Modern.az

Saf Seyid və saxta Seyid

Saf Seyid və saxta Seyid

Ədəbi̇yyat

24 Fevral 2019, 19:04

Abid Tahirli

Mirəli Seyidova ithaf

Sən də Seyid,

 O da Seyid.

Sən içinnən,

 O çölüynən.

Sən ruhunnan,

 O cismiynən.

Sən gerçəynən,

 O yalannan.

Sən haqqla,

 O nahaqla.

Sən dərviş,

O, görməmiş.

Sən aqil,

O cahil.

Sən doğru,

O oğru.

Sən halal,
O haram.

Sən məlum,

O məlun.

Sən iman,

O şeytan.

Sən ibadət,

O qeybət.

Sən məslək,

O təlxək.

Sən qurucu,

O yıxıcı.

Sən bəzək,

O məzməzək.

Sən ləyaqət,

O həqarət.

Sən kəramət,

O küdurət.

Sən ülfət,

O möhnət.

Sən bəsirət,

O cəhalət.

Sən həsrət,

O nifrət.

Sən də Seyid,

O da Seyid.

Sənə rəhmət!

Ona lənət!



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu