Arxiv
12 Fervral 2019, 11:57 | ƏDƏBİYYAT
Qvineyalı Ajujinin acı göz yaşları

Akif Cabbarlı


Həyat etüdləri

 

Ötən əsrin səksəninci illərində Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alan yaxın dostum (dünyasını dəyişdiyinə görə adını çəkmirəm – A.C.) rastlaşdığı, eşitdiyi hadisələri elə maraqla, şövqlə danışardı ki, istər-istəməz özümüzü o hadisələrin içində hiss edər, bir növ iştirakçısı sayardıq. Dostumun hekayətlərindən birini oxucuların diqqətinə çatdırmaq istərdim.


Deməli, beş il arxada qalır. Kursu bitirən müdavimlər ayrılıq ərəfəsində bir yaxşı məclis düzənləməyi qərara alırlar. Gənclər öz vətənlərinə qayıtmaq üçün gərəkli hazırlıq işlərini görüb qurtarandan sonra çemodan ovqatı ilə qaldıqları yataqxananın yeməkxanasında açılmış geniş ziyafət stolunun ətrafında əsl beynəlmiləl bir məclisə toplaşırlar. Yeyib-içirlər, tostlar bir-birini əvəzləyir. Ünvan mübadiləsi edən kim, əhd-peyman bağlayan, kövrələn, ağlayan kim. SSRİ-nin müxtəlif regionlarından, bir çox xarici ölkədən gələn cavanlar hər il eyni vaxtda Moskvada görüşməyə də əsl kişi kimi söz verirlər.


Məclisin şirin yerində Qvineyadan olan şən, zarafatcıl zənci balası Ajuji sağlıq demək üçün ayağa qalxır. Ötən beş ildə dostum qarışıq beş-altı qafqazlı balasına əsl lakey xidməti göstərmiş zənci oğlan araq badəsini hamınınkı ilə toqquşdurandan sonra sifətindəki hüzn işartıları ilə, qəmgin notlarla nə söyləsə yaxşıdır:


-Ay qardaşlar, bacılar, sevgili tələbə dostlarım, tarixə qovuşan bu beş ildə sizdən çox razı qalmışam. Doğrudur, ayaqqabılarınızı təmizləyir, şalvarınızı ütüləyirdim, bazar-dükan da mənlik idi, mətbəxdə axşamlar yemək bişirmək də. Sağ olun, əvəzində həmişə məni xoş dillə dindirmisiniz, heç vaxt xətrimə dəyməmisiniz. Bakıdan, Tiflisdən, hələ lap Kiyevdən, Kişinyovdan göndərilən cürbəcür yemək-içməkdən mənə də pay ayırmısınız, yəqin ki, halal edərsiniz. Amma mən bu gün çox kədərliyəm, izaholunmaz peşimançılıq hissi keçirirəm. Bu duyğular ömrüm boyu məni tərk etməyəcək.


Zənci bu sözləri deyib susdu. Məclisdəkilər yerbəyerdən Ajujinin şəninə xoş sözlər, epitetlər səsləndirdilər, lakin içməyə macal tapmadılar. Afrikalı oğlan göz yaşları içində öz tostunu bu sözlərlə bitirdi:


-Amma mən, axmağın lap yekəsi olan mən bu gün sizin qarşınızda çox xəcalətli, üzüqarayam. Çünki hər axşam sizin üçün qaynadıb dəmlədiyim çayı otağınıza gətirərkən mən başıdaşlı, mən əclaf yolumu əvvəlcə dəhlizin axırındakı tualetdən salır, çayniki qapağını ehmalca götürürdüm, yox-yox, dalısını deyə bilmirəm. Vurun öldürün, vallah, mən cəhənnəmliyəm, qoy Afrikaya mənim tabutumu göndərsinlər. İnanın, uşaqlar, elədiklərim sizdən nəyinsə heyifini çıxmaq deyildi, sadəcə xoş bir zarafat, azərbaycanlılar demiş, sadəcə “mırt” idi...


Zənci oğlan elə ağlayır, elə ağlayırdı ki, sanki bütün əzizləri o dünyalıq olub döşənmişdi ayaqlarının altına...

 

Qara saqqallı, universal oğlan

 

Bu günlərdə metronun "Elmlər Akademiyası" stansiyası ilə üzbəüzdəki avtobus dayanacağında bir cavan oğlanın məşhur sirk artistlərini də geridə qoyan hərəkətləri hansı üzünə olur-olsun, hər halda insanın çox şeyə qadir olduğu barədə qənaətimi daha da möhkəmləndirdi. Onu da fikirləşdim ki, tütək təki daracaq şalvarının arxa cibinə zorla dürtdüyü on iki vərəqli dəftərdən tələbə olduğu dərhal sezilən bu oğlanın yaxın gələcəkdə ölkənin tanınmış jonqlyorlarından biri kimi tanınması onun sadəcə olaraq Təzə bazarla üzbəüzdəki məşhur ünvana baş çəkməsini zəruri edir.


