Arxiv
18 mart 2019, 14:27 | MƏDƏNİYYƏT
Nəsiminin qardaşının uyuduğu məzarın yaratdığı təəccüb - REPORTAJ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilı 2019-cu il ölkədə “Nəsimi ili” elan olunub. Məhz bununla bağlı müxtəlif tədbirlər həyata keçirilir. Əsasən dahi Azərbaycan şairinin doğulduğu Şamaxı şəhərinə səfərlər təşkil edilir.

Qədim Şamaxıya edilən səfərlərdən biri də Parlament Jurnalistlər Birliyinin (PJB) üzvlərinin iştirakı ilə baş tutdu.

Şamaxıya səfər zamanı birliyin üzvləri Bakı-Şamaxı yolundakı Acıdərə ərazisində uyuyan  türk əsgərinin qəbrini ziyarət etdilər. Belə ki, 1918-ci ildə Bakının erməni işğalından azad olunmasında Qafqaz İslam Ordusunun müstəsna xidmətləri olub.  Bu gün də Türk əsgərinin qəbri Bakıdan Şamaxıya yolu düşənlər tərəfindən mütləq ziyarət edilir.

Qədim kəndin parıldayan yolları

Şamaxıya səfər edən PJB üzvləri Şamaxının tarixi əhəmiyyətli yerləri ilə də tanış olublar. Belə yerlərdən biri Dəmirçi kəndidir. Bu kəndin tarixi çox qədimdir.  Pirsaat çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşən kəndin iqlimi mülayimdir. 

Bu kəndin qeyri-adi bir xüsusiyyəti də odur ki, ətraf nə qədər duman, çiskin olsa da, onla kənddə müşahidə olunmur. Elə səfər etdiyimiz gün də hava günəşli idi. Şamaxıya Novruzqabağı səfər etdiyimizdən kənddə bir bayram əhvalı hiss olunurdu.  Kəndin qadınlarının təndirə yapdıqları çörəyin ətri ətrafa da yayılmışdı. Kəndin sakinlərinə gəlincə, vaxtilə İsmayıllının Lahıc və Əhən kəndlərindən gəlmə tatlardır. Onlar özlərinə məxsus dildə danışırlar. XV əsrə aid olan Dəmirçi kəndində insanlar dəmirçiliklə, dulusçuluqla  məşğul olduqlarından kəndin adı dəmirçi adlanıb.

Keçək kəndin yollarına. Bir neçə il bundan qabaq kəndin yolları çala-çuxurlarla örtülmüşdü. Qışda Pirsaat çayını keçmək müşgül məsələyə çevrilirdi. Vay o gündən ki, çayda sel əmələ gələ. Bu zaman kəndə gediş-gəliş mürəkkəbləşirdi. Lakin 2018-ci ildə Prezidentin göstərişi ilə Dəmirçi kəndinin yollarına xüsusi diqqətin göstərilməsi sadaladığımız problemlərin bir daha təkrarlanmamasının qarşısını aldı. Artıq Dəmirçiyə gedərkən asfalt yollar göz oxşayır. Çayın üzərində salınan körpü isə insanların və turistlərin rahat hərəkət etməsinə şərait yaradıb. Kəndin tarixiliyini onun məscidlərinin olması da göstərir.  Məscid bir neçə il bundan qabaq Prezident İlham Əliyevin  göstərişi ilə bərpa edilib.

 

Dahi Nəsimidən yadigar qalan “Şahxəndan” qəbiristanlığı

 

Daha sonra PJB üzvləri dahi Nəsiminin qardaşının uyuduğu “Şahxəndan” qəbiristanlığını ziyarət ediblər. Qəbiristanlıq “şahxəndan” türbəsinin içində yerləşir. Türbənin içində iki yanaşı qəbir var. İddialara görə, məzarın  biri Nəsiminin qardaşı Şahxəndana, o biri isə həyat yoldaşına aiddir. Digər versiyalara görə, məzarda uyuyan qadın Şahxəndanın nişanlısı olub.

Diqqət çəkən məqam türbə və onun içindəki məzarların çox baxımsız vəziyyətdə olmasıdır. Təbii ki, bu PJB üzvlərinin təəccübünə səbəb olub. Axı necə ola bilər ki, Şamaxıdakı türbə və məzarlıq   Nəsiminin Hələbdəki qəbrindən fərqlənmir?!. Güman edirik ki, “Nəsimi ili”ndə məsələ öz həllini tapacaq. Tarixi şəxsiyyətlərin uyuduğu məkan baxımlı vəziyyətə gətiriləcək.

