Modern.az

Faiq Ağayevə vəzifə verildi

Faiq Ağayevə vəzifə verildi

27 Aprel 2019, 10:17

Xalq artisti Faiq Ağayevə vəzifə verilib.

 

Modern.az xəbər verir ki, sənətçi “Azad Azərbaycan”(ATV) televiziyasında Bədii Şuraya üzv seçilib.

 

Bu barədə Ağayevin özü şəxsi “Facebook” hesabında yazıb.

 

“ATV-nin Bədii Şurası ilk iclasını keçirdi. Əsaslı fikir mübadiləsi oldu, yaranmış probləmlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səsləndi.

 

Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığa, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm”. 

 

Qeyd edək ki, bədii şura üzvləri arasında MGP-nin rəhbəri Murad Dadaşov, əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə də var.

 

Qeyd edək ki, bədii şura üzvləri arasında MGP-nin rəhbəri Murad Dadaşov, əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə də var.

 

Şuranın sədri isə məşhur telejurnalist Etibar Babayevdir. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı