Modern.az

Tanınmış jurnalist işdən çıxarıldı

Tanınmış jurnalist işdən çıxarıldı

26 Fevral 2019, 12:23

Rusiyanın "Sputnik" informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlu işdən çıxarılıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı AMEA-nın elmi işçisi, fəlsəfə doktoru Dilavər Əzimli yayıb:

“Tanınmış jurnalist, Qarabağ mövzusunda illərdi təbliğat aparan Mətin Yaşaroğlu işdən çıxarılıb. Azərbaycanda Mətin Yaşaroğlunu tanımayan jurnalist və ictimai-siyasi xadim yoxdur. Qarabağ mövzusunda daima maraqlı yazılar yazırdı. Milli bir insandır. Son vaxtlar milli qüvvələrin üzərinə bir hücum başlanıbdır. Buna görə də Mətin Yaşaroğlunun uzaqlaşdırılması adi məsələyə oxşamır. Yəqin ki, bu məsələyə aydınlıq gətiriləcək”.

Bununla bağlı “Yeni Sabah”a danışan Mətin Yaşaroğlu məlumatın doğru olduğunu bildirib. O qeyd edib ki, işdən çıxmaq qərarı qətidir, lakin səbəbləri haqqında danışmaq istəmir. “Martın 15-dən etibarən işdən uzaqlaşacam”- deyə jurnalist vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?