Modern.az

 “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər

 “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər

20 Aprel 2019, 22:57

İngiltərədə aparılan DNT tədqiqatının nəticələri göstərib ki, bu ölkənin ən məşhur tarixi abidəsi olan “Stonehenge”i Anadoludan gələnlər tikiblər.

Modern.az  BBC telekanalının saytına istinadən xəbər verir ki, Londonda tədqiqat aparan alimlər arxeoloji qazıntılar zamanı neolit dövründə (e.ə. 5500-800-ci illər) İngiltərədə yaşamış insanların cəsədlərinin qalıqlarının DNT analizlərini Avropanın digər yerlərində onların müasirlərinin aşkar edilən analoji tapıntıları ilə müqayisə ediblər. Məlum olub ki, həmin dövrdə Britaniya adasında məskunlaşmış insanlar e.ə. 4000-ci ildə Anadoludan gəliblər. Alimlər bildirirlər ki, o vaxtlar Avropaya köç edən bu insanlar Köhnə qitədə kənd təsərrüfatının əsasını qoyublar. Onların bir qrupu Dunay çayı boyunca Mərkəzi Avropaya, digər hissəsi isə Aralıq dənizi ilə qərbə yollanıblar. Əvvəlcə Pireney yarımadasına gələn bu insanlar sonradan Fransaya, oradan isə Britaniya və Uelsə yerləşiblər. Anadolu insanının DNT nümunələri Şotlandiyanın qərbində tapılmış insan sümüklərində də aşkar olunub.

London Milli Tarix Muzeyinin əməkdaşı Tom Bot bildirib ki, neolit dövrü əkinçi xalqlarının bu ərazilərə köç etməsindən sonra yerli ovçu britaniyalıların izlərinə rast gəlmək olmur. Onun sözlərinə görə, neolit dövründə həmin qəbilələr sayca az olduğu üçün assimilyasiyaya məruz qalıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir