Arxiv
14 Fervral 2019, 21:16 | ƏDƏBİYYAT
40 ilin işığı, 40 günün zülməti - Dünyanın Nazim ziyası...

61 illik ömrünün 40 ilində zəkanı şama çevirib gələcək nəsillərin həyatına işıq saçdın. Dünyanı tərk etdiyin bu 40 gün ərzində isə səni sevənlərin həyatını zülmətə qərq etdin. İndi bu iki təzadlı 40 rəqəminin arasında anlaşılmayan bir vəziyyətdəyəm, salamı və əlvidası olmayan bir vəziyyətdə. Amma yox, əlvida demirəm, görüşənədək deyirəm, böyük Nazim ziyası qarşısında kiçikliyimi bir daha hiss etmək üçün...
 

Hər bir kəs özünü öz həyat yolu, əməlləri ilə təsdiq edir. Əgər insan xeyirxahlığı, qayğıkeşliyi, səmimiyyəti, ziyası ilə fərqlənə bilirsə, saleh əməl sahibidirsə, seçdiyi peşənin müqəddəsliyini qorumağı, nüfuzunu saxlamağı bacarırsa və bütün bunları öz həyatının ali məqsədinə çevirirsə, o, yaddaşlara əbədi iz salır. Sözsüz ki, bu cür şərəfli bir həyat yolu keçmək  o qədər asan deyil və həm də hər kəsə qismət olmur. Haqqında söhbət açacağımız Nazim Xudiyev 61 illik ömründə bu həyat yolunu seçdi və onun çətinliklərindən keçə bildi...

Müəllimlik bütün peşələrin zirvəsində dayanır və elə bir ilahi missiyadır ki, yalnız bu adı layiqincə daşıyanlar o zirvəni fəth edə bilirlər, bizim Nazim müəllim kimi... Vaxtsız ölüm bu istedadlı, səmimi, qayğıkeş insanı, bacarıqlı pedaqoqu,  uğurlu məktəb təşkilatçısını aramızdan aparsa da, ölüm belə, onun parlaq xatirəsini yaddaşımızdan silməyə acizdir.

Nazim Xudiyev 1957-ci ildə Xankəndi şəhərində müəllim ailəsində dünyaya göz açmışdı. Orta təhsilini bu şəhərdəki Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə almışdı. 1979-cu ildə Xankəndi Pedaqoji İnstitutunun fizika fakültəsini bitirdikdən sonra təyinatla Şuşa rayon Malıbəyli kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayan Nazim Xudiyev 2012-ci ilə qədər bu təhsil ocağında müəllim kimi çalışmışdı.


2012-ci il dekabrın 30-da prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhər 4 nömrəli orta məktəbi Bakının Sabunçu rayonunun Ramanı qəsəbəsində müasir standartlara uyğun inşa edilib istifadəyə veriləndə Nazim Xudiyev öz doğma məktəbinə direktor təyin edildi. Sözsüz ki, bu vəzifəyə təyinat böyük etimad olduğu qədər də böyük məsuliyyət idi. Hər şeyi yenidən başlamaq, zəngin təhsil ənənəsi olan Xankəndi məktəbində ənənələri yenidən bərpa etmək böyük zəhmət tələb edirdi. Təbii ki, Nazim müəllimin direktor kabinetinə getdiyi yol heç də rəvan olmayacaqdı. Amma o, bütün bu çətinliklərə baxmayaraq özünü bütövlükdə bu işə həsr etdi və çox qısa bir müddət ərzində sıfırdan başlayan məktəb ən yüksək göstəriciləri ilə fərqləndi.

Qurub yaratmaq eşqi ilə yaşayan Nazim müəllim üçün məktəb doğma ev idi, bu evin sakinləri olan müəllimlər və şagirdlər isə onun üçün doğma insanlar sayılırdı. Kollektivdə yaratdığı mühit, isti münasibətlər bütövlükdə mehriban bir ailəni xatırladırdı. Digər bir tərəfdən bu kollektivi bir-birinə daha da doğmalaşdıran başqa bir səbəb də var idi; Qarabağ sevgisi, yurd nisgili, doğma torpaqlara qayıtmaq ümidi...

Böyük arzularla yaşayırdı Nazim müəllim. Ən ali arzusu isə Xankəndi ilə bağlı idi, Xankəndi məktəbinin elə Xankəndinin özündə fəaliyyət göstərəcəyi günü səbirsizliklə gözləyirdi. O öz növbəsində bu arzunun gerçəkləşməsi üçün əlindən gələni əsirgəmirdi. Hələ məlum Qarabağ hadisələri başlananda gündüzlər dərs dediyi şagirdlərlə birgə gecələr səngərlərdə keşik çəkən Nazim müəllim üçün torpaqlarımızın işğal altında olması ən böyük dərd, ən böyük faciə idi. Və o, bir ziyalı kimi bütün tədbirlərdə, görüşlərdə, ən adi dost məclislərində belə Qarabağ mövzusunu önə çəkirdi.

