Arxiv
4 Aprel 2019, 13:35 | PARLAMENT
“Məhkəmələr vətəndaşı prezidentdən, dövlətdən narazı salır” - Deputatlar Fərmanı dəyərləndirdilər  

Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb.

Ölkənin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.


Modern.az
saytı deputatlarla məhkəmə-hüquq sisteminin hazırkı vəziyyətini müzakirə edib.


Fazil Mustafanın
sözlərinə görə, bu Fərman məhkəmə-hüquq sisteminə aid çox ciddi islahat layihəsidir.


“Ölkə prezidenti bu sahədə böyük zərurət olduğunu dəfələrlə özü də vurğulayıb. Və bu istiqamətdə işlərin görülməsinə də start verdi. Bu Fərman vətəndaşın xilası sənədi kimi anlaşılmalıdır. Çünki vətəndaşı ölkə prezidentindən, dövlətdən narazı salan əsas qurum məhkəmələrdir.
Məhkəmələrdə qəbul olunan qərarlar ölkənin imicinə kifayət qədər zərbə vurur və müəyyən problemlər  yaradır. O baxımdan da məsələnin mahiyyəti hamını düşündürür. Burada əsas problemlərdən biri bu islahatın kiminlə həyata  keçirilməsidir. Tövsiyə olunan qurumların  əksəriyyəti bilavasitə bu vəziyyətin yaranmasında məsuliyyət daşıyan orqanlardır. Onlar təkmilləşmə istiqamətində hansı rasional  layihələr hazırlayıb təqdim edə bilərlər?!
Açığı, bu, bir qədər narahatedici məsələdir. Adı çəkilən qurumlardan daha çox təkliflər tələb olunur. Məncə, bu prosesdə  unudulan Milli Məclisin potensialıdır. Bu, nəzərə alınmayıb. Sənəddə parlamentin potensialından istifadə məsələsi əks olunmayıb. Elə qurumlar bu prosesin içində təklif verəcəklər ki, onlar öz imtiyazlarını itirməməyə çalışacaqlar. Ona görə də açığı, cənab prezidentin gözəl niyyətinin, aydın istiqamətinin o qədər də effektli icra olunacağı düşüncəsində deyiləm. Çünki sənədin icrası üçün tapşırıq verilən qurumların bilavasitə bu işdə məsuliyyət daşıdığını nəzərə alsaq, deyə bilərik ki, onların verə biləcəyi təkliflər məhz öz imtiyazlarını qorumaq istiqamətində olacaq.
Diqqət etmisizsə, bir neçə dəfə ölkə prezidenti  tərəfindən mühüm, inqilabi əhəmiyyətli qərarlar verilib. Alternativ cəzaların tətbiqi, müəyyən dərəcədə  bəraət hökmünün verilməsi və sairə məsələlər dair... Bunların heç biri ciddi şəkildə icra olunmadı. Çünki müvafiq qurumlar konkret icrada bunu yerinə yetirməyə maraqlı deyillər. Bax, qərarın narahatedici hissəsi odur.
Bütövlükdə isə Fərman böyük rasional dəyişiklik niyyətindən xəbər verir. Hesab edirəm ki, orada çox ciddi müddəalar var. Əgər əməl olunsa, bu sevindirici hal olar”.

Tahir Kərimli deyib ki, arzuladığı və gözlədiyi məsələ reallaşmağa doğru gedir:

“Cənab prezidentin məhkəmə-hüquq sistemindəki islahatlarla bağlı Fərmanını yüksək qiymətləndirirəm. Bu, mühüm qərardır. Arzu edib gözlədiyim məsələdir. Fərman əhatəlidir. Hiss olunur ki, buna çox ciddi hazırlaşılıb. Sənəd məhkəmə-hüquq sistemində həm struktur, həm funksional dəyişiklikləri ciddi nəzərdə tutur. Burada əhəmiyyətli məsələlər çoxdur. Öncə qeyd edim ki, hakimlərin sayının 200 nəfər artırılması təklif olunur. Fərmanda məhkəməyə qədər mediasiya prosesi, yəni məhkəmədənkənar  mübahisələrin həlli də nəzərdə tutulur. Ən mühüm məsələlərdən biri alternativ ekspertiza orqanlarının. Məkhəmə qərarını  icra edən orqanların yaradılması da nəzərdə tutulur. Məhkəmələrin  müstəqilliyinin təmin olunması üçün çox ciddi məsələlər ortaya qoyulur. Ümumilikdə, bir çox vacib məqamlar Fərmanda öz əksini tapıb. Hesab edirəm ki, bu Fərman məhkəmə-hüquq sistemində köklü dəyişikliklə yadda qalacaq”.

Fəzail Ağamalı bildirib ki, artıq prezidentin iradəsi ortadadır:

“Ölkə prezidenti 2018-ci ilin aprel seçkilərindən sonra başlamış olduğu islahatları davam etdirir. Bu islahatlar cəmiyyətin bütün sahələrini əhatə edən və dərin xarakter daşıyan, ardıcıl və sistemli islahatlardır. Məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac duyulurdu. Ölkə prezidenti bir müddət öncə anonsunu da vermişdi. Əgər iqtisadi, sosial, siyasi xarakter daşıyan islahatlar gedirsə, təbii ki, hüquqi islahatlar da aparılmalıdır. Mənə elə gəlir ki, təkcə məhkəmə-hüquq  sahəsini deyil, digər sahələri  də əhatə edəcək yeni fərmanlar veriləcək.
Bu islahatlar inqilabi xarakter daşıyır. Sənədlə tanış oldum. Bu Fərmanda məhkəmə sistemini tamamilə yenidən qurulmasını özündə ehtiva edən yanaşma var. Prezidentin iradəsi ortadadır. Fərmanda şəffaflıq, qanunun aliliyi ədalət və haqqa söykənən məhkəmə sisteminin yaradılması öz əksini tapıb. Ədliyyə Nazirliyinə və digər qurumlara müvafiq tapşırıqlar verilib. Bu  sənədlər  hazırlanandan sonra Azərbaycanda həqiqətən müstəqil, hansısa sifarişə əsaslanmayan ədalətsizlikdən kənar, haqqa-ədalətə söykənən bir məhkəmə sisteminin yaradılmasını gözləyirik. Fərmanda hüquqi öhdəliklər öz əksini tapıb. Bu Fərman son dərəcə ciddi və tarixi sənəddir. Sənədə görə cənab prezidentə təşəkkür edirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi: Məzarım üstə gəlməni istəmirəm! 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada 7 nəfər güllələndi - 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30 Beş ayda dəmir yolu nəqliyyatı ilə 1,27 milyard dollarlıq yük daşınıb   17 İyun 2019, 11:29 Lənkəran çayından kişi meyiti tapılıb   17 İyun 2019, 11:07 Bədbəxt varislər - Bir ailənin FACİƏSİ 17 İyun 2019, 10:56 Astarada çətənə yetişdirən ailə saxlanıldı 17 İyun 2019, 10:52 Qaxda zəlzələ olub 17 İyun 2019, 10:33 Kanadada yaşayan azərbaycanlı rəssam:  “Yox cavabı alanda, deyirdilər, “heç olmasa, amerikalısan” - MÜSAHİBƏ 17 İyun 2019, 10:20