Arxiv
7 May 2019, 14:04 | HADİSƏ
İsmayıllı, Ağsu və Şamaxının icra başçıları “zəlzələ hesabatı” verdilər

Fevralın 5-də Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat brifinqi keçirilib.

Modern.az xəbər verir ki, İsmayıllı rayonunda baş tutan tədbirdə sözügedən rayonların icra hakimiyyətlərinin başçıları bu istiqamətdə görülmüş işlər barədə media nümayəndələrinə məlumat veriblər.

İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqov bildirib ki, İsmayıllı rayonu ərazisində 114 yaşayış evi qəzalı vəziyyətə düşüb.

"Zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə rayon üzrə 176 yaşayış evinin tikintisinə başlanılıb" .

İcra başçısı qeyd edib ki, baş verən zəlzələ ölkə tarixində böyük hadisələrdən biri kimi qiymətləndirilir:

“Belə təcrübə 1981-ci ildə baş vermişdi. 6,5 gücündə zəlzələ olmuşdu və dəymiş ziyanın aradan qaldırılması üçün insanların yanına ilk gələn Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi ulu öndər Heydər Əliyev olmuşdu.

Mirdaməd Sadıqov deyib ki, fevralın 5-də olan zəlzələyə dövlət çox ciddi reaksiya verib:

“Azərbaycan Prezidenti İlham Əliyev zəlzələ bölgəsinə gəldi və zəlzələdən ziyan çəkən əhali ilə görüşüb konkret tapşırıqlarını verdi. Bu günədək zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar işçi qrupu və komissiya çox iş görüb. Episentrin mərkəzi olsa da digər qonşu rayonlara nisbətən İsmayıllı daha az ziyan çəkib”.

İcra başçısı vurğulayıb ki, sakinlərdən 66 yaşayış məntəqəsindən 1272 ərizə daxil olub, onlardan 1257-nə yerindəcə baxılıb:

“344 ev qənaətbəxş hesab edilir, 455 evin bərpasına, 344 evin təmirinə sərəncam verilib. 114 ev isə ən qəzalı ev sayılır. Onlardan 97-si vaxtilə sürüşmədən əziyyət çəkən evlərdir. Evlərdən 76-sı tikilmək üzrədir. Bundan sonra sürüşmə zonasında evlər tikilməyəcək ”.

O, zəlzələ zamanı ictimaiyyətdə ajiotaj yaranmadığını bildirib: “İctimaiyyətə təşəkkür edirəm, elə insanlar var ki, zəlzələdən əziyyət çəkənləri evində saxlayır, onlara yardım edir”.

Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev çıxışında qeyd edib ki, zəlzələ nəticəsində Ağsu rayonunda 350 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.

O bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə hazırda rayon üzrə 162 yaşayış evinin tikintisinə başlanılıb. Eyni zamanda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış evlərinin, müxtəlif sosial və infrastruktur obyektlərinin tikintisi həyata keçirilir:

“Zəlzələdən sonra dövlət başçısı rayona gələrək təbii fəlakətdən əziyyət çəkən insanlarla görüşdü və elə həmin gün dəymiş ziyanın aradan qaldırılması üçün Prezidentin Ehtiyat Fondundan 2 milyon manat ayrılması barədə sərəncam verdi”.

Daha sonra çıxış edən Şamaxı rayonunun icra başçısı Tahir Məmmədov öz növbəsində vurğulayıb ki, rayon ərazisində 284 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, 112 yaşayış evinin tikintisