Arxiv
18 Aprel 2019, 10:54 | DİASPOR
Ukrayna azərbaycanlılarının son bir ili –  “Səhvlərinizə görə əvəzinizdən hər birinizdən üzr istəyirəm...”

Bir ilin dərsləri...

Bu ay Diasporla İş üzrə Dövlət Komitəsində struktur dəyişikliyinin bir ili tamam olur. Bir il diaspor fəaliyyəti üçün böyük tarix hesab edilməsə də, hər halda az zaman da deyil.

Bu zaman kəsiyi xaricdə yaşayan soydaşlarımızın birgə fəaliyyətində nə kimi izlər buraxdı? Yəqin ki, bu tipli suallar hər kəsi maraqlandırır. 

Bu yazıda Ukraynada yaşayan azərbaycanlılar, onların diaspor fəaliyyətinə toxunacağıq. O ölkə ki, Azərbaycan diasporunun fəaliyyətinə heç bir maneə yoxdur. Və təəsüflə qeyd etməliyik ki, bundan istifadə etmək əvəzinə bu ölkədəki diaspor təşkilatları bir arada ola bilməyiblər. Təqsirkar axtarmayaq, bu, xarici institutların soydaşlarımız arasında nifaq yaratmaq istəyində də irəli gələ bilərdi, əvvəlki rəhbərliyini onların birliyində maraqlı olmamasından da qaynaqlana bilərdi və s.  

 

Bəs, son bir il? Dəyişən nə oldu?

Bir neçə gün öncə, aprelin 14-ü Ukraynadakı Azərbaycan diasporu üçün əlamətdar hadisə baş verdi. Bunu hər birimiz izlədik. Hətta deyrıdik ki, bütün dünya azərbaycanlılarının diqqəti onlarda oldu.

Uzun illər biri-birilə “soyuq müharibə” şəraitində fəaliyyət göstərən, eyni adlı tədibləri ayrı-ayrılıqda keçirən Ukrayna azərbaycanlılarının diaspor təşkilatları, birliklər bir bayraq altında – Ukrayna Azərbaycanlıları Radası (RAU) tərkibində birləşmək qərarı verdilər. Bu, Ukraynadakı çoxsaylı Azərbaycan təşkilatlarının, ictimai birliklərin, cəmiyyətlərin və s. vahid koordinasion mərkəzdən idarə olunacağı anlamına gəlir.

Təsis qurultayında Ukraynadakı 3 ən böyük diaspor təşkilatı – Ukrayna Azərbaycanlıları Konqresi (sədr Rövşən Tağıyev), Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (sədr Hikmət Cavadov) və Kiyev Azərbaycanlıları Konqresi (Oleq Krapivin) fəaliyyərini RAU-nun tərkibində birgə koordinasiya etmək razılıq əldə etdilər.

Qurultaya qatılan 178 nümayəndə Ukrayna Azərbaycanlıları Radasının 3 həmsədri, Baş katib və hər təşkilatdan 5 idarə heyəti üzvü seçdi.

 

Gənc, orta nəsil və yaşlılar bir arada...

Əslində bu birləşmənin təməli hələ 2018-ci ilin iyulun 17-19-da Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya ilk səfəri zamanı qoyulmuşdu.

Məhz həmin səfər zamanı diaspor liderləri birləşmək barədə təşəbbüsə prinsipial razılıq vermiş, görüşdən keçən 9 aya yaxın müddət ərzində yaradılmış işçi qrup Ukrayna Azərbaycanlıları Radasının Nizamnaməsini, stukrutunu, hədəflərini və məramını müəyyən edirdi.

 

Rövşən Tağıyevin başçılıq etdiyi Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi 1990-cı illərin əvvəllərində yaranıb və Ukrayna Azərbaycanlıları Radasında təmsil olunan ən böyük 3 təşkilatdan biridir. Əvvəllər Ukrayna Azərbaycanlıları Konqresi adlanan təşkilat 2013-cü ilin oktybarında regional təşkilarların vahid mərkəzdə birləşməsinə görə Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi adlanır. Konqresi Radaya daxil olan təşkilatlardan ən yaşlısı da saymaq olar.

