Modern.az

Eldar Əzizovdan Bakıda mer seçkilərinin keçirilməsi ilə bağlı təklifə REAKSİYA

Eldar Əzizovdan Bakıda mer seçkilərinin keçirilməsi ilə bağlı təklifə REAKSİYA

Aktual

2 Mart 2019, 10:54

"Bakı merinin seçilməsi ilə bağlı məsələ Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil".

Modern.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

E.Əzizov qeyd edib ki, bu vəzifəyə təyinat qanunvericiliklə tənzimlənir:

"Konstitusiyaya görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı prezidentin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Bu, bir institutdur, meriya isə başqa institutdur. Hər birinin öz üstünlüyü var, zəif tərəfləri də var".

İcra başçısı hesab edir ki, hazırkı struktur daha səmərəli işləyir: "Bütün ehtiyatlardan yaxşı istifadə edilərsə, nəticə əldə etmək olar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar