Arxiv
12 mart 2019, 21:22 | TƏHSİL
Lənkəran Dövlət Universitetində silsilə tədbirlər - FOTO

Lənkəran Dövlət Universitetində  (LDU)  “Ətraf  şəhərlərdə Campus France  günləri” nə start verilib. Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova Modern.az-a bildirib ki, Campus France  nümayəndəliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə, Fransada  təhsilin təbliği çərçivəsində  keçirilən layihənin iştirakçıları  iki gün ərzində- 12-13 mart tarixlərində Lənkəran Dövlət Universitetində silsilə tədbirlər keçirməyi planlaşdırıblar.

 

Tədbirin birinci günü Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  Fransanın Azərbaycandakı Səfirliyinin  universitetlərlə əməkdaşlıq üzrə ataşesi, Campus France üzrə məsul şəxs, eyni zamanda ,  “Frans Alumni Azərbaycan”  adlı  məzun şəbəkəsinin idarəçisi xanım Raab Maureeni   və Azərbaycan Fransız İnstitutunda Campus France bürosu üzrə koordinator Mədinə Mollayevanı qəbul edib.

 

Səmimi və dostluq şəraitində keçən görüş zamanı universitet rəsmisi hörmətli qonaqlara LDU barəsində ətraflı məlumat verib. Azərbaycanla Fransa arasında  ikitərəfli əlaqələrin müsbət yönümdə inkişafından məmnun qaldığını deyən  professor Natiq İbrahimov  xanım Maureenə   Lənkəran Dövlət Universitetində elm və təhsilin inkişafı istiqamətində görülən işlərdən, Avropa təhsilinə inteqrasiyadan, LDU-nun  genişlənən beynəlxalq əlaqələrindən ətraflı söz açıb.Bildirib ki, universitetdə təhsilin səviyyəsini yüksəltmək, keyfiyyətli kadr hazırlığına nail olmaq üçün çoxşaxəli işlər görülür.Bu məqsədlə Avropadan modern laboratoriyalar alınaraq quraşdırılıb, praktik məşğələlərə diqqət artırılıb.Professor Natiq İbrahimov   ixtisaslı müəllimlərə olan tələbatı ödəmək məqsədilə  paytaxtdan və xaricdən müəllim dəvət etdiklərini, onlar  üçün hər cür şəraiti olan xidməti mənzillərin inşa olunduğunu   qonaqların diqqətinə çatdırıb.Həmçinin , yeni inşa olunan tələbə yataqxanası, yeni tədris korpusları və sair barədə söz açıb.

 

LDU-da turizm tədris-təcrübə bazasının olmasını yüskək dəyərləndirən xanım Maureen Raab   Fransada fəlaiyyət göstərən ali təhsil ocaqları ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı əlaqələrin yaradılmasını hər iki tərəf üçün səmərəli hesab etdiyini deyib, bununla bağlı təkliflərini professor Natiq İbrahimovla bölüşüb.Bildirib ki, səfərin məqsədi tələbə və müəllimlərin diqqətini Fransanın Azərbaycandakı səfirliyinin təqdim etdiyi təqaüd proqramlarına  cəlb etməkdən ibarətdir.Fransa və  Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək istədiklərini  qeyd edən M.Raab irəli sürdüyü layihənin üstünlüklərindən bəhs edib.Çay süfrəsi arxasında keçən söhbət zamanı  qarşılıqlı  fikir mübadiləsi edilib, əməkdaşlığın forma və istiqamətləri müəyyənləşdirilib.

 

Fransalı qonaq  universitetlə tanışlıq çərçivəsində  Beynəlxalq əlaqələr şöbəsində əməkdaşlarla görüşüb, LDU-nun  xarici universitetlərlə əlaqələri barədə məlumatlandırılıb.

 

2 gün davam edəcək tədbirlər çərçivəsində  universitetin professor-müəllim-tələbə heyəti ilə görüşlər, onlara Fransada ali təhsil, müxtəlif təqaüd proqramları barədə məlumatların verilməsi, bununla bağlı məlumat kitabçalarının və bukletlərin paylanması, fərdi görüşlərin, fransız dilindən oxu dərnəyinin , danışıq klubunun , intelektual oyunların təşkili, tələbələrin suallarının cavablandırılması  nəzərdə tutulub. Universitetin dəhlizində Campus France və France Alumni  stendlərinin qurulması  tədbir iştirakçılarını layihə barədə ətraflı məlumatlandırmaqdan ibarətdir.

 

LDU-da “Campus France günləri” çərçivəsində tibb və mühəndislik təhsili üzrə təqdimatlar da nəzərdə tutulub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25