Təşkilatda 1990-cı, 2000-ci illərdə Ukraynada biznes və ictimai uğur qazanmış şəxslər daxildir. Ukrayna Azərbaycanlıları Konqresinin Ukraynanın dövlət orqanları və siyasət xadimləri ilə sıx əlaqələri də mövcuddur. Bu əlaqələr, təmaslar Bakı ilə Kiyev arasında münasibətlərin sıxlaşmasına, Ukraynada Azərbaycan diasporunun, iş adamlarının hüquqlarının qorunmasına xidmət edir.

 

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu 2013-cü il fevralın 20-də təsis olunub. Hüquq elmləri doktoru Hikmət Cavadovun başçılıq etdiyi birlik ətrafında daha çox uğurlu karyera qurmuş və prestijli ali məktəblərdə təhsil almış gənclər toplaşdığı üçün diaspor işinə gənclərə məxsus novatorluq, yenilik verir. Gələcək baxımından böyük perspektiv vəd edən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu da Ukrayna ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə, Ukraynada azərbaycanlıların öz milli kimliklərini saxlamasında, mədəni, siyasi, sosial sahələrdə hüquqlarının qorunmasına və s. çoxşaxəli xidmət edir.

 

Kiyev Azərbaycanlıları Konqresinin yaradılması isə əslən Azərbaycanın Şamaxı rayonunda, molokan ailəsində dünyaya gələn Oleq Krapivinin adı ilə bağlıdır. Uzun illər sərbəst güləşçi kimi yerli və beynəlxalq turnirlərə qatılan Krapivin 14 qat Azərbaycan çempionu sayılır. O, Sovet İttifaqının dağılmasından sonra Ukraynada bizneslə məşğul olmağa başlayır və bu paralel olaraq diapsor işi ilə, ictimai fəaliyyətlə, xeyriyyəçiliklə məşğul olur. Kiyev Azərbaycanlıları Konqresini sədri kimi Oleq Krapivin Ukrayna azərbaycanlılarının idman uğurlarında da ciddi pay sahibidir.

Daha çox “köhnə məktəb”i təmsil edən Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi, 25 ildən artıq müddət ərzində Kiyev azərbaycanlılarını öz ətrafında sıx birləşdirən Kiyev Azərbaycanlıları Konqresi ilə yenilikçi, gənc Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun Ukrayna Azərbaycanlılarının Radası tərkibində birləşməsi bu baxımdan simvolik addım sayıla bilər.

Köhnə və yeni nəsil, ənənə və yeniliyin, təcrübə və novatorluğun birləşməsi Azərbaycan diasporunun gücünü, cəmiyyətədki çəkisini və siyasi dairələrə təsir qüvvəsini üç qat artıracaq. Heç şübhəsiz ki, bu məsələdə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rolu əvəzsizdir.

 

Birləşməkdən başqa yol yoxdur...

Hətta bu gün də Ukraynada yaşayan azərbaycanlılar arasında Dövlət Komitəsinin sədri Fuad Muradovun biri-biri ilə yola getməyən diaspor təşkilatlarının rəhbərlərinə təxminən bir il əvvəl “Sizin səhvlərinizə görə mən əvəzinizdən sizdən üzr istəyirm” kimi səsləndirdiyi fikirlər müzakirə olunur, onlara birləşməkdən başqa yol qoymur.

Ukraynadakı Azərbaycan diasporunun əsas hədəfləri icma üzvlərinin, Ukraynada anadan olan yeni nəsil soydaşlarımız ana dilini unutmaması, Azərbaycan mədəniyyəti, adət-ənənələrini yaşatması, tarixi vətənləri ilə sıx bağlılığını qoruyub saxlmaqdır. Milli kimliyimizi, həqiqətlərimizi tanıtmaqdır.

Bu baxımdan Kiyev, Dnepr, Xarkov, Odessa və s. şəhərlərdə şənbə-bazar məktəblərinin yaradılması çox önəmli hadisədir.

