Modern.az

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı birinci oldu

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı birinci oldu

22 Aprel 2019, 15:21

“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində Oş şəhər Milli Dram Teatrında böyük Qala- konsert keçirilib.

 

Modern.az xəbər verir ki, qonaqları Oş şəhərinin meri Taalaybek Sarıbaşov salamlayıb, qədim Oş şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlərə qatıldıqları üçün qonaqlara minnətdarlıq edib, türkdilli dövlətlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, müxtəlif sahələrdə birgə proqram və layihələrin həyata keçirilməsinin vacibliyindən söhbət açıb.

Konsertdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, “Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirlərinə dəvət olunan nümayəndə heyətləri, türkdilli dövlətlərin rəqs kollektivləri o cümlədən Azərbaycan ifaçıları fəal iştirak edib.

“Oş - Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində TÜRKSOY tərəfindən keçirilən Beynəlxalq rəqs müsabiqəsində Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun bədii rəhbəri olduğu F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı uğurlu çıxışına görə birinci yerə layiq görülüb. Nazir Azamat Jamankulov rəqs ansambılını bu qalibiyyət münasibətilə təbrik edib.

Sonda Oş şəhərinin meri Taalaybek Sarıbaşov tədbirlərdə iştirak edən rəqs kollektivlərinə diplomlar da təqdim edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...