Arxiv
2 mart 2019, 13:48 | ƏDƏBİYYAT
Əzrayılın taym-autu

Azad Müzəffərli

(hekayə)

Həftənin altı gününü məhbəsdəydi. Bəzən istirahət günlərində də bu taleyi yaşamaq məcburiyyətindəydi. Sifariş çox olanda bazar günü də işləyirdilər. Yox, heç bir cinayətkarlıqdan söhbət belə gedə bilməzdi. Sadəcə, iş yerində özünü eynilə türmədəki kimi hiss edirdi. Həssas, qanan adamların çoxusunun başına gələn işdi. Onun da qisməti belə gətirmişdi.Çalışdığı kollektiv on-on beş nəfərdən ibarətdi. Uzun illərdi bir yerdə işləyirdilər. Bir-birinin cikinə də, bikinə də dərindən bələddilər. İş yoldaşlarının əksəriyyəti ya çuğulluq azarına tutulanlar, ya da instinqdən bir addım da olsun uzaqlaşa bilməyənlərdi. Bəziləri bəsit kənd fəndgirliyinin ətəyindən əl çəkmək fikrindən tamam uzaqdılar.

 

Dar çərçivədən kənara çıxmaq  onlarlıq deyildi. Bir qismi lap yal adamıydı, mətbəx siçovullarından qətiyyən fərqlənmirdilər. Bütün bu mənəvi eybəcərliklərinə baxmayaraq özlərini ları xoruz kimi dartmaqdan, öyməkdən isə yoruldum demək bilimirdilər. Bir-birinin dalınca döşəməkdən ötrü də sinov gedirdilər. Xislətlərinə münasib üç-üç, dörd-dörd qruplaşmışdılar da.

Vəziyyətə uyğun olaraq bu qruplar arasında transferlər ara vermirdi. Bəziləri bu işdə lap püxtələşmişdi; gün ərzində bir neçə dəfə yerdəyişməyə müvəffəq olurdu. Elələri də vardı ki, qulaq falına çıxmaqda, əlaltından məlumat toplamaqda, hətta, peşəkar kəşfiyyatçılar belə onlara həsəd apara bilərdilər. Bu xəstəlik qanlarına yerimişdi.  Belələrinin çöhrəsində nə insanlıq, nə də kişilikdən əsər-əlamət yox idi. Bəlkə də, inanmayacaqsınız, hərəsinin də əl boyda diplomu vardı. Təsəvvür edirsiniz, hamısı ali savadlıydı.  Di gəl, tək-tükünü çıxmaq şərtilə böyük mətləblər onlarlıq deyildi. Azlıq təşkil edən babat kəslər də onların arasında bir növ it-bat olmuşdu.  

 

Günü qaraydı. Əlacsızdı. Bu vəziyyətdən çıxış yolu tapmaqda Hikmət acizdi. Əvvəllər bir təhər duruş gətirsə də, indi səbri tükənmişdi. Əksər hallarda nəfəsi daralırdı. Bir parça çörək naminə insanlıqdan uzaq bu mühitə dözmək məcburiyyətindəydi. Əlindən başqa iş gəlmirdi. Hər gün nəinki dəqiqələri, hətta, saniyələri sayırdı ki, iş günü tezliklə başa çatsın.

 

Günlərin  birində səbri də tükəndi.  Dünya ona dar gəldi. Heç cür gözünə yuxu getmirdi. Yerindəcə çapalayırdı. Yenə də işə getmək lazım gələcəyindən səhərin açılmasını istəmirdi. Qəlbi köksünə sığmırdı, partdam-partdamdaydı. Tıncıxdı. Qaranəfəsə bir göz qırpımında ömür kitabını axıracan səhifələdi. Sonuncu səhifəyə çatanda gözləmədiyi halda ona sarı qaba bir əl uzandı. Karıxsa da, anındaca Tanrının dadına yetdiyinin mahiyyətinə vardı. Artıq ömür kitabının son səhifəsindən Əzrayıl mənalı-mənalı, amma bir qədər incik halda gözlərini ona zilləmişdi. Hikmət tələm-tələsik onunla köhnə dostlar təkin ikiəlli görüşdü. Qəribə də olsa, sevincinin həddi-hüdudu yoxdu. Sandı ki, nəhayət, bu cansıxıcı həyatdan birdəfəlik qurtulur. Amma nə faydası, Əzrayılın ağzını açmağı ilə kefinə soğan doğramağı bir oldu:

 

- Tələsmə, lap çiçək açmısan... Yanılırsan, bu, başa vurduğun sənin ömür kitabının birinci hissədir, unutma, tən yarını təzəcə keçmisən... Nə əcəb, yaddan çıxarmısan ki, axı, sizin nəsildə kişilər ya doxsandan bir qədər az, ya da bir qədər çox ömür sürürlər... Lap dəng eləmisən məni, qulaqlarım ara vermədən cingəldəyir... Gəldim sənə birdəfəlik xəbərdarlıq eləyim ki, bir də xam xəyala düşməyəsən! Hələ sənin vaxtına çox qalıb. Üzrlü say, vaxtım dardı, mən getdim... Xeyli müştərilərim səksəkədə məni gözləyir, günaha bata bilmərəm,  hələlik...

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Siyavuş Novruzov nöqtəni qoydu: “Maska tax, cərimə olunma” 1 İyun 2020, 13:24 Maska taxmamağa görə cərimələr müəyyənləşdi - MƏBLƏĞ 1 İyun 2020, 13:23 Maskasızların cərimə məbləği 20-25 manata endirilməlidir - Musa Quliyev 1 İyun 2020, 13:19 İnsan orqanlarının transplantasiyası haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq 1 İyun 2020, 13:15 2020-ci ildə MDB-nin ən dözümlü və zəif valyutaları... 1 İyun 2020, 13:14 Naqif Həmzəyev: Dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər 1 İyun 2020, 13:12 “Prezident “işdən çıxarmaq olmaz” deyir, əmr gəlib ki, ixtisar edin” - Aqil Abbas 1 İyun 2020, 13:10 “Yas mərasimləri ilə bağlı qadağalara əməl olunmur”   1 İyun 2020, 13:06 Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait məbləği AÇIQLANDI 1 İyun 2020, 13:06 Deputatdan maska cərimələrinə ETİRAZ 1 İyun 2020, 13:02 Prokurorluq Sabunçudakı qətllə bağlı məlumat YAYDI 1 İyun 2020, 13:01 Məqsəd vətəndaşları cərimələmək yox, onları qorumaqdır - Əli Hüseynli 1 İyun 2020, 12:59 Axtarışda olan məmurun işi məhkəməyə GÖNDƏRİLDİ 1 İyun 2020, 12:58 İlham Əliyev videokonfransa qatıldı - Fotolar 1 İyun 2020, 12:52 Adil Əliyev həmkarlarını qınadı: “Onlar susublar deyə...” 1 İyun 2020, 12:50 Azərbaycanda 15 ağır koronavirus xəstəsinə plazma köçürüldü - RƏSMİ 1 İyun 2020, 12:50 İyun ayının hava PROQNOZU 1 İyun 2020, 12:46 Deputat Baş Prokurorluğun biganəliyindən DANIŞDI 1 İyun 2020, 12:44 Bu Avropa ölkəsində 3 azərbaycanlı koronavirusa YOLUXDU 1 İyun 2020, 12:42 Sosial təminat sistemi ilə əhatə olunanların 600 minə qədəri uşaqlardır - Nazirlik 1 İyun 2020, 12:36 Rezidenturaya qəbul imtahanının vaxtı AÇIQLANDI 1 İyun 2020, 12:31 Deputat hökümətdən xahiş etdi -  “Bu məsələyə diqqət ayırın” 1 İyun 2020, 12:27 “Cümhuriyyətin varisi bizik” - Siyavuş Novruzov 1 İyun 2020, 12:27 Naxçıvana müasir silahların yerləşdirilməsi ilə Prezidentin son İrəvan çıxışı arasında hansı bağlılıq var? 1 İyun 2020, 12:23 UNEC-də 5 ixtisas qrupu üzrə tələbə qəbulu aparılacaq 1 İyun 2020, 12:20 Şagirdi az olan məktəblərdə imtahan keçirilməyəcək 1 İyun 2020, 12:15 Gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı - FOTO 1 İyun 2020, 12:13 Milli Məclis tarixində bir İLK OLDU 1 İyun 2020, 12:11 “Keçid balları aşağı salınacaq?” - RƏSMİ CAVAB  1 İyun 2020, 12:07 “Milli Məclisdə internet televiziyasının yaradılmasına ehtiyac var” 1 İyun 2020, 12:06 Dövlət qurumlarına deputatlardan ibarət nəzarət mexanizmi yaradılsın - Razi Nurullayev 1 İyun 2020, 11:56 Ailə üzvlərində koronavirus aşkarlanan abituriyent imtahana BURAXILMAYACAQ 1 İyun 2020, 11:55 Sosial şəbəkədə insanlar ağır sözlərə məruz qalır - Nurlan Həsənov 1 İyun 2020, 11:52 Azay Quliyev QHT və qrant haqqında qanunun dəyişdirilməsini TƏKLİF ETDİ 1 İyun 2020, 11:51 Qarabağda COVİD-19-a yoluxanların sayı ARTIR 1 İyun 2020, 11:50