Arxiv
3 May 2019, 11:24 |
NATO-nun Hərbi Komitəsinin sədri: “Əminəm ki, Azərbaycan tərəfdaşlığa töhfə verməyə davam edəcək”

“İkinci Dünya müharibəsindən dörd il sonra 4 aprel 1949-cu ildə on iki ölkənin iştirakı ilə Vaşinqton Müqaviləsi imzalandı və Şimali Atlantika Müqaviləsi Təşkilatı rəsmi qaydada təsis edildi. Dövlətlərin müharibənin fəsadlarını aradan qaldırdığı bir zamanda, təsisçi ölkələr qarşılıqlı etimad göstərərək müdafiə Alyansını yaratdılar. Müharibə onlara birlikdə güclü olduqlarını anlatdı, beləliklə də bu ölkələr öz vətəndaşlarını və ərazilərini daha təhlükəsiz etdilər. Sonrakı yeddi onillik ərzində NATO özünün üç əsas vəzifəsini - kollektiv müdafiə, böhranların idarə edilməsi və birgə təhlükəsizliyi yerinə yetirir. Bu ilkin etimad Alyansın üzləşdiyi Soyuq müharibə, Balkan müharibələri, 11 sentyabr hücumları, ardınca isə Əfqanıstan və İraqa müdaxilə nəticəsində qurulmuşdur.
Sonrakı yetmiş il ərzində daha on yeddi ölkə Alyansa qoşulmuş, hazırda isə digər bir ölkə - Şimali Makedoniya Respublikası Alyansa daxil olma prosesindədir. Avropa və Şimali Amerika arasındakı həyati bağlantı NATO-nu tarixin ən güclü - ortaq tarix, dəyər və məqsədlərə malik olan Alyansına çevirmişdir”.


Modern.az-ın məlumatına görə, bunu NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç deyib. 


Onun sözlərinə görə, Alyans genişləndikcə onun tərəfdaşlıq şəbəkəsi də inkişaf edərək, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində birlikdə çalışan və təşkilata üzv olmayan  Avro-Atlantik məkanı, Aralıq dənizi hövzəsi, Körfəz regionu ölkələri və dünyanın bir çox yerindən olan digər tərəfdaşlarının sayı artıb:

“1994-cü ildə Azərbaycan Prezidenti Zati-aliləri cənab Heydər Əliyev NATO-nun Mənzil Qərargahına səfər edərək NATO və Azərbaycan arasında tərəfdaşlığın əsasını qoyan "Sülh Naminə Tərəfdaşlıq" çərçivə sənədini imzaladı.
İyirmi beş il ərzində bu tərəfdaşlıq inkişaf edərək bu gün malik olduğumuz çoxşaxəli əlaqələrə çevrilmişdir. Alyans beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi işində bizimlə birlikdə çalışan Azərbaycanı yaxın, etibarlı və dəyərli tərəfdaş adlandırmaqdan qürur duyur. Bu illər ərzində Azərbaycanın əməliyyat və missiyalarımıza cəlb olunması nəticəsində, tərəfdaşlığımız və uyarlığımız inkişaf etmişdir. Sizin qoşunlar 1998-2008-ci illərdə Kosovo qüvvələri (KFOR) tərkibində NATO-nun başçılığı altında keçirilən sülhməramlı əməliyyatlarda iştirak etmişdir, 2002-ci ildən 2014-cü ilin sonunadək isə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatında Alyans qüvvələri ilə çiyin-çiyinə dayanaraq bu günədək davam edən və Əfqan təhlükəsizlik qüvvələrinə təlim, məsləhət, eləcə də yardımı nəzərdə tutan Qətiyyətli Dəstək Missiyasına (RSM) dəstəyini davam etdirərək, Əfqan Milli Ordusu Etimad Fonduna töhfəsini verir, həmçinin ölkəniz NATO müttəfiqlərinə öz qoşunları, eləcə də tranzitlə quru, hava və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yardım göstərir.
Tərəfdaşlığımız Müdafiə Təhsilinin Genişlənməsi Proqramımızda iştirakınız, milli mülki fövqəladə hal və fəlakətlərin idarə edilməsi imkanlarınızın inkişafı məqsədilə Avro-Atlantik Böhranlara Cavabvermə Koordinasiya Mərkəzimizlə əməkdaşlığınız, eləcə də qoşunlarınızın uyarlığının artırılması məqsədilə Tərəfdaşlığın Uyarlılıq Təşəbbüsümüzə cəlb edilməyiniz sayəsində möhkəmlənmişdir. Sizin Alyans ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planını inkişaf etdirməyiniz, həmçinin Müttəfiq ölkələrlə əməliyyat və digər sahələrdə birgə fəaliyyət göstərə biləcək qüvvə və imkanlarınızın inkişafı məqsədilə Planlaşdırma və Analiz Prosesi üzrə öhdəçiliyiniz təqdirəlayiqdir. Bütün bu proqram və təşəbbüslər, Avro-Atlantik məkanda və onun hüdudlarından kənarda modernləşdirmə, təhlükəsizlik və sabitliyin təmin olunması sahəsində ölkənizin göstərdiyi səy və öhdəliklərin təzahürüdür.
Bu gün bizim praktiki əməkdaşlığımız potensialın inkişafından başlayaraq enerji təhlükəsizliyinin təmin edilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, müdafiə institutunun qurulması, mülki fövqəladə planlaşdırma, elmi əməkdaşlıq və ictimai diplomatiyaya qədər olan bir çox sahələri əhatə edir. Seçdiyiniz bütün sahələr üzrə sizinlə işləməyi davam etdirməkdə qərarlıyıq.
NATO-nun tərəfdaşlığı onun üçün əhəmiyyətli olub və olacaqdır. Azərbaycanın NATO-nun etibarlı bir tərəfdaşı kimi son iyirmi beş ildə əldə etdiyi nailiyyət və tərəqqini, o cümlədən regional sabitliyin güclənməsində, habelə beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində oynadığınız əhəmiyyətli rolu alqışlayıram. Əminəm ki, həm Alyans və həm də Azərbaycan son 25 ildə əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirərək bu tərəfdaşlığa töhfə verməyə davam edəcəklər. NATO-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsinə və ölkənizlə hərbi əməkdaşlığın dərinləşməsinə ümid bəsləyirəm".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30 Beş ayda dəmir yolu nəqliyyatı ilə 1,27 milyard dollarlıq yük daşınıb   17 İyun 2019, 11:29 Ağstafada kütləvi DAVA: 3 nəfər öldü 17 İyun 2019, 11:18 Lənkəran çayından kişi meyiti tapılıb   17 İyun 2019, 11:07 Bədbəxt varislər - Bir ailənin FACİƏSİ 17 İyun 2019, 10:56 Astarada çətənə yetişdirən ailə saxlanıldı 17 İyun 2019, 10:52 Qaxda zəlzələ olub 17 İyun 2019, 10:33 Kanadada yaşayan azərbaycanlı rəssam:  “Yox cavabı alanda, deyirdilər, “heç olmasa, amerikalısan” - MÜSAHİBƏ 17 İyun 2019, 10:20 Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilib 17 İyun 2019, 10:02 Xalq şairinin yubiliyar qızı - Xatirə xanım 17 İyun 2019, 10:02 Ermənilər cəbhədə təxribatlara davam edir 17 İyun 2019, 10:00 40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ 17 İyun 2019, 09:38 Qaxda kişi özünü bıçaqladı 17 İyun 2019, 09:23 Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım DEBATI - VİDEO 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43