Modern.az

Deputatlar ATV-də veriliş aparacaq

Deputatlar ATV-də veriliş aparacaq

Parlament

13 Aprel 2019, 22:06

Gələn bazar ertəsindən hər həftə saat 23.00-da ATV-nin efirində fərqli baxışların yer aldığı yeni bir proqramla görüşünüzə gəlirik.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, jurnalist Sahib Alıyev bildirib.

Onun sözlərinə görə, p
roqram sosial şəbəkədə də yayımlanacaq və gələcəkdə həftə ərzində baş verən mühüm olaylarla bağlı izləyici sualları, yaxud fikirləri də onlayn rejimdə efirə veriləcək.

“Şadam ki, bu proqramı Azərbaycanın siyasətşünasları arasında ən təcrübəli, intellektli və informasiyalı birisi kimi tanınan həmkarım Rasim Musabəyovla birgə aparacağıq.
Əminəm ki, Rasim müəllimin aparıcılığı da ekspertliyi kimi uğurlu olacaq. Bizə vaxt ayırıb baxacaq hər kəsə öncədən təşəkkürümü bildirirəm!”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!