Arxiv
2 May 2019, 08:36 | ÖLKƏ
Avropa İttifaqının səfiri: Azərbaycan öhdəliklərə əməl edib, saziş imzalanacaq”

 “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar prosesi bitən kimi sənəd imzalanacaq və bu dəqiq, hərtərəfli anlaşma bizim gələcək əməkdaşlığımızın yeni əsası olacaq", - Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestutis Yankauskas belə deyib.

Modern.az-ın məlumatına görə, Kestutis Yankauskas BBC News Azərbaycancaya Azərbaycanla Aİ arasında imzalanması gözlənənilən sazişin detalları barədə danışmasa da, texniki işlərin tez bitirilməsi üçün səy göstərdiklərini bildirib: "Proses gedir, biz sona yaxınlaşırıq. İşləyirik ki, bu anlaşma imzalansın. Hələliksə, danışıqlar prosesi davam edir".

Sazişin nə vaxt imzalanmasına dair heç bir təxmini olmadığını deyən səfir vurğulayıb ki, "Azərbaycan indiyədək qarşısına qoyulan öhdəliklərə əməl edib, hələ də buna çalışır".

"Düşünürəm ki, bizim əməkdaşlığımız buna nail olmağa gətirib çıxarıb. Biz indiyə kimi edilmiş işlərdən razıyıqmı? Bəli. Daha yaxşı ola bilərdimi? Bəli. Gələcəkdə biz daha yaxşı etməliyikmi? Bəli", - səfir söyləyib.

Azərbaycanla Aİ arasındakı öncəki anlaşmanın tarixinin 90-cı illərdə başladığını xatırladan Yankauskas, anlaşmanın həmin vaxtların reallığını əks etdirdiyini, amma həmin reallığın indi də qüvvədə olduğunu söyləyib.

"Həmin reallıq qüvvədədir, amma indi dünya daha çox irəli gedib və yeni əməkdaşlıq "yeni tənzimlənən əsaslar" tələb edir. Yeni anlaşma üçün isə Azərbaycana qarşı gözləntilər 2 il öncə irəli sürülüb".

Avropa dəyərləri

Kestitus Yankauskas əməkdaşlıq üçün "toplaşmaq, söz azadlığı, qanunun aliliyi, bazar iqtisadiyyatı, dözümlülük kimi dəyərlərin vacibliyini" vurğulayıb.

"Hər şeydən öncə bunlar Avropa İttifaqının dəyərləridir. Onların bəziləri anlaşmada da əks olunub. Azərbaycan isə artıq Avropa Şurasının üzvüdür. Düşünürəm ki, bu dəyərlərin qorunmayacağından narahat olan bəzi şəxsləri sakitləşdirməliyəm. Dəyərlərin qorunmamasının mümkün olduğunu düşünmürəm".

Səfir dəyərlərin qorunmasına misal kimi bu ilin martında Azərbaycanda verilən böyük əfv sərəncamını göstərib.

"Azərbaycanda böyük bir əfv fərmanı imzalandı. Hesab edirəm ki, Azərbaycan anlaşmanı razılaşdırmağa çalışır, yeni əməkdaşlıq qurur və bu əməkdaşlığı digər sahələrdə də genişləndirməyə çalışır. Biz bəyan etdik ki, gələcəkdə də oxşar addımların atılacağını gözləyirik", - Kestutis Yankauskas vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25