Arxiv
22 Fervral 2019, 10:40 | MƏDƏNİYYƏT
Tanıdığınız tanışlar: Yazıya baxmadan tanıya bildiniz? - RUBRİKA  

Modern.az saytı “Tanıdığınız tanışlar” adlı daha bir rubrikanın təqdimatına başlayır.

Yeni rubrikada böyük əksəriyyətin tanıdığı şəxsin uşaqlıq və ya gənclik şəkli təqdim olunur.

Hamınıza bugünkü siması ilə tanış olan həmin şəxsin nadir şəkli yəqin ki, sizlərdə hansısa təəssüratlar yaradacaq.

Rubrikamızın ilk təqdimatı  yazıçı, filoloq alim, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, 2-ci dərəcəli dövlət müşaviri Akif Əlidəndir.


Xəbər lentindəki şəkli yazıya baxmadan tanıya bildiniz?



Arayış: Akif Əli ilə bağlı təqdimat təsadüfdən onun ad gününə düşdü. Bu gün doğum tarixini qeyd edən Akif Əli 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib.
Atası Əli Məhərrəmov (1924 – 1977) hüquqşünas kimi uzun illər respublikanın prokurorluq və məhkəmə orqanlarında çalışıb. Anası Şəhla Məhərrəmova, evdar qadın olub(1928-2008) .


Akif Əli Bakı şəhərindəki 16 №-li orta məktəbi (1970), M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), Bakı Ali Partiya Məktəbini (1989) bitirib.

“Azərbaycanfilm” kinostudiyasında prof. Adil İsgəndərovun rəhbərlik etdiyi iki illik Kinoaktyorluq kurlarında oxuyub (1972-74); sonra bir neçə bədii filmdə baş rollara çəkilib:

-“Uzun müharibədə qısa görüşlər” (“Tacikfilm” və “Lenfilm” k/st. birgə istehsalı, 1974) – Rüstəm;
– “Tütək səsi” (“Azərbaycanfilm” kst., 1975) – Tapdıq;
– “Əgər biz bir yerdəyiksə” (Moskva Mərkəzi TV, 1976) – Məmməd;
– “Arxadan vurulan zərbə” (“Azərbaycanfilm” kst., 1977) – Fazil müəllim
və b. obrazları yaradıb.

1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb:
– Radionun “Satira və yumor” şöbəsinin müdiri işləyərkən (1981-1983) bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”, “Molla Nəsrəddin”, “Gülüş axşamı”);
– Televiziyanın “Gənclər üçün proqramlar baş redaksiyası”nın Baş redaktoru vəzifəsində çalışarkən isə bir sıra populyar televiziya proqramlarının (“Zəriflik”, “Aygün”, “İdrak”, “Tələbə dünyası”, “7 sual, 7 cavab” televiktorinası, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay!”, “Mənəvi dünyamız”) – yaradıcısı, müəllifi, yaxud redaktoru olub.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1981).

Azərbaycan EA Ədəbiyyat institutunda dissertant olaraq, “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya müdafiə edib (elmi rəhbər-prof.Yaşar Qarayev).
Filologiya elmləri üzrə Fəlsəfə Doktoru (1988), dosentdir (2000).

Akif Əli 1990-cı ildə Azərbaycanda ilk müstəqil demokratik mətbu orqanlardan olan “Vətən səsi” qəzetinin yaradılmasında bilavasitə iştirak edib. 1991-93-cü illərdə həmin qəzetin baş redaktoru olub.

Mətbuatda demokratikləşmə prosesləri, müstəqillik uğrunda mübarizələr, Ermənistanın Azərbaycana hərbi təcavüzü, Qarabağ həqiqətləri, qaçqın soydaşlarımızın problemləri,  klassik irsimiz, kulturologiya, maarifçilik və digər  mövzularda çoxlu sayda məqalələri dərc olunub.

Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya institutunda (indiki DİA) “Kulturologiya” kafedrasının müdiri (1992-94) işləyib; müxtəlif ali məktəblərdə “Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi”, “Azərbaycan mədəniyyətinin tarixi” kurslarından mühazirələr oxuyub.

1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyir.
2-ci dərəcə Dövlət müşaviridir.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
“Əməkdar jurnalist” fəxri adına layiq görülüb.


“Qızıl qələm” mükafatı laureatı, çoxlu sayda elmi, publisistik məqalənin,   tele-radio ssenarilərinin, dram və nəsr əsərlərinin müəllifidir

“Mozalan” satirik kino-ssenarilərinin (“Zərbə”- № 79, 1983; “Üzr istəyirəm”- № 99, 1985; “Tərsinə” – № 121, 1987; “Mükafat”- № 123, 1988; “Qonşular”- № 132, 1989; “Kreslo”- №144, 1989; “Müavin”- № 144, 1989; “Hacı Qara”- №172, 1998);
-Tərcümə əsərlərinin (A.Gertsen – “Olmuşlar, düşüncələr”, V.Mayakovski – “Taxtabiti”, M.Zoşşenko – “Nəhs günü”, J.B.Molyer – “Meşşanın zadəganlığı”, A.Soljenitsin – “Matryonanın ocağı”, A.Çexov – “Hekayələr”, X.Şahani – “Qasırğa”, Qrimm qardaşları – “Bremen musiqiçiləri”, Mitsuko Takaxasi – “Kəpənək mövsümü”, Mark Gelprin – “Şam yanırdı”, Covanni Verqa – “Dişi canavar  və b.) müəllifidir.

“Ağır daşlar altında” (Məmməd Arazla söhbət) əsərinə görə “Kaspi” qəzetinin (2013);  Mayk Gelprin (ABŞ) “Şam yanırdı” əsərinin tərcüməsinə görə Azərbaycan Tərcümə Mərkəzinin (“Dəf(i)nə yarpağı”-2015) keçirdiyi  ədəbi müsabiqələrin qalibidir.
AzTV-nin “Mədəniyyət” kanalında “Zaman və Məkan”, İTV-də isə “Vətənin səsi” televiziya proqramlarının müəllifi və aparıcısı olub.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ömürlük məhbuslara görə Prezidentə müraciət edildi 20 May 2019, 14:40 Sahibkarlıq subyektləri niyə bağlanır? - Deputat fakt açıqladı, iqtisadçı şərh etdi 20 May 2019, 14:34 Havar Məmmədov Gürcüstana getdi – azərbaycanl təlbələrlə görüşdü 20 May 2019, 14:32 Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq 20 May 2019, 14:25 Bakıda gülməli küçə adları: Sallaqxana, Kərpic, Zavod, Pioner,  Komsomol… 20 May 2019, 14:21 Koordinasiya Şurası İtaliyada “Azərbaycan Evi” yaradacaq 20 May 2019, 14:09 Nazirlik: “Sosial proqramların uğuru bəzi dairələrdə dərin narahatlıq yaradıb” 20 May 2019, 13:45 Kamal Abdulla Hindistan səfiri ilə görüşdü   20 May 2019, 13:40  “Nar” gənclərə iş imkanları təklif edir 20 May 2019, 13:39 “AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir 20 May 2019, 13:37 Sabah yağış yağacaq - PROQNOZ 20 May 2019, 13:36 Arvadı və qızını bıçaqlayan şəxs tutuldu 20 May 2019, 13:27 Nazir: “AvroLiqanın finalı ilə bağlı mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır” 20 May 2019, 13:27 Kürdəmirdə DƏHŞƏT: Ata 2 yaşlı qızını öldürdü 20 May 2019, 13:24 Arif Məlikovun heykəli üçün Komissiya yaradılacaq 20 May 2019, 13:24 Mehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıb 20 May 2019, 13:21 Paşinyan xəyanət İZİNDƏ: “Onlar Qarabağı satmağa hazırdır” 20 May 2019, 13:17 “Seçicilərimdən başqa, kiminsə qarşısında öhdəliyim yoxdur” - MÜSAHİBƏ 20 May 2019, 13:11 XİN Misirdə saxlanılan azərbaycanlı HAQDA 20 May 2019, 13:10 Xınalıqdakı muzey bələdçisinin möhtəşəm ifası - REPORTAJ 20 May 2019, 13:07 Azərbaycanda zəfəran yetişdirən əmək resursları dağılıb - PROBLEM 20 May 2019, 12:51 Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi   20 May 2019, 12:47 Ukraynanın müdafiə naziri istefa verdi 20 May 2019, 12:40 Gözlər yoldan yığılarmı... - XIX YAZI 20 May 2019, 12:23 İspaniya Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı   20 May 2019, 12:14 Avropa Liqasının finalına görə daşıyıcılara tapşırıq verildi 20 May 2019, 12:08 Ukraynanın yeni prezidenti and içdi - Rada buraxıldı 20 May 2019, 11:55 Şəmkirdə icra başçısının “fərasəti” sayəsində insanların torpaqları əlindən çıxır 20 May 2019, 11:50 Abbasqulu ağa Bakıxanovun Quranı, möhürü – REPORTAJ   20 May 2019, 11:35 “20 gün erməni girovluğunda - Qarabağ həqiqətləri”  filminin çəkilişi başlayıb 20 May 2019, 11:25 Xoca Əhməd Yəsəvinin həyatı - IV YAZI 20 May 2019, 11:20 Zelenski andiçmə mərasiminə piyada getdi  20 May 2019, 11:07 Saakaşvilinin həyat yoldaşı mer seçkilərində uduzdu 20 May 2019, 11:01 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkdi 20 May 2019, 10:45 DİM məktəb rəhbərlərinə müraciət edib 20 May 2019, 10:40