Arxiv
29 mart 2019, 09:08 | HADİSƏ
Azərbaycan vətəndaşı terror örgütünün əlindədir

Türkiyədə fevralın 12-n itkin düşən Azərbaycan vətəndaşı, lisey tələbəsi Abduləvvəl Orucovdan xəbər var.

Modern.az-ın məlumatına görə, ötən gün o, anasına “Vatsap” üzərindən zəng edib. Anası Afət Bəşirova Modern.az-a bildirib ki, oğlu Qırğızıstan nömrəsindən arasa da, yenə də danışmaq mümkün olmayıb.

"Oğlum “ana, ana!” dedi.
Səsi çox uzaqdan gəlirdi. Oğlum hardasan, - soruşdum, - yerini de,- söylədim. O da tələsik “ana məni dinlə” dedi, amma səs kəsildi və sonra həmin nömrə bağalandı. Mən tez polisə getdim. Olanlar barədə ifadə verdim. Nömrəni araşdırdıq və onun Qırğızıstan vətəndaşı Akilhdin Kamrambuayev adlı vətəndaşa məxsus olduğu üzə çıxdı. Biz də bunu polisə təqdim etdik".

Polis anaya axtarışı İnterpol-un həyata keçirəcəyini desə də, bir gün sonra yenidən mərkəzlə əlaqə saxlayan valdeynə agır bir xəbər verilib.

"Oğlunuz terror örgütlərinin birindədir".

Bu xəbərdən sonra Azərbaycanın İstanbuldakı Konsulluğu ilə əlaqə saxlayan Afət Bəşirova bu gün diplomatik korpusa gedib rəsmi ərizə təqdim edəcək. Daha sonra Azərbaycanı bu ölkədə təmsil edən diplomatik missiya məsələ ilə bağlı araşdırmaya başlayacaq.

Biz də Konsulluqla əlaqə saxladıq, yalnız araşdırmalardan sonra məlumat verilə biləcəyi söylənildi.  

Qeyd edək ki, dünən gecə Abduləvvəl Orucovun atası oğlunun zəng etdiyi nömrəyə mesaj göndərib. Nömrədən cavab gəlib ki, "oğlunuzu Trabzonda görmüşdüm və telefonumu danışmaq üçün ona vemişəm. Məni rahatsız etməyin".  

Amma məsələ burasındadır ki, Abduləvvəl Orucov mesaj sahibinin dediyi gündən 1 ay yarım sonra anasına eyni nömrədən zəng edib. 

"Bu adam yalan danışır, yoxsa belə ciddi yanlışa yol verməz. Biz bütün yazışmaları da polisə təqdim etdik. Amma polisin nədənsə bu işə soyuq yanaşdığını düşünürük. O üzdən ümidimiz öz ölkəmizədir. Dövlətimiz bizə yardım etsin, bir yol göstərsin".


Məhsəti Şərif,
İstanbul

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə 27 Yanvar 2020, 01:04 Əfsanəvi basketbolçu helikopter qəzasında ölüb 27 Yanvar 2020, 00:23 Bu gündən seçki bülletenlərinin çapına başlanılır 27 Yanvar 2020, 00:03 "İsmayıllıdakı qəzada bir ailənin 3 üzvü ölüb" - DYP  26 Yanvar 2020, 23:49 Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 23:28 Yüksək narkotik qəbul edən şəxs hamamda öldü 26 Yanvar 2020, 23:12 Gəncədə yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirib 26 Yanvar 2020, 22:44 ABŞ səfirliyinə raket atıldı 26 Yanvar 2020, 22:29 Zaur Məmmədov Cəbrayıl qəsəbəsində seçicilərlə görüşdü - FOTOLAR 26 Yanvar 2020, 22:11 Bir sutkada Suriyaya 981 qaçqın qayıdıb 26 Yanvar 2020, 21:56 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 26 Yanvar 2020, 21:46 Qənirə Paşayeva seçicilərin problemlərini dinlədi - FOTOLAR 26 Yanvar 2020, 21:41 Tovuzda qardaş qardaşı bıçaqlayıb 26 Yanvar 2020, 21:22 Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək 26 Yanvar 2020, 21:06 Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü - FOTO 26 Yanvar 2020, 20:53 İmişli sakini Goranboyda naməlum şəraitdə ölüb 26 Yanvar 2020, 20:45 ABŞ-da təhlükəli virusa yoluxanların sayı artıb 26 Yanvar 2020, 20:35 Bakıda ağır qəza - FOTO 26 Yanvar 2020, 20:17 Elmar Musayev Gədəbəy seçicilərinin aşkar favoriti oldu - FOTOLAR 26 Yanvar 2020, 20:06 İranda uçuş zamanı təyyarədə yanğın olub 26 Yanvar 2020, 19:56 Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb 26 Yanvar 2020, 19:21 Oğuz rayonunda baş vermiş yanğın söndürülüb 26 Yanvar 2020, 18:57 Əhliman Əmiraslanov seçiciləri ilə görüş keçirib 26 Yanvar 2020, 18:48 Yanğın baş verən binada yaşayan köçkünlər kirayə mənzilə yerləşdirilib - RƏSMİ 26 Yanvar 2020, 18:33 Gəncədə "Musa Quliyev - O, Sizin səsinizdir" filminin təqdimatı keçirilib 26 Yanvar 2020, 18:17 Rəşad Camalov Şirvanda şəhid ailələri ilə birgə - FOTOLAR 26 Yanvar 2020, 17:57 “Müsavat bəzi dairələrdə YAP-la birləşib, müxalifətə alternativlik edir” – İTTİHAM  26 Yanvar 2020, 17:48 Musa Qasımlının izdihamlı görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 17:33 Türkiyədə zəlzələ qurbanlarının sayı 36-ya çatdı 26 Yanvar 2020, 17:18 Zəlzələ bölgəsindən çıxarılan tələbələr Bakıda - FOTOLAR 26 Yanvar 2020, 17:01 Daha bir aviaşirkət Çinə reysləri təxirə saldı 26 Yanvar 2020, 16:51 Əfqanıstanda toyda partlayış törədildi 26 Yanvar 2020, 16:38 MSK deputatlığa namizədlərin siyahısını YENİLƏDİ 26 Yanvar 2020, 16:17 Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR 26 Yanvar 2020, 16:08 Təxliyə edilən tələbələr Naxçıvandan təyyarə ilə Bakıya yola salındı 26 Yanvar 2020, 16:01
SORĞU Yeni parlamentdə kimlər olsun?