Arxiv
21 Aprel 2019, 12:29 | DİASPOR
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı - FOTOLAR  

Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb Aprelin 20-də Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub.

Modern.az xəbər verir ki, bu məktəb Azərbaycanın Birinci vitse-prezidenti, H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə əsasən azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində yaradılıb.

Məktəb üçün kirayəyə götürülən yeri 3 ay ərzində Fransa Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan İcması təmir edib. “Qarabağ” məktəbi adlandırılan təhsil ocağının açılışına bu ölkədə yaşayan 90 nəfərə yaxın azərbaycanlı qatılıb. Məktəb fəaliyyətə başlayana qədər ərazidə yaşayan ailələrdən 25 uşaq məktəbdə şagird kimi qeydiyyatdan keçib.

Məktəbin açılışında Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, Azərbaycanın Fransadakı səfirliyinin konsulluq məsələlərinə məsul katibi Zaur Fərhadov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi- Nantda fəaliyyət göstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov, eyni zamanda Fransada Azərbaycanlıların Koordinasiya Şurasının üzü olan təşkilatların sədr və nümayəndələri iştirak edib.

Giriş sözü ilə çıxış edən Fuad Muradov Mehriban xanım Əliyevanın tapşırığı ilə açılan “Qarabağ” məktəbinin əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib. Məktəbə “Qarabağ” adının verilməsinin də xüsusi bir siyasi məna kəsb etdiyini bildirən sədr gələcəkdə bu adda məktəblərin açılmasının daha da geniş vüsət alacağını bildirib. O, eyni zamanda Fransada Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinin vacibliyindən də danışıb. Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu təbrik çıxışında qeyd edib ki, doğrudan da Nantda Azərbaycan məktəbinin açılması vacib və əhəmiyyətli addımdır. O, bildirib ki, bu məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir və gələcəkdə məktəblə dərnək arasında sıx əlaqə qurulacaq. Açılış mərasimində çıxış edən hər kəs Fransada belə bir məktəbin yaradılmasının mühüm addım olduğunu nəzərə çatdırıb.

Tədbir iştirakşıları Dövlət başçısı, Möhtərəm Cənab Prezidentin yürütdüyü diaspor siaysətinin gələcəkdə böyük uğurlar gətirəcəyinə əminliklərini ifadə ediblər. Yeni məktəbdə kitabxana da fəaliyyət göstərir ki, orada ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb və gələcəkdə bu kitabxananın Komitə tərəfindən daha da zənginləşdiriləcəyi gözlənilir. Məktəbin açılışında milli geyimli uşaqlar şeirlər söyləyib, “Sarı gəlin” mahnısının sədaları altında rəqs edib, yallı gedib. Sonda simvolik tort kəsilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bu Ermənistanın idmanı siyasət alətinə çevirmək cəhdidir” – XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47 Nazirlik: Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur 21 May 2019, 16:45 “Qartal yuvası” təqdim olundu 21 May 2019, 16:44 Sumqayıt Dövlət Universitetində oğlanlara “saqqal qadağası” qoyulub 21 May 2019, 16:27 Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqləndi - FƏRMAN 21 May 2019, 16:25 Yazıçımız Rusiyada təltif olunacaq 21 May 2019, 16:11 “Cinlərə qonaqlıq vermək” adı ilə vətəndaşları aldadan ana və oğulun məhkəməsində olanlar... 21 May 2019, 15:51 Erməni əsgərlər qəzaya düşdü: ölən və yaralananlar var 21 May 2019, 15:48