Arxiv
1 May 2019, 12:29 | MƏDƏNİYYƏT
“İçərişəhərə avtomobil girişi qadağan olunsun, səfirlik və ofislər oradan köçürülsün” - MARAQLI TƏKLİF

“İçərişəhərin tarixi abidə kimi qorunması üçün həmin əraziyə avtomobillərin girişinə də məhdudiyyət qoymaq lazımdır”.


Bu barədə Modern.az-a nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov danışıb. O qeyd edib ki, bununla bərabər, İçərişəhərdəki iş yerlərinin, ofislərin də ləğv edilməsi müzakirə edilməlidir:


“Bildiyim qədərilə, İçərişəhər ərazisinə orada yaşayanların və çalışan vətəndaşların avtomobilləri ödənişli formada buraxılır. Əslində İçərişəhər çox da böyük ərazi deyil. Oraya avtomobillərin daxil olmasına ehtiyac yoxdur. Üstəlik iri avtomobillər daxil olduqda, dar küçələrdə manevr edə bilmirlər. Ona görə, şəxsi avtomobillərin İçərişəhərə daxil olmasını düzgün hesab etmirəm.

Vacib maşınların, yanğınsöndürən, təcili tibbi yardım, nisbətən kiçik həcmli yük avbtomobillərinin müvəqqəti girişi üçün mexanizm yaradıla bilər. Bu avtomobillər də irihəcmli olmamalıdır. Çünki həm avtomobilin manevr etməsi çətin olacaq, həm də İçərişəhərin tarixi əhəmiyyətli daş döşəmələrini  zədələyə bilər”.

Ə. Hüseynov deyib ki, diqqət etsək, avtomobillərin əksəriyyətinin səfirliklərə, xarici ölkələrin İçərişəhərdə yerləşən nümayəndəliklərinə aid olduğunu görərik:

“Nə ehtiyac var ki, səfirliklərin ofisləri İçərişəhərdə yerləşdirilib? Yenə deyirəm, bu ərazidə ofislərin açılmasına ehtiyac yoxdur. Yaxşı olar ki, İçərişəhəri tam avtomobilsiz məkana çevirsinlər. Turistlərin gəzintisi üçünsə kiçik elektrik avtomobilləri istifadə oluna bilər”.

İçərişəhərin ətrafında parketmə yerlərinin yaradılmasına gəlincə, ekspert bunun çətin olmasına da diqqət çəkib:

“İçərişəhərin ətrafı da tarixi əhəmiyyətli küçə və prospektlər, binalarla zəngindir. Ona görə, həmin ətrafda yeni parkinq yerləri yaratmaq çətindir. Amma yenə də avtomobillərin saxlanması üçün uyğun yerlər var. Məkəzi Univermağın yanında çoxmərtəbəli parklanma yeri tikilib. Fəvvarələr Meydanının arxa hissəsində özəl parklanma yeri salınıb. Dövlət İdarəçilik Akademiyasının qarşısında da məhdud da olsa avtomobillərin saxlanması üçün şərait var.

İçərişəhər metro stansiyası da İçərişəhərin az qala içərisindədir. Ətrafda avtomobilləri saxlayanda da İçərişəhərə piyada rahat daxil olmaq mümkündür. Ona görə, İçərişəhəri avtomobilsiz məkana çevirmək haqqında düşünmək olar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43 Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib 22 May 2019, 20:30 Özildən azərbaycanlı azarkeşlərə - FOTO 22 May 2019, 20:16 DTX-da “Qırmızı papaq” tamaşası nümayiş etdiriləcək 22 May 2019, 20:01 Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent Modern.az-a danışdı: “Suallar çox da çətin deyildi” 22 May 2019, 19:47 Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar 22 May 2019, 18:57 Nazir Prezident təqaüdü alan gənclərin konsertində iştirak etdi 22 May 2019, 18:48 Çin Xalq Respublikasının Sədrindən İlham Əliyevə TƏBRİK 22 May 2019, 18:44 I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 22 May 2019, 18:33 Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi 22 May 2019, 18:25 ABŞ-ın Azərbaycandakı eks SƏFİRİ: “Bakı çox təhlükəsiz şəhərdir” 22 May 2019, 18:17 Zakir Həsənov göstəriş verdi - FOTO+VİDEO 22 May 2019, 18:06 “Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir” - YAP-çı deputat 22 May 2019, 17:58 İlqar Məmmədov polisə çağırıldı 22 May 2019, 17:53 Ərdoğan İlham Əliyevi təbrik etdi 22 May 2019, 17:42 Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb 22 May 2019, 17:36 “Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib   22 May 2019, 17:30