları açılır 22 Noyabr 2019, 14:04 Milli Məclis iclasın vaxtını niyə dəyişdi... - SƏBƏB 22 Noyabr 2019, 13:49 8 baş inəyi oğurlayan dəstə TUTULDU 22 Noyabr 2019, 13:45