Arxiv
6 mart 2019, 11:13 | AKTUAL
Gənclər “Aprel Zəfəri” uğrunda yarışacaq

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə  “Gənclər kuboku:Aprel zəfəri” layihəsi həyata keçiriləcək.  

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2  maddəsində “gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” müddəaları qeyd edilir. “İrəli” İctimai Birliyi dövlət proqramının alt sənədinə uyğun olaraq “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsini həyata keçirir. Layihə eyni zamanda Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub. Layihənin final mərhələsi aprel ayında həyata keçiriləcək.

“20 ildən artıqdır ki, dövlətin göstərdiyi qayğı nəticəsində Azərbaycan bir çox mötəbər yarışlarda layiqincə təmsil olunur və uğurlar qazanır. Son illərdə ölkəmizdə olimpiya hərəkatının geniş vüsət almasının əsas səbəblərindən biri Azərbaycan gəncinin idmana artan marağıdır. 2015-ci il Avropa Oyunlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının və bir sıra digər genişmiqyaslı idman tədbirlərinin ölkəmizdə keçirilmiş olması, həmçinin 2017-ci ildə keçirilmiş 4-cü İslam Həmrəylik oyunlarının gətirdiyi əks-səda da bu hərəkata öz töhfəsini verib”

Modern.az xəbər verir ki bunu “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov layihə haqqında fikirlərini səsləndirərkən bildirib.

Sədr onu da qeyd edib ki, Vətənpərvərlik təkcə cəbhədə döyüşməklə bitmir, həm də beynelxalq arenada ölkəmizi müxtəlif idman oyunlarında təmsil etməklə bu missiyanı layiqincə yerinə yetirməkdir.

“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Həmçinin, müxtəlif idman oyunları üzrə komandaların çempionatını keçirərək gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə şərait yaratmaq layihənin prioritet məqsədlərindəndir.   

 “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirələcək idman çempionatıdır. Adı çəkilən layihədə  1000-dən artıq gəncin iştirakı nəzərdə tutulub. Yarışlar mütəmadi olaraq  həftə sonları paralel şəkildə keçiriləcək. Layihə Futbol, Voleybol, Paintball, Səmti müəyyənetmə, Atıcılıq, Velosiped, Yüngül atletika idman növləri üzrə  gənclər tərəfindən oynanılacaq yarışları əhatə edəcəkdir.

Yarışlar mart - aprel aylarında baş tutacaqdır. Gənclərin şəxsi təşəbbüsləri ilə formalaşdırılacaq olan qruplar arasında püşk atmadan dərhal sonra  8/1, 4/1, yarımfinal və final mərhələləri oyunları keçiriləcək.

Birlikdən verilən məlumata görə, bir sıra yarışlar online olaraq “İrəli” İctimai Birliyi nəznində fəaliyyət göstərən Gənclərin Radiosu İRƏLİ Radiodan (İradio.az) canlı olaraq şərh olunacaq. Yarışların nəticələri və gedişatın izlənilməsi, komanda haqqında məlumatlar birlik tərəfindən hazırlanan www.youthcup.az veb saytı yenilənib istifadəyə verildikdən sonra paylaşılacaq.

Qeyd edək ki, “İrəli” İctimai birliyi “Gənclər kuboku” layihəsinin I mövsümünü IV İslam Həmrəylik Oyunlarına dəstək məqsədilə həyata keçirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda avtomobil iki şagirdi vurdu - FOTO, VİDEO 24 Yanvar 2020, 01:03 Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb 24 Yanvar 2020, 00:49 Dəhşətli virus daha üç ölkədə aşkarlandı 24 Yanvar 2020, 00:32 Bakıda Hindistanın milli bayramı qeyd edilib 23 Yanvar 2020, 23:57 2030-cu İL ZUKERBERGİN GÖZÜ İLƏ - REKTOR YAZIR 23 Yanvar 2020, 23:42 ABŞ İrana qarşı sanksiyalarını genişləndirib 23 Yanvar 2020, 23:26 Leyla Əliyeva bacısını ad günü münasibətilə təbrik etdi - VİDEO 23 Yanvar 2020, 23:11 Ziyad Səmədzadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 22:56 Azay Quliyev 6-cı mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 23 Yanvar 2020, 22:45 Hicran Hüseynovanın seçicilərlə növbəti uğurlu görüşü - FOTOLAR 23 Yanvar 2020, 22:30 Virusdan ölənlərin sayı 18 nəfərə çatıb 23 Yanvar 2020, 22:14 Böyük Bəhmənli sakinlərindən Vüqar Bayramova yüksək etimad - FOTOLAR 23 Yanvar 2020, 21:56 Restoranda içkili vəziyyətdə dava salan nazir 23 Yanvar 2020, 21:41 Qaxda 17 yaşlı oğlan dəm qazından boğuldu 23 Yanvar 2020, 21:28 Vilayət Eyvazovdan yeni TƏYİNAT 23 Yanvar 2020, 21:17 Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 21:01 ABŞ-ın vitse-prezidenti dünyanı İrana qarşı çağırdı 23 Yanvar 2020, 20:37 “Xəşəxuna”ya qaz verildi 23 Yanvar 2020, 20:18 Kraliça “Brexit” sazişini təsdiqlədi 23 Yanvar 2020, 20:01 Robotlar xəritəsiz hərəkət edəcək: ŞOK ixtira 23 Yanvar 2020, 19:48 İqbal Məmmədov seçiciləri ilə fərdi söhbət etdi - FOTO 23 Yanvar 2020, 19:39 Ceyhun Məmmədov Şüvəlanda məcburi köçkünlərlə görüşüb - FOTO 23 Yanvar 2020, 19:30 Azərbaycanda bədbəxt hadisə: 3 nəfəri "tok" vurdu 23 Yanvar 2020, 19:22 XİN: “Ermənistan uydurma təbliğat aparır” 23 Yanvar 2020, 19:15 Tələbələr arasında vətənpərvərliklə bağlı müsabiqə elan olundu 23 Yanvar 2020, 19:07 Azər Kərimli Qaxda gənclərlə görüşüb - FOTOLAR 23 Yanvar 2020, 18:59 Avtovağzalda oxu məntəqələri yaradıldı - FOTO 23 Yanvar 2020, 18:50 İcra başçısı hesabatı dinlədi - FOTO 23 Yanvar 2020, 18:42 Xarici Kitabxana ilə əməkdaşlıq - FOTO 23 Yanvar 2020, 18:34 Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb  23 Yanvar 2020, 18:28 Hadi Rəcəbli 9 kənddə görüşlər keçirib - FOTO 23 Yanvar 2020, 18:21 Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına BAŞLADI 23 Yanvar 2020, 18:14 Namizədliyini geri götürən Mais Səfərli: “Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər” 23 Yanvar 2020, 18:07 Prezident İlham Əliyev tanınmış həkimlə bağlı sərəncam verdi 23 Yanvar 2020, 18:00 Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI 23 Yanvar 2020, 17:53
SORĞU Yeni parlamentdə kimlər olsun?