Kiyev və bölgə diasporlarının rəhbərləri ilə görüşdə bu sahədə vəziyyətin qənaətbəxş olduğu, Ukrayna torpağında yaşayan azəbaycanlıların tarixi vətənləri ilə sıx bağlılığının olduğu təsdiqlənib. 

Xarkov vilayəti Azərbaycan-Ukrayna Dostluq cəmiyyətinin sədri Murad Ömərov:

“Xarkov şəhəri 131 nömrəli məktəbin nəzdində mədəni elm mərkəzimiz var. Hər bazar günləri  50-60 azərbaycanlı uşaq Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan rəqsləri, tariximizdən dərs alırlar. “Azərbaycan incisi” adlı  rəqs qrupumuz var”.

Dnepropetrovsk Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov

“Təşkilatın nəzdində azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi var. Məktəbdə kitabxana, şəxsi ofis qəzeti fəaliyyət göstərir. Qəzet hər ay çıxır. Ayrıca futbol komandamız da var”.

 

İndi dövlətimizə, millətimizə belə nəticələr çox lazımdır...

 

Demokratik inkişaf yolunu, Qərb strukturlarına inteqrasiyanı rəsmi dövlət xətti seçən Ukraynada Azərbaycan diasporunun inkişafı üçün əlverişli şərait yaranıb. Buna həm Azərbaycan diasporunun Ukraynadakı uğurlu fəaliyyəti, azərbaycanlıların Ukrayna cəmiyyətinə uğurlu inteqrasiyası, 70 illik Sovet dönəminin yaratdığı müəyyən mental yaxınlıq, həmçinin iki ölkənin bütün sahələrdə dostluq münasibətləri buna təkan verir.

Ən başlıcası isə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya qayğı, diqqət göstərən Azərbaycanın Dövlət Başçısı İlham Əliyev, onun Dünya Azərbaycanlılarına yönəlik siyasətini həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsi var.  

2018-ciu ilin iyununda Kiyevdə Azərbaycan Ticarət Evinin açılması, 2018-ci ilin yekunlarına görə iki ölkə arasında ticarət dövriyyəsinin 810 milyon dolları keçməsi, beynəlxalq platformalarda, o cümlədən AŞ PA və ATƏT-də Kiyevlə Bakının biri-birinin mövqeyini dəstəkləməsi, ərazi bütövlüklərinin pozulmasına qarşı qətnamələrin qəbulunda arxa olması qarşılıqlı yaxınlaşmanın nümunələridir.

Bu yaxınlaşmada Ukraynadakı Azərbaycan diasporunun da müstəsna xidmətləri var. Ukraynadakı diaspor təşkilatlarının vahid koordinasiya şurası ətrafında birləşməsi son zamanlar diaspor sahəsindəki ən önəmli uğurlardan biri kimi qəbul olunmalıdır.

 

Ukrayna Azərbaycanlıları Radasının yaxın aylarda ciddi struktur kimi  çox uğurlar əldə edəcəyi, o cümlədən qarşıdan gələn Ali Rada seçkilərində azərbaycanlı namizədləri irəli sürəcəyi şübhəsizdir.

Buna görə 2019-cu ilin 14 aprel tarixi qarşıdan gələn bütün diaspor uğurlarının başlandığı tarix kimi qəbul olunmalıdır.

Ümumən, dünya azərbaycanlıları Ukraynada Azərbaycan Diasporunun son bir illik fəaliyyətindəki dönüşü, birlik nümunəsini Diasporla İş üzrə Dövlət Komitəsinin bir illik işinin nəticəsi kimi qiymətləndirirlər.

İndi dövlətimizə, millətimizə belə nəticələr çox lazmdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Prezident hərbçilərin aylıq pul təminatını artırdı - YENİLƏNİB 18 İyun 2019, 19:49 Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılır 18 İyun 2019, 19:38 Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları 20 faiz qaldırıldı 18 İyun 2019, 19:35 Minimum aylıq əməkhaqqı artırıldı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15