On səkkiz-iyirmi yaşlarındakı qapqara saqqallı, şivərək oğlan dayanacaqdakı uca sərv ağacına söykənib ləzzətlə siqaret sümürürdü. Bir əlində isə şaqqıltı ilə təsbeh fırladır, eyni zamanda, başı ilə çiyninə sıxdığı telefonu qulağına yaxınlaşdırıb kiminləsə “mırt vurur”, ara-sıra da saqqız çeynəməsindən yaranan tüpürcəyini (bu ifadəyə görə öz adımdan sizdən üzr istəyirəm – A.C.) düz küçənin ortasınadək vızıldadırdı. Yeri gəldikcə ayaqqabılarının ucu ilə dabanlarını və baldırlarını dindələyirdi. Görünür, qış fəslinə xas olan və təbii ki, vitamin çatışmazlığından ortaya çıxan qaşınma bu oğlandan da yan keçməmişdi. Hə, birini də deyim. Bu universal adam bu qədər prosesin içərisində arada bir cibindən ovucla qara tum çıxarıb ağzına təpir və qabığını da sözsüz ki, ətrafa uçurdurdu. İşin şirin yerində qucağındakı telefonla ona nə dedilərsə, şırtıq çalıb rəqs də elədi – hər halda milli rəqslərimizdən deyildi.


Belə. Mən bilən, yaddan çıxan heç nə qalmadı. Doğrusu, maraq məni də, ətrafdakıları da nə təhər götürmüşdüsə, bu oğlanı qırx dəqiqəyə yaxın müddətdə diqqətlə izləməli olduq. Ayrı-ayrılıqda adamın ürəyini üzən, yorulub əldən salan hərəkətləri elə ardıcıllıqla, sinxron şəkildə nümayiş etdirirdi ki, ona tamaşa edən hər kəsin ürəyindən, zənnimcə, bircə söz keçirdi – molodes sənə, oğul bala, səni yetişdirib ortaya çıxaran valideynlərinə də eşq olsun.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqlayıb 26 May 2019, 17:57 Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı 26 May 2019, 17:46 Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - ElmarMəmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11 Magistraturaya qəbul imtahanı keçirildi   26 May 2019, 16:08 Gürcüstanda nazir istefaya göndərildi - FOTO 26 May 2019, 15:56 Küveytdə azərbaycanlı diaspor fəalı iftar süfrəsi verib - FOTO   26 May 2019, 15:39 78 yaşlı xalq artisti AzTV-nin radiosunda veriliş aparacaq 26 May 2019, 15:20 “Nar”dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə! 26 May 2019, 15:04 Peruda 8 bal gücündə zəlzələ olub 26 May 2019, 14:49 “Arsenal” Mxitaryanı satışa çıxarır 26 May 2019, 14:35 Çaylarda suyun səviyyəsi dəyişib   26 May 2019, 14:18 Azərbaycan dili fənni üzrə test imtahanı yekunlaşıb 26 May 2019, 14:00 Qusarda enerji verilişi bərpa olundu 26 May 2019, 13:30 Polad Bülbüloğlu Araz Əlizadəyə savadsız dedi: “Deputat olan şəxs belə fikirlər söyləməz” 26 May 2019, 13:11 Yolda 26 May 2019, 12:56 Məşhurların övladları: Aynur Sofiyevanın qızları - FOTO 26 May 2019, 12:52 Sabahın havası: Bakıya yağış yağacaq, rayonlara dolu düşəcək 26 May 2019, 12:47 İntizam Komissiyasından Araz Əlizadə açıqlaması: “Mənim əlimdə tərəzi yoxdur”  26 May 2019, 12:30 Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var 26 May 2019, 12:10 42 yaşlı Nardaran sakini itkin düşdü 26 May 2019, 11:55 Badam südünün faydaları 26 May 2019, 11:40 Mənzildən 60 yaşlı kişinin meyiti TAPILDI 26 May 2019, 11:27 Avropa Parlamentinə seçkilər keçirilir - 21 ölkədə 26 May 2019, 11:15 Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir - FOTO 26 May 2019, 11:00 Ramil Usubov polis rəisini işdən çıxardı - FOTO 26 May 2019, 10:48 İcra Hakimiyyəti hesabat verdi - Horadizdə  7200 nəfər yaşayır 26 May 2019, 10:27 ABŞ-da erməni diasporu 26 May 2019, 10:12 Zalımoğlunun faciəli taleyi - Özü öz əli ilə qəbrini qazdı... - FOTOLAR 26 May 2019, 10:02