Arxiv
9 Fervral 2019, 15:43 | DİASPOR
Azərbaycan və Türk diasporunun əməkdaşlığına dair konkret təkliflər hazırlanıb

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) ilə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi (YTB) arasında birgə İşçi qrupun ilk iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda 2018-ci ilin noyabrnda Ankarada Dövlət Komitəsi ilə YTB arasında əməkdaşlığa dair imzalanmış Memorandumdan irəli gələn məsələlər müzakirə olunub, konkret təkliflər səsləndirilib və onların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüşdə Azərbaycan və Türk diasporunun uzun illərdir əməkdaşlıq etdiyini deyən DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli Dövlət Komitəsi ilə YTB-nin birgə fəaliyyəti nəticəsində bu işbirliyinin daha da güclənəcəyini vurğulayıb. Qeyd edib ki, bu, erməni yalanlarına qarşı mübarizə aparmaq məqsədilə beynəxalq müstəvidə Azərbaycan və Türk cəmiyyətləri arasında koordinasiyanı gücləndirəcək.

 

YTB-nın sədr müavini Abdulhadi Turus isə təmsil etdiyi qurumun gənclərlə iş təcrübəsindən danışaraq, Türkiyədə təhsil alan əcnəbi və xaricdə oxuyan türk tələbələrin təqaüdlə təmin olunması, onların arasında koordinasiyanın qurulması işindən bəhs edib. Bundan başqa, o, xaricdəki istedadlı türk gənclərə Türkiyə dövləti tərəfindən dəstək göstərildiyini, xaircdəki türklərə yaşadıqları ölkədə onların hüquq və azadlıqları ilə bağlı təlim proqramının həyata keçirildiyini qeyd edib. A.Turus bu və digər layihələr çərçivəsində Azərbaycan diasporu ilə əməkdaşlığın daha səmərəli olacağını deyib.

 

Görüşdə qondarma erməni soyqırımı, Xocalı faciəsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birgə layihələr, Azərbaycan və Türk diasporlarının ayrıseçkilik, irqçilik və islamofobiyaya qarşı birlikdə mübarizə aparmaq məqsədilə akademik səviyyədə fəaliyyət planının hazırlanması, ortaq mədəni dəyərləri qorumaq və sosial-iqtisadi səviyyəsini artırmaq məqsədilə müştərək mədəni sosial, iqtisadi layihələrin həyata keçirilməsi müzakirə olunub.

 

İclasda bu ilin noyabrında Türkiyədə keçiriləcək Türk Diaspor Forumu çərçivəsində azərbaycanlı və türk iş adamlarının biznes forumunun təşkili, dünyadakı Azərbaycan və Türk icmasının digər xalqların diasporu ilə əlaqələrini gücləndirilməsi, bir sıra ölkələrdə yerli idarəetmə orqanlarına seçkilər zamanı ortaq namizədlərin müəyyən edilməsi ilə bağlı konkret addımların atılması, xaricdəki azərbaycanlı və türk gənclərin forumunun təşkil olunması və digər təkliflər səsləndirilib. Müzakirə olunan məsələlərlə bağlı İşçi qrup tərəfindən yaxın vaxtlarda fəaliyyət planının hazırlanması və icrası ilə bağlı razılığa gəlinib.

 

İclasdan sonra qonaqlar DİDK-nın fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə şöbələrdə əməkdaşlarla görüşüb. Onlara hər bir şöbənin fəaliyyəti, gördüyü işlər haqqında məlumat verilib.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

 

Qeyd edək ki, YTB nümayəndələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ – Türk Şurası) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramınının açılışında və Türk Şurasının Təmas qrupunun 5-ci iclasında iştiak etmək məqsədilə Bakıya gəlib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kənddən Şəhərə” yarmarkası davam edir 22 Avqust 2019, 11:19 Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub 22 Avqust 2019, 11:08 Nazilikdən yeni layihə 500 nəfər əlil kiçik biznesini quracaq 22 Avqust 2019, 11:06 Azərbaycanda xəstənin cinsi fəaliyyəti bərpa olundu - Unikal ƏMƏLİYYAT 22 Avqust 2019, 10:46 Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA 22 Avqust 2019, 10:42 Peşə məktəblərinə qəbul olunanların qeydiyyatı başlayır 22 Avqust 2019, 10:35 MiQ-29 təyyarəsinin qəza SƏBƏBİ rəsmən açıqlandı - “Qara qutu” OXUNDU 22 Avqust 2019, 10:29 Yardımlı dağlarında YANĞIN başladı 22 Avqust 2019, 10:25 Deputatları Qafqaz Müsəlmanları İdarəsinə ÇAĞIRDILAR 22 Avqust 2019, 10:23 Elçibəy PARADOKSU 22 Avqust 2019, 10:05 Azərbaycanda zəlzələ oldu: 3-4 bal 22 Avqust 2019, 10:02 Ermənistan atəşkəsi 20 dəfə pozdu 22 Avqust 2019, 09:58 Bu gün bir neçə rayonda qaz olmayacaq 22 Avqust 2019, 09:52 Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Azərbaycanda 3 uşaq anası itkin düşüb 22 Avqust 2019, 09:34 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52 Mingəçevirdə uşaq ölü doğuldu 21 Avqust 2019, 21:34