Arxiv
25 Fervral 2019, 08:32 | REPORTAJ
Bir şəklin tarixçəsi - Rusiyalı xanım jurnalisti Xocalıda şoka salan MƏNZƏRƏ  

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoya həyəcansız baxmaq olmur. Xocalıda insanlığa qarşı törədilmiş dəhşətli qətliamdan bir epizod... Nə yazıq ki, 27-ci ildönümünü yaşadığımız  soyqırımına hələ ki dünyanın gözü kor, qulağı kardır.
Azərbaycan xalqının başına açılan bu bu dəhşətli cinayətin epizodlarını əks etdirən yüzlərlə belə fotoşəkil və videolenti dünya dövlətləri hələ ki görməzdən gəlirlər... Bu səbəbdən də Xocalı soyqırımının günahkarları - başda Serj Sarkisyan, Seyran Ohanyan, Robert Koçaryan və digərləri olmaqla - beynəlxalq məhkəmə qarşısına çıxarılmayıb.

Bu şəkli rusiyalı xanım jurnalist Viktoriya İvleva Xocalının Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra şəhərə daxil olarkən çəkib.
Viktoriya İvlevanın sözlərinə görə, erməni qatillərinin Xocalıda törətdiyi qanlı qırğından iki-üç  gün sonra şəhərdə gördüyü mənzərədən şoka düşübmüş...

Zaman 1992-ci il fevralın son günü... Məkan Azərbaycanın Xocalı şəhəri...

Vəhşi cinayət nəticəsində dinc sakinlər, o cümlədən qocalar, uşaqlar, qadınlar ya qətlə yetiriliblər, ya da girov götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalıblar. İnsanlar diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edilib.

Jurnalistin çəkdiyi fotoşəkildə güllələnmiş qadınlar və uşaqlar görünür. Diqqətlə baxın, yol kənarında meyiti sərilmiş – qaçarkən ayağından güllələnmiş, sonra qətlə yetirilmiş - qız uşağının sağ qolunu da kəsiblər. Ya baltalayıb, ya da mişarlayıblar... 

Bir qədər solda qadınlar,qızlar, körpə uşağın meyiti sərilib..

Erməni qarətçilər isə talançılıq edir, xocalılıların qoyub getdiyi əmlakı “Jiquli” avtomobilində daşıyırlar.


Xocalıya səfərindən sonra jurnalist Viktoriya İvleva 1992-ci ilin martında Azərbaycanın Moskvadakı səfirliyində keçirilən mətbuat konfransına qatılaraq, bu dəhşətli kadrları nümayiş etdirmişdi.

Və həmin fotoşəkillər mediada yayımlanandan sonra kadrdakı meyitlərin qohumları onları tanımışdılar.

Meyitlərin qohumlarından biri Zaur Ələkbərov:

“Biz elə bilirdik ki, onlar girov götürülüblər. Solda meyitləri görünən bibim Məhbubə və oğlu Çingizdir (Şəklin aşağıdakı böyüdülmüş variantında qadın və uşağı aydın görünür-red.).
Rusiyalı jurnalistin çəkdiyi şəkil Azərbaycana gətiriləndən sonra qohumları onlara baxmağa çağırmışdılar, biz bibimgili onda tanıdıq”.

Viktoriya İvleva həmin səfərdən sonra mətbuatda dərc olunmuş məqaləsində Xocalıda girov götürülmüş bir qadına kömək etdiyi zaman erməni əsgəri tərəfindən necə döyüldüyünü də təsvir etmişdi. O həmin mənzərəni belə xatırlayırdı:

“Girovlar sırasında üç uşaqlı bir qadın hərəkət edirdi. O, qarda ayaqyalın addımlayırdı. Çətinliklə hərəkət edir və tez-tez yıxılaraq düşürdü. Sonra məlum oldu ki, onun ən kiçik uşağı yalnız iki gündür ki, doğulub. İki gün! Mən uşağı əllərimə götürdüm və qadınla yanaşı addımlamağa başladım. Biz hər ikimiz – mən və o qadın ağlayırdıq… Geyimim məni girovlardan ayırsa da, bir neçə dəfə daha tez yerimək üçün kötək zərbəsi və söyüşə məruz qaldım. Təhlükədə olmadığımı bilsəm də, bir anlıq həmin vaxt mən özümü girov kimi hiss etdim. Heç kəsə bu cür vəziyyətə düşməyi arzulamazdım”.

Həmin hadisədən düz 19 il sonra - 2011-ci ildə jurnalist Viktoriya İvleva həmin qadını Azərbaycanda tapır. Onun kiçik uşağı - Günay böyümüşdü, lakin uşaqlıqda aldığı sarsıntıdan danışa bilmirdi. Günayın sağ qalmaq üçün çox mübarizə aparmasına baxmayaraq, aldığı həmin güclü zərbə və sarsıntı V.İvlevanın Azərbaycana səfərindən qısa müddət sonra onun həyatına son qoydu...


Hazırladı: A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38 Üzdə tük çıxarma kremləri orqanizmə zərər vurur? - Həkim RƏYİ 23 May 2019, 16:37 Zelenski Rusiya ilə birbaşa danışıqlardan imtina etdi 23 May 2019, 16:22 Zurabişvili Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası prosesinin bərpasını alqışlayır 23 May 2019, 16:21 Qanunvericilik reallıqla düz gəlməyəndə... - Deputatlar mübahisəli məqamları ŞƏRH ETDİLƏR 23 May 2019, 16:13 Ukraynalı turist qadın Bakıda gözəllik salonunda yandı 23 May 2019, 16:12 Rövşən Rzayev və müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər   23 May 2019, 15:41 Füzulidə heyvanlar peyvəndləndi 23 May 2019, 15:40