Sonuncu müsahibəsini ötən ilin may ayında, doğum günü ərəfəsində vermişdi. “Azərbaycan müəllimi” qəzeti üçün hazırladığım bu müsahibədə dörd saatlıq söhbətimiz əsnasında o, pedaqoji fəaliyyəti haqqında bir neçə cümlə deməklə kifayətlənmişdi, onu daha çox düşündürən, narahat edən Qarabağ hadisələri haqqında ürək yanğısı ilə söhbət açmışdı.


Bu il pedaqoji fəaliyyətinin qırx illik yubileyini qeyd edəcəkdi. Təmtəraqlı yubiley məclislərindən uzaq olan Nazim müəllim bu tarixi qürur hissi ilə qarşılayırdı və bu yubileylə bağlı bir tədbir keçirəcəyini də qərarlaşdırmışdı. Bu qüruru ona bəxş edən həyata vəsiqə verdiyi məzunları idi. Məzunlar hər il olduğu kimi yenə də sevimli müəllimlərinin başına yığışacaqdılar, Nazim müəllim bu gənclərə baxıb fəxr edəcək və yaşanmış illərin, çəkdiyi zəhmətin mənasız olmadığından özünü dünyanın ən xoşbəxt müəllimi sanacaqdı.  
 

Pafosdan, bərbəzəkli cümlələrdən uzaq adam idi Nazim müəllim. Sevgisini də, acı-ağrılarını da, elə doğma yurda bağlılığını da büruzə verməzdi. Ürəyi böyük idi, bütün bu hisslər toplusunu o, böyük ürəyinə yerləşdirirdi.

Nazim müəllimi fərqləndirən cəhətlərdən biri onun istənilən vəziyyətdə təmkinli olmağı bacarmaq qabiliyyəti idi. Məhz o, simasındakı sakit cizgiləri, çöhrəsindəki kiçik bir təbəssümü ilə yaranmış gərgin vəziyyəti “yumşaltmağı” bacarırdı.

Belə bir deyim var ki, ölüm dünyanın köhnə işidir, sadəcə insanlar doğmalarını itirdikdə o təzələnir. Və bir mütləq həqiqət də var ki, insan dünyaya gələndə onun haqqında yalnız bir gerçəkliyi dəqiq bilirik, o, nə vaxtsa bu dünyanı tərk edəcək. Nazim müəllim də bu gerçəklikdən yan keçə bilməzdi və o, çox da sərt olmayan bir yanvar axşamında, heç kəsə əziyyət vermədən bu dünyanı tərk etdi. Bu gəlimli-gedimli dünyanın növbəti karvanının önündə öz saflığı, təmizliyi ilə mələklərin çiynində haqqın dərgahına üz tutdu.

Nazim müəllim gələcək nəsillərin yoluna işıq salmaq üçün zəkasını şama çevirən böyük ziyalı, xeyirxah insan kimi yaddaşlara köçdü, xatirələrdə, könüllərdə özünə əbədi yer qazandı və sözsüz ki, onun əziz xatirəsi nazimsevərlərin qəlbində daim yaşayacaq, o həmişə xoş xatirələrlə xatırlanacaq, şərəfli bir ömrün sahibi kimi...


İlham Cəmiloğlu 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Sumqayıtda toy zamanı şadlıq evi yandı 24 Avqust 2019, 22:01 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51 Bazar gününə Bakıda 35 dərəcə isti olacaq 24 Avqust 2019, 13:38 Bakıda 30 yaşlı qadın qohumunun evindən itkin düşüb 24 Avqust 2019, 13:26 Abel Məhərrəmovun kürəkəni vəfat etdi 24 Avqust 2019, 13:10 Türkiyədə Nəsiminin 650 illiyinə həsr olunmuş sikkə buraxılıb 24 Avqust 2019, 13:03 Bu il 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib 24 Avqust 2019, 12:53 Hitler Almaniyası SSRİ-yə qalib gəlsəydi, Azərbaycanı nə gözləyirdi? - Tarixçilərdən CAVAB 24 Avqust 2019, 12:48 Türkiyənin İraqda başladığı əməliyyatın 4 hədəfi – Politoloq ŞƏRHİ 24 Avqust 2019, 12:34 Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək 24 Avqust 2019, 12:31