Modern.az

Səfər Əbiyev uzun zamandan sonra göründü - FOTOLAR

Səfər Əbiyev uzun zamandan sonra göründü - FOTOLAR

13 Mart 2019, 14:07

Cari ilin fevral ayında ermənilərin saxtakarlıqlarını ifşa edən vəçeçenlərlə azərbaycanlılar arasında yaranmış konfliktin müsbət yöndə həlli üçün daha çox fəallıq göstərən  Rusiyada yaşayan azərbaycanlı, Misra TV-nin rəhbəri Fuad Abbasov Bakıdadır.
Xatırladaq ki, hadis
ələr təzə qızışanda F.Abbassov sosial şəbəkələrdəözünə məxsus səhifələr vasitəsi ilə həm çeçenlərə, həm də azərbaycanlılara müraciət edərək bildirmişdi ki, baş verənlər təxribatdır, məqsəd isə hər iki xalqı bir-birinə düşmən olmağa yönləndirməkdir. F.Abbasov baş verənlərə səbirlə yanaşmağı, iki qonşu dövlətin xalqlarının dostluq, qardaşlıq videoları çəkərək yaymağı xahiş etmişdi. Bu çağırışdan sonra Rusiyanın hər yerində yaşayan azərbaycanlılar vəçeçenlər bir süfrə arxasına toplaşaraq bəyanatlar yaydılar.

Bu hadisədən sonra "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası yaranmış gərginliyin sakitləşdirilməsi, iki qardaş xalq arasında dostluq münasibətlərinin daha da dərinləşməsi yönündə göstərdiyi fəallığa və erməni saxtakarlığını ifşa etdiyinə görə Fuad Abbasovun "Vətən Övladı" ordeni ilə təltif edilməsinə qərar vermişdi.

Qərarıəsas tutaraq Fondun rəhbəri Eldar İsmayılov vəüzvləri - Səfər Əbiyev, Namiq Əliyev, Sakit Məmmədov ordeni təqdim etmək üçün Fuad Abbasovla Bakıda görüşüblər. "Vətən Övladı" ordeni təntənəli surətdə Fuad Abbasova təqdim edilib.

Modern.az xəbər verir ki, bu, Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyevin uzun müddətdən sonra ictimaiyyət arasında yeni görüntüləridir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...