Arxiv
10 Aprel 2019, 08:07 | DİASPOR
ABŞ-da yaşayan qarabağlı memar-rəssam

Daxilən zəngin adamları gözlərindən tanımaq olur. Belə insanların heç zaman dilə gətirməyəcəkləri fikir və düşüncələrini baxışlarından duyub anlayırsan. Əbəs yerə, "gözlər qəlbin aynasıdır", deməyiblər ki. Mən o aynada dərdə, qəmə boyun əyməyən, həyatın çətin imtahanlarından alnı açıq, üzü ağ çıxan bir xoşbəxt insanı gördüm…


Öz mənəvi dünyası var. Haqq, ədalət, dürüstlük, xeyirxahlıq bu dünyanın əsas meyarlarıdır. Heç vaxt heç nəyə təəssüflənmir, çünki qərar verdiyi an şəraitə uyğun qənaətə gəlir. Yalan danışan adamlar gözünün düşmənidir. İnsanda yüksək dəyərləndirdiyi keyfiyyət isə imkansıza təmənnasız yardım etməsidir. Başladığı işi sona çatdırmasa rahat ola bilmir. Yaxın dostlarına hədiyyə verməyi xoşlayır…


Ötən əsrin 60-70-ci illərində çəkilmiş Azərbaycan bədii filmlərində səslənən mahnılara, eləcə də muğamlarımıza qulaq asmaqdan yorulmur. Alim Qasımovun, Aygün Bayramovanın, Mənsum İbrahimovun, Nəzakət Teymurovanın ifasında muğam dinləyərkən xüsusi zövq alır…


…Deyir ki, Qarabağ onun yaralı yeridir: “Gecələr yuxularımda doğulduğum Ağdamı görəndə ürəyim tir-tir əsir. İnşallah, torpaqlarımız işğaldan azad olunsun, bölgədəki rayonların yenidən qurulmasında öz layihələrimlə iştirak etməyə hazıram"…


Haqqında söhbət açdığım memar-rəssam Yavər Rzayev 1962-ci ildə Ağdam rayonunda dünyaya gəlib. 1979-cu ildə orada 6 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1980-1982-ci illərdə hərbi xidmətdə olub. 1983-cü ildə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinə qəbul olunub. İki il sonra təhsilini davam etdirmək üçün onu keçmiş Çexoslavakiyanın Bratislava şəhərindəki Ali Texniki Universitetə göndəriblər. Orada dörd il oxuyaraq memar-mühəndis ixtisasına yiyələnib. 1989-1991-ci illərdə həmin universitetin memarlıq layihəsi kafedrasında müəllim işləyib. 

1991-1996-cı illərdə Meksikada yaşayıb. Orada həm memarlıq edib və həm də restoran işlədib. 1996-cı ildə doğma vətənə, Bakıya dönüb. 2000-ci ildə Amerikaya gələnədək Bakıdakı restoranlardan birinə rəhbərlik edib. ABŞ-a köçdükdən sonra isə il yarım Vaşinqtondakı restoranlardan birində çalışıb. Sonradan "The Gate House" adlı tikinti və memarlıq şirkəti yaradıb. Hazırda həmin şirkətə rəhbərlik edir. 

2006-cı ildən ABŞ-ın yay paytaxtı sayılan Delever ştatının kurort şəhəri Rehoboz Biçdə yaşayır. Rəhbərlik etdiyi şirkət imkanlı amerikalılar üçün fərdi villaların tikintisi ilə məşğul olur…



…Bir oğlu var, adı Emildir. 27 yaşlı bu gənc Meksika Dövlət Universitetinin musiqi və bəstəkarlıq fakültəsini bitirib. Hazırda magistraturada təhsil alır. Yeri gəlmişkən, Emilin diplom işi muğam, Azərbaycan klassik bəstəkarlarının musiqisi mövzusunda olub…


Yağlı boya ilə kətan üzərində gözəl rəsmlər çəkir. İndiyədək ABŞ-ın bir sıra böyük şəhərlərində sərgiləri də keçirilib. Bu sərgilərdən bəzilərini Azərbaycanın ABŞ-dakı səfirliyi təşkil edib. İndiyədək ən baha satdığı əsər isə 30 dollar civarında olub. Əsərlərinin bir çoxu Qarabağ mövzusundadır. Tarixi, sənədli filmləri seyr etməyi, məşhur rəssamların, sənət adamlarının həyat və yaradıcılığı haqqında elmi məqalələr oxumağı xoşlayır. İdmanın üzgüçülük növü ilə mütamadi məşğul olur. Böyük tennis oynamaqdan zövq alır...


Sözü bütov, zəngin dünya görüşlü, müdrik, işgüzar insandır. Dostlarının çoxu amerikalılardır. Evində məclislər təşkil edib tez-tez onları qonaq edir. Azərbaycan mətbəxinin təamlarını, mədəniyyət nümunələrimizi dostlarına sevdirməyə çalışır. "Əgər daha böyük uğurlara imza atmaq istəyirsənsə amerikalılara qaynayıb-qarışmağı bacarmalısan. Onda bütün qapılar üzünə açılmış olacaq"- söyləyir…


Söhbətimin əvvəlində əbəs yerə gözlərdən söz açmamışdım. Bəli, onun gözlərinin dərinliyində bir nisgil də gördüm, Qarabağ nisgili. Bu nisgil onu Amerikada da rahat buraxmır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xəzərdə 19 yaşlı gənc boğuldu 19 İyul 2019, 00:54 Türkiyədə gəmidə güclü yanğın 19 İyul 2019, 00:41 Azərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandı 19 İyul 2019, 00:27 “F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək” - Hulusi Akar 19 İyul 2019, 00:12 ABŞ Fars körfəzində İranın pilotsuz aparatı vurdu 18 İyul 2019, 23:52 Biləcəridə kiçik gizir bıçaqlandı 18 İyul 2019, 23:36 Keşikçidağdakı insidentlə bağlı araşdırma başlayıb 18 İyul 2019, 23:26 Gülnarə Kərimova həbsxanadan çıxarıldı 18 İyul 2019, 23:09 “Neftçi” Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib 18 İyul 2019, 22:53 Günəş fəallığı çox aşağı səviyyədə qalacaq 18 İyul 2019, 22:31 Sumqayıtda polis leytenantı iş otağında özünü güllələdi 18 İyul 2019, 22:07 "Səbail" Avroliqada mübarizəni dayandırdı 18 İyul 2019, 21:54 İran Xəzərə hərbi gəmilər buraxacaq 18 İyul 2019, 21:33 Bakıda tanınmış İtaliyalı alimlə görüş - FOTO 18 İyul 2019, 20:58 Şairə Kəmalə Ağayeva vəfat edib 18 İyul 2019, 20:45  “Kim nə istəyir yazsın, vecimizə də deyil” - Anar Bağırov 18 İyul 2019, 20:03 “Neftçi” - “Speranta” matçının "11-liyi" dəqiqləşib 18 İyul 2019, 19:50 Sumqayıtda 4 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır 18 İyul 2019, 19:39 Biləcəridə yük qatarının vaqonu yanır 18 İyul 2019, 19:25 XİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa ziddir 18 İyul 2019, 19:02 Bakıda yol qəzalarında ölənlərin sayı AÇIQLANDI 18 İyul 2019, 18:54 Bu qurum “Azəriqaz”-a 26 milyon manat borcludur 18 İyul 2019, 18:31 İspaniyadan gətirilən badam tingləri məhv edilib 18 İyul 2019, 18:17 Bakıda 6 ayda 36 adamöldürmə cinayətinin üstü açılıb - Prokurorluq 18 İyul 2019, 18:11 Koçaryana qarşı cinayət işi dayandırlıdı 18 İyul 2019, 18:06 Məktəbəqədər təhsil qruplarının sayı artırılacaq 18 İyul 2019, 17:35 Manat və dolların sabahkı məzənnəsi 18 İyul 2019, 17:32 Jurnalistlərə JEST: 3 gün pulsuz müayinə olacaq 18 İyul 2019, 17:15 Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən daha bir pendir sexi - FOTOLAR 18 İyul 2019, 17:12 Sabitliyə hücum polisə hücumdan başlayır… – Azərbaycandakı sabitlik hədəfə çevrilir - TƏHLİL 18 İyul 2019, 17:11 Sürücülərin NƏZƏRİNƏ: Bu yolda tıxac yarandı 18 İyul 2019, 17:02 Xəzərdə zəlzələ oldu 18 İyul 2019, 16:57 Bakıda havanın ən çox çirkləndiyi ərazi - MONİTORİNQ 18 İyul 2019, 16:50 Deputat cəhbədəki gərginliyə görə Elmar Məmmədyarovu İTTİHAM ETDİ 18 İyul 2019, 16:48 “Rustavi 2”-nin baş direktoru istefaya göndərildi 18 İyul 2019, 16:37