Arxiv
4 Fervral 2019, 15:37 | MƏDƏNİYYƏT
Əlinizə aldığınız ən yüksək məbləğ nə qədər olub? - Modern.az-da yeni RUBRİKA - Maraqlı cavablar

Hər kəs gözlənilməz, bəzən cavab vermək istəmədiyi, bəzən isə cavablandırmağa çəkindiyi suallarla qarşılaşa bilər. Əgər maraqlı, düşündürücü, bir o qədər də əhəmiyyətli suallar ətrafında fikirləşiriksə, hərdən də elə suallar eşidirik ki, “nə dəxli var?” deyib, yola verməyə çalışırıq.

Modern.az saytına yeni rubrikaya start veririk. “Tərs sual” adlanın rubrikada iştirakçılar gözləmədikləri suallarla qarşı-qarşıya qalacaqlar. Qəfil suallara cavablar təbii ki, maraqlı olacaq.

Rubrikmızın ilk iştirakçıları da onlara ünvanladığımız suala cavabı xeyli düşündülər və səsləndirdilər.


Beləliklə: İndiyə qədər əlinizə aldığınız ən yüksək məbləğdə pul nə qədər olub?

Elə ilk olaraq, jurnalist həmkarlarımızdan başlayaq. Jurnalist Naibə Qurbanova deyib ki, əlinə gələn ən çox pul 10 min manat olub:

“Rəfiqəm ən etibarlı “əmanət bankı” kimi məni seçmişdi. Nominalına görə ən çox pulu həyat yoldaşım verib - 52 min - rus rublu ilə. Ən böyük qacancım isə ilk əmək haqqım idi – köhnə pulla 20 min manat, el dili ilə desək, “iki şirvan” qonorarım olub”.

Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli bir dəfə əlinə 65 min dollar alıb:

“Rusiyada yaşayan, ora vətəndaşı olan bir qohumum Bakıda mülk almaq istəyirdi. Ərazinin torpaq sahəsi də olduğundan və Azərbaycan qanunları başqa ölkə vətəndaşının torpaq almasına icazə vermədiyindən həmin mülkü mənim adıma almışdıq. O zaman mənə pul göndərmişdi, mən də həmin mülkün alınması üçün aparıb bank hesabına köçürmüşdüm”.

Millət vəkili Tahir Kərimli də səmimi cavabı ilə seçildi. Tahir Kərimlinin əlinə aldığı ən yüksək məbləğdə pul 1990-cı illərdə olub:

“İndiki manatın nominalı ilə əlimə aldığım ən yüksək məbləğdə pul 10 min manat olub. Amma 1990-cı illərdə təxminən 5 ildən artıq işləyib, qazandıqlarımdan topladığım məbləğ əski manatın nominalı ilə 100 min manat olub. Onun 83 min manatını Azərbaycan Xalq Cəbhəsi Partiyasının İsmayıllı rayon şöbəsinin rəhbərlərinə verdim. Həmin pula Ukraynadan mərmi alınıb, Azərbaycana gətirildi. O dövr Azərbaycan üçün çox çətin zamanlar idi və hərbi dəstəyə ehtiyacımız yaranmışdı. Açığını deyim, həmin pula ata-baba yurdumda ev tikmək istəyirdim. 100 min manatın 17 min manatını isə digər xərclərə  sərf etdim. Nəticədə özümə bir qəpik də qalmadı”.  

Tanınmış şair, publisist  Aqşin Yenisey:

“Bilmirəm, bu sualı nə üçün verirsiniz, madam ki, soruşursunuz, deyim. Mənim əlimdə indiyədək tutduğum ən böyük məbləğ əmimin qazancı olub - 150 min dollar. Bakıda ev almışdıq, mən uzun müddət o evdə yaşadım, Rusiyada rubl ucuzlaşanda satdıq. Öz qazandığım ən böyük məbləğ isə 5000 manat olub - bir kitabıma verilən qonorar”.

Məşhur şair Rüstəm Behrudinin sözlərinə görə, onun üçün pul önəmli bir şey deyil:

“Çünki mən kiçik şeylərə qane olan adamam! Ən çox qonorarı "Yazıçı" nəşriyyatında çap olunan, sonradan yasaqlanan "Şaman duası" kitabına görə almışdım! Dəqiq rəqəm xatırlamasam da, bir maşın alacaq qədər çox pul idi!”.

Adətən, peşəkar idmançılarımız da beynəlxalq yarışlarda Azərbaycanı təmsil etdiklərindən yaxşı qazanc əldə edənlər sırasında olurlar. Boksçu Fariz Məmmədov da dünya çempiyonluğuna qədər yüksəlmiş və yaxşı qazanc əldə etmiş idmançılardandır:

“İndiyə qədər qazandığım ən yüksək məbləğdə pul elə son döyüşümdə  aldığım məbləğ olub. Dünya çempionu olduğuma görə 100 min avro qazanmışdım. Bu günə qədər döyüşlərdən qazandıqlarımı bir yerə yığsaq, rəqəm böyükdür, amma birdəfəyə qazandığım ən yüksək məbləğ bu idi”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə əlinə aldığı ən yüksək məbləği xatırlamaqda çətinlik çəkir:

“Düzünü desəm, anidən düşünəndə adamın ağlına gəlmir ki, əlinə aldığı pul nə qədər olub. Evimiz plana düşəndə 350 min manat kompensasiya ödənilmişdi. Əvvəlki manatın nominalı ilə. Mən onu bankdan götürüb, köçəcəyimiz evin ödənişinə verdim. Əlimə aldığım ən yüksək məbləğ bu olub. Pulla bağlı fəaliyyətim olmadığına görə, yüksək məbləğ xatırlamaqda çətinlik çəkirəm”. 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əlinə aldığı ən yüksək məbləğ balıqçılıq naziri işlədiyi dövrdə aldığı maaş olub:

“Bu, o vaxtın pulu ilə təxmini 1200-1500 manat təşkil edirdi. Təbii ki, o zaman manatın nominalını nəzərdə tuturam. Amma ondan sonra elə böyük məbləğdə pul görməmişəm. Mənə əmanət edib, pulumu saxla deyən də olmayıb. Hardadır, bizdə o bəxt?!”.
 

Müğənni Elza Seyidcahan da pul barəsində nə isə deməyi, açıqlamalar səsləndirməyi xoşlamır:

“Pul gəldi-gedər bir şeydir. Əlimə dəyən ən yüksək, ən dəyərli şey  təmiz, ləyaqətli şəxsiyyətlərin əlləridir. Mənim müəllimlərimin, əzizlərimin, dəyərli, sadə insanların əllərimə dəyən nurani əlləri çox qiymətlidir. Pul isə əl çirkidir. Heç vaxt böyük məbləğ dedikdə pul yada düşməməlidir. Nurani, fəxr ediləsi şəxsiyyətlərin önəmi bizim üçün həmişə yüksəkdə olmalıdır”.

Araşdırmaçı jurnalist Təbriz Vəfalı əlinə aldığı ən yüksək məbləğdə pulu jurnalist müsabiqələrindən qazanıb:

“Keçən ilin yayında 2500 manat qazanmışdım. Əlimə aldığım ən yüksək məbləğdə pul bu olub. Bir müsabiqədə öz yerimə və başqa jurnalistlərin yerinə məqalələr yazmışdım. 4 müsabiqənin hamısında əməyim olan yazılar qalib oldu və mən qazandım”.

Nəhayət, hər katerqoriyada insanın fikrini öyrənməyə çalışdığımız üçün, tələbə dostumuza da müraciət etdik. Bakı Dövlət Universitetinin tələbəsi Səbinə Qurbanovanın indiyə qədər əlinə aldığı ən yüksək məbləğ 2 min manat olub:

“Pulu ali məktəb ödənişim üçün ailəm göndərmişdi. 1600 manatını ödənişə, digər 400 manatı isə kirayə və şəxsi xərclərimə sərf etməli idim. Bu indiyə qədər birdəfəyə əlimə aldığım ən yüksək məbləğ olub”.


P.S. Növbəti sualımızı gözləyin...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada G7 sammiti başlayır 24 Avqust 2019, 10:59 Azərbaycanın idxaldan ən asılı olduğu sahə... – Ekspert rəsmi statistikaya inanmır: “Şişirdilib” 24 Avqust 2019, 10:56 “Azəriqaz” istirahət günləri də çalışacaq 24 Avqust 2019, 10:51 Gürcüstanda azərbaycanlı tələbə suda boğulub 24 Avqust 2019, 10:47 Şəkidə baş verən yanğın da söndürül 24 Avqust 2019, 10:38 Paşinyanın məxfi hesabatı Azərbaycanın əlinə keçdi 24 Avqust 2019, 10:23 Hirkan Milli Parkında yanğın tam söndürülüb 24 Avqust 2019, 10:04 Planetin ağciyər XƏRÇƏNGİ – Həyəcan təbili çalmağın vaxtıdır 24 Avqust 2019, 09:55 Ermənilər cəbhədə snayperləri işə saldı 24 Avqust 2019, 09:40 İstirahət günləri hava necə olacaq? - PROQNOZ 24 Avqust 2019, 09:24 Xəzər dənizində zəlzələ olub 24 Avqust 2019, 09:06 Bizim “Cəbiş müəllim”! - Həkimlik oxudu, aktyor oldu 24 Avqust 2019, 08:55 Ulduz futbolçunun arvadı maşını belə idarə etdi - VİDEO 24 Avqust 2019, 00:51 “Beşiktaş” ilk qələbəsini qazandı 24 Avqust 2019, 00:34 Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar 24 Avqust 2019, 00:19 Əhməd Davudoğlunun partiyası YAP adlandırıldı 24 Avqust 2019, 00:01 Azərbaycan nefti ucuzlaşdı 23 Avqust 2019, 23:46 Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var 23 Avqust 2019, 23:30 "İnterpol" narkotik satan azərbaycanlını axtarır 23 Avqust 2019, 23:13 “Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək 23 Avqust 2019, 22:57 Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı 23 Avqust 2019, 22:39 Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44 Ərdoğan Rusiyaya gedir 23 Avqust 2019, 21:30 Putin İlham Əliyevi parada dəvət etdi 23 Avqust 2019, 21:16 Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20