Arxiv
29 Aprel 2019, 08:30 | DİASPOR
Şimali Karolina universitetinin azərbaycanlı dosenti

Alın yazısı mücərrəd anlayışdır. Mövcudluğuna inananlar da var, inanmayanlar da. Lakin bir həqiqət danılmazdır, heç kim öz aqibətini öncədən bilmir. 

O, hərbiçi olmaq istəyirdi. Bu məqsədlə hərbi məktəbə üz tutmuşdu. Fəqət, sonda hər şey başqa cür oldu, necə deyərlər, cahanda bir general azalsa da, bir alim artdı…

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı C.Naxçıvanski adına Hərbi Liseyin məzunu Əli Əskərovdur.

O, 1970-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunda dünyaya gəlib. 1988-ci ildə orta təhsilini hərbi liseydə başa vurub, əsgəri xidmətə yollanıb. Ordudan tərxis olunduqdan iki il sonra isə Türkiyənin Orta Doğu Texniki Universitetinə qəbul olunub. Bes il oranın beynəlxalq münasibətlər bölümündə ali təhsil alıb. 1999-2001-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində magistr dərəcəsinə yiyələnib. 2001-ci ildə ABŞ-a gəlib. 2002-ci ilədək Corc Meyson Universitetində elmi tədqiqatla məşğul olub. 2003-2005-ci illərdə həmin universitetin sülh və münaqişə elmi institutunda magistraturada təhsilini davam etdirib. 2005-2007-ci illərdə Vaşinqtonda müxtəlif yerlərdə çalışıb. 2007-2011-ci illərdə Kanadanın Manitoba Universitetində sülh və münaqişələr mərkəzinin doktoranturasında təhsilini artıraraq konfliktologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. 2011-2013-cü illərdə Kanadanın Manitoba, Vinnipeq və Regina universitetlərində müəllim işləyib. 2013-cü ildən ABŞ-ın Şimali Karolina Universitetinin konfliktologiya departamentində tenure almış dosent vəzifəsində çalışır…


…Ömür-gün yoldaşı Şəlalə xanım ixtisasca həkimdir. 2015-2017-ci illərdə Şimali Karolina Universitetində terapevtik bərpa departamentində magistraturada təhsilini artırıb. Autizm cəmiyyətində işləyir. İki övladı var. Oğlu Təkin 15, qızı Fatima 11 yaşındadırlar. Yeri gəlmişkən, Fatima xanımın doqquz yaşı olanda ilk azərbaycanlı azyaşlı müəllif kimi "Aya və Maya" adlı hekayələr kitabı ABŞ-da işıq üzü görüb…


Deyir ki,- "Ən böyük arzum Qarabağın tezliklə geri alınmasıdır. İkinci arzum isə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında adının hallanmasıdır"…


Dörd kitab müəllifidir. Onlardan biri Almaniyada, üçü isə ABŞ-da işıq üzü görüb. Məqalələri Avropa və Amerika elmi jurnallarında dərc edilib. Virtual şahmat oynamağı xoşlayır. Təbiətlə ünsiyyətdən zövq alır. Bədii yaradıcılıqla da məşğul olur. İngilis dilində hekayələr, azərbaycan dilində isə şeirlər yazır. İndiyədək iki azərbaycanlı tələbəsi olub. Söylədiyinə görə, gənclərimiz çox bacarıqlıdırlar. Onları xaricdə yüksək təhsil almağa səsləyir. Maddi dəstək verə bilməsə də Şimali Karolina Universitetinə gələcək hər bir gəncə kömək etməyə hazır olduğunu dilə gətirir…

Bəli, uzaq Amerikada min bir əziyyətlə alim adına layiq görülən bu soydaşımız orduda xidmət etsəydi, bəlkə də artıq general idi. Amma bir həqiqət də var alimlər də elmin generallarıdır...


Elman Eldaroğlu,
ABŞ, Miçiqan


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə zəlzələ qurbanlarının sayı 31 nəfərə çatıb 26 Yanvar 2020, 09:17 Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirilir 26 Yanvar 2020, 09:14 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 26 Yanvar 2020, 09:00 Ermənistanda silahlı insident 26 Yanvar 2020, 00:47 Azərbaycanlı tələbələr zəlzələ zonasından Naxçıvana təxliyə olunur - RƏSMİ 26 Yanvar 2020, 00:31 Uğursuz Daşaltı əməliyyatından 28 il ötür 26 Yanvar 2020, 00:12 Naxçıvani küçəsinin seçiciləri Azay Quliyevi hərarətlə qarşıladı - FOTO, VİDEO 25 Yanvar 2020, 23:57 Vüqar Bayramov Qəhrəmanlar parkında Horadiz sakinləri ilə görüşdü - FOTO 25 Yanvar 2020, 23:39 Türkiyədə yenə zəlzələ oldu 25 Yanvar 2020, 23:18 Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTO 25 Yanvar 2020, 22:36 Kərimbəylililər də Vüqar Bayramov deyir - FOTO 25 Yanvar 2020, 22:29 Türkiyədə zəlzələ qurbanlarının sayı 29-a çatdı: 1466 yaralı var 25 Yanvar 2020, 22:11 Cavanşir Paşazadənin seçicilərlə izdihamlı görüşü - FOTOLAR 25 Yanvar 2020, 21:53 Çindən Azərbaycana gələnlər ciddi yoxlanılır - RƏSMİ 25 Yanvar 2020, 21:34 Həmişə  yanımızda olan deputatımıza yenə səs verəcəyik - FOTOLAR 25 Yanvar 2020, 21:19 Etiraz aksiyalarında 4 nəfər öldürüldü 25 Yanvar 2020, 21:02 Azər Kərimli seçicilərini evlərində ziyarət edir - FOTOLAR 25 Yanvar 2020, 20:47 Cəbrayıllılardan Ceyhun Məmmədova böyük dəstək - FOTOLAR 25 Yanvar 2020, 20:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır 25 Yanvar 2020, 20:14 Əhliman Əmiraslanova  ağır itki 25 Yanvar 2020, 20:00 Zobcuq sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşıladı - FOTO 25 Yanvar 2020, 18:00 Sumqayıtda mənzildə qadın meyiti tapılıb 25 Yanvar 2020, 17:58 Gürcüstan vətəndaşının Bakıda bank hesabı qarət edildi 25 Yanvar 2020, 17:45 Çindəki azərbaycanlı doktorant: “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram” 25 Yanvar 2020, 17:29 “5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALAR 25 Yanvar 2020, 17:23 Rövşən Sadıxov iki kəndin seçiciləri ilə görüşüb - FOTOLAR 25 Yanvar 2020, 17:11 “Dünyanın ən gözəl, ziyalı və qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” - TAHİR MİRKİŞİLİ - FOTOLAR 25 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - FOTOLAR 25 Yanvar 2020, 16:45 Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib 25 Yanvar 2020, 16:39 Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır? 25 Yanvar 2020, 16:31 Qobu Parkda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTO 25 Yanvar 2020, 16:26 XİN-dən Çindəki azərbaycanlılarla bağlı  YENİ AÇIQLAMA 25 Yanvar 2020, 16:24 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR 25 Yanvar 2020, 16:19 Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO   25 Yanvar 2020, 16:16 Çinin karantin edilən şəhərində azərbaycanlı tələbələr də var - ÖZƏL 25 Yanvar 2020, 16:08
SORĞU Yeni parlamentdə kimlər olsun?