Sonda parlament jurnalistləri Şamaxı rəsədxanasında da olublar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabirabadda qarayarayara tutulanlardan təzə XƏBƏR VAR 19 Sentyabr 2019, 14:20 İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR 19 Sentyabr 2019, 14:07 Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək 19 Sentyabr 2019, 13:59 Azərbaycanda “uşaqpulu” 3 yaşadək uşaqlara verilə bilər - Komitədən TƏKLİF 19 Sentyabr 2019, 13:58 İnstitut direktoruna ağır itki üz verib 19 Sentyabr 2019, 13:57 Polis cibgir qadını saxladı 19 Sentyabr 2019, 13:56 Putin Paşinyanın görüş təklifini rədd etdi 19 Sentyabr 2019, 13:52 Yasamalda ağac kəsildi - Nazirlik hərəkətə keçdi 19 Sentyabr 2019, 13:50 Hüseyn Abdullayevə cəza istənildi - təcili yardım çağırıldı 19 Sentyabr 2019, 13:45 “O, harda olubsa, orada canlanma baş verib” - Deputatlar Cavid Qurbanov haqda DANIŞDILAR 19 Sentyabr 2019, 13:27 Sabah 34 dərəcə isti olacaq - PROQNOZ 19 Sentyabr 2019, 13:11 Pərviz Şahbazov: “Azərbaycanda elektrik enerjisinin 92 faizi təbii qazdan əldə edilir” 19 Sentyabr 2019, 13:11 Əsgər xəstəlikdən vəfat edib, şəhid olmayıb - İcra Hakimiyyətindən AÇIQLAMA 19 Sentyabr 2019, 13:01 Nazir neftin qiymətinə təsir edən amillərdən DANIŞDI 19 Sentyabr 2019, 12:57 Pərviz Şahbazov: “Xudafərin-Qız Qalası” Su-elektrik stansiyası layihəsi hazırda işlənir” 19 Sentyabr 2019, 12:55 Azərbaycanın “Əsrin müqaviləsi”ndən əldə etdiyi qazanc AÇIQLANIB 19 Sentyabr 2019, 12:49 İmişlidə qadın və oğlu özlərini çaya atmaq istəyib 19 Sentyabr 2019, 12:45 Azərbaycanda nəsli tükənməkdə olan nadir heyvanlar - ADLAR 19 Sentyabr 2019, 12:40 Bakıda gəlin qayınanasını ÖLDÜRÜB 19 Sentyabr 2019, 12:17 “Pensiya artımı parlamentin təqaüd yaşlı deputatlarına aid deyil” - Hadi Rəcəbli 19 Sentyabr 2019, 11:58 Rumıniyada erməni dili ilə bağlı qanun qəbul olundu 19 Sentyabr 2019, 11:53 Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasında 19 Sentyabr 2019, 11:50 220 kV-luq yarımstansiyalar yenidən qurulur - VİDEO 19 Sentyabr 2019, 11:42 Nazir müavini: “Sərhədlərlə bağlı komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək” 19 Sentyabr 2019, 11:38 Türkiyədə qatar QƏZASI: İki ölü - FOTO 19 Sentyabr 2019, 11:30 Xələf Xələfov: “Azərbaycan hər bir Xəzəryanı ölkə ilə sıx əməkdaşlıq edir” 19 Sentyabr 2019, 11:22 Ədalət Muradov: “Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır” 19 Sentyabr 2019, 11:19 Qubada evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutuldu   19 Sentyabr 2019, 11:09 Zakir Həsənov təlimlərlə bağlı müşavirə keçirib - VİDEO 19 Sentyabr 2019, 10:51 Azərbaycandakı milyarder və milyonçular... 19 Sentyabr 2019, 10:43 İcra başçısından yerli məmurlara tapşırıq: kobudluğa, yekəxanalığa yol verməyin! 19 Sentyabr 2019, 10:39 ADU kollektivi Cocuq Mərcanlıda məktəblilərlə görüşdü 19 Sentyabr 2019, 10:38 İqor Ponomaryov “Sabah”ın baş məşqçi postuna gətirildi 19 Sentyabr 2019, 10:30 Dünya çempionatında Hacı Əliyevlə hakimlər arasında QALMAQAL 19 Sentyabr 2019, 10:25 Bakının Baş planı ilə bağlı növbəti MÜZAKİRƏ 19 Sentyabr 2019, 10:22