Modern.az

“Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edildi - YENİLƏNİB

“Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edildi - YENİLƏNİB

12 Fevral 2019, 14:54

Milli Məclisin iclasında “Gənclər siyasəti haqqında" qanunda dəyişiklik edilməsi layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az saytının xəbərinə görə, layihə barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev məlumat verib.

 

O qeyd edib ki, ölkədə gənclər siyasəti uğurla həyata keçirilir. Bu sahəyə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir, bu istiqamətdə mükəmməl  qanunvericilik bazası mövcuddur. 
Bildirilib ki, dəyişikliklər bu sahədə hüquqi bazanın müasir tələblərə uyğunlaşdırlılması məqsədi ilə aparılıb.

 

Layihənin zəruriliyini əsaslandıran dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramları üzrə Tədbirlər Planlarıdır. Bu sənədlərdə gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin daha da artırılması istiqamətində qanunvericilik bazasının təkmilləşdiriməsi nəzərdə tutulur. Bununla əlaqədar  qanunun 9 maddəsinə 26 adda dəyişikliklər təklif olunur. 

 

Sənədin əsas anlayışlar siyahısına, gənclər siyasətinin məqsəd və prinsipləri, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə, gənclər təşkilatlarına dövlət yardımı, gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı ilə bağlı maddələrinə bir sıra vacib əlavələr edilib. 

 

Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri ehtiva olunan 4-cü maddəyə aztəminatlı gənc ailələrin sosial müdafiəsi, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, gənclər arasında hər növ ekstremizm və radikalizmin qarşısının alınması, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarətin təmin edilməsi və digər məsələlər əlavə olunub. 

***

Dəyişiklik birinci oxunuşda qəbul edilib. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir