Arxiv
17 Aprel 2019, 15:44 | QARABAĞ
Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI

Qarabağ münaqişəsinin nizamlanmasına dair təkliflər ərazi bütövlüyü, xalqların təyini-müqəddərat hüququ və güc tətbiq edilməməsi prinsipləri əsasında razılıq yolları axtarışını nəzərdə tutur.

 

Modern.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Moskva-Baku” portalına müsahibəsində aprelin 15-də Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün yekunlarını şərh edərək bu fikri söyləyib.

S.Lavrov həmin müzakirələrin 2016-cı ildə Rusiya tərəfindən təklif edilmiş plan əsasında aparılması barədə sualı şərh edərək deyib: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xatırladıb ki, bu təkliflər həmin iclasın yekunları barədə müsahibələrin birində müzakirə olunub. Ona görə də burada mənim nə isə əlavə etməyimə ehtiyac yoxdur. Bu təkliflərin mahiyyətinə gəldikdə isə, onlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – Rusiya, Fransa və Birləşmiş Ştatların rəhbərlərinin çoxsaylı bəyanatlarında təsbit edilmiş yanaşmalara uyğundur. Onlar münaqişə tərəfləri arasında ərazi bütövlüyü, xalqların təyini-müqəddərat hüququ və güc tətbiq edilməməsi prinsiplərinə əsaslanan razılıq yolları axtarılmasını nəzərdə tutur.

Mən sadəcə təklif edirəm ki, siz dövlət başçılarının bu silsilə bəyanatlarına və keçən il dekabr ayında Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilmiş son bəyanatlara nəzər salasınız. Bu işin bütün əsas istiqamətləri orada şərh olunub. Əlbəttə, təfsilat məxfi xarakter daşıyır”.

 

Rusiyalı nazir daha sonra əlavə edib ki, görüşün yekunlarına əsasən humanitar tədbirlər barədə razılaşmalar birgə bəyanatda açıq şərh edilib. “Razılaşmaların mahiyyəti ondan ibarətdir ki, tərəflər, xüsusən kənd təsərrüfatı işləri aparılan dövrdə, vəziyyətin sabitləşməsi üçün səylərini artırmalıdırlar. Razılaşmalar insanların həbsxanada saxlanılan doğmalarına və yaxınlarına baş çəkmələri üçün şərait yaratmaqdan, KİV nümayəndələri də daxil olmaqla insanlar arasında əlaqələrin təşviq edilməsindən ibarətdir. Hesab edirəm ki, bu, çox faydalı razılaşmadır”.

 

S.Lavrov xüsusən humanitar sahədə belə tədbirlər barədə əvvəl də razılıq əldə edilməsi,  lakin bu razılaşlmaların heç də həmişə yerinə yetirilməməsi barədə şərhləri oxuduğunu qeyd edib.  Rusiya XİN başçısı deyib: “Bu həqiqətdir.  Lakin Moskvada yaradılmış bu əlaqələrin yekunlarına əsasən deyə bilərəm: budəfəki razılaşmaların kağız üzərində qalmaması həm Yerevanın, həm də Bakının maraqlarına uyğundur. Biz buna kömək edəcəyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada erməni saytı ilə bağlı təhqiqata başlanıl   19 İyul 2019, 14:33 İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdi - YENİLƏNİB 19 İyul 2019, 14:30 Hesablama Palatası Sumqayıt Regional İdarəsində nöqsanlar aşkarladı 19 İyul 2019, 14:28 Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr üçün sponsor axtarırılır 19 İyul 2019, 14:23 Mir Şahinin açıq dərsi 19 İyul 2019, 14:22 Susmayan iki səs, yaxud soydaş sevdalılar 19 İyul 2019, 14:22 Bərdə xəstəxanasında qanun pozuntusu – RƏSMİ 19 İyul 2019, 14:19 Xəzərdə batmaq təhlükəsi olan iki nəfər xilas edildi 19 İyul 2019, 14:16 Azərbaycanda hərbi cinayətlərin sayı azalıb 19 İyul 2019, 13:57 Dünyada hər saat 40 nəfər suda boğulur - DƏHŞƏTLİ STATİSTİKA 19 İyul 2019, 13:54 Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub 19 İyul 2019, 13:47 Deputat Eldar Quliyev təltif etdi 19 İyul 2019, 13:40 “Musiqi Almaniya və Azərbaycan arasında gözəl bir diplomatiya növüdür” – Fəxri konsul   19 İyul 2019, 13:37 İlahiyyat İnstitutu məzunlar üçün “Məlumat bazası” yaradır 19 İyul 2019, 13:29 Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başladı 19 İyul 2019, 13:22 Jurnalistlər üçün tikilən 3-cü bina gələn il təhvil verilə bilər 19 İyul 2019, 13:18 Sabahın hava PROQNOZU 19 İyul 2019, 13:14 Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlandı 19 İyul 2019, 13:12 Azərbaycan mətbuatında neqativ hallar var - Prezident Administrasiyası 19 İyul 2019, 13:08 “İnstagram”da tanış olub Bakıda oğurluq etdilər - FOTOLAR 19 İyul 2019, 13:05 Moskva-Yerevan reysində insident: 2 nəfər xəstəxanaya düşdü 19 İyul 2019, 12:48 İspan idmançılar Atletlər kəndinə yerləşdirildi 19 İyul 2019, 12:45 Mingəçevirdə avtoxuliqanlıq edən sürücü saxlanıldı 19 İyul 2019, 12:36 XİN Kamal Abdullanı təltif etdi 19 İyul 2019, 12:23 Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır 19 İyul 2019, 12:19 Rəsmi Bakı Yaponiyaya başsağlığı verdi 19 İyul 2019, 12:05 Qazi ola bilməyən qazılar 19 İyul 2019, 11:50 Qənirə Paşayeva baş nazirlə nələrdən danışdı?  19 İyul 2019, 11:41 23 nəfəri gün vurub 19 İyul 2019, 11:37 Dünyanı heyrətə salan “qardaşlıq ölkəsi” - Azərbaycanın tolerantlıq modeli 19 İyul 2019, 11:35 “UNEC-dən dünyaya”: “Zamanı idarə etmək tələbənin əlindədir” 19 İyul 2019, 11:31 “Azərbaycandan getmək fikrində deyiləm” - Hacı İbrahimdən AÇIQLAMA 19 İyul 2019, 11:30 Ermənistanda oğul anasını öldürdü, atasını yaraladı 19 İyul 2019, 11:27 Bakı metrosu gücləndirilmiş rejimə keçir 19 İyul 2019, 11:23 Vergilər Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ: “Şəffaflıq qanedici deyil” 19 İyul 2019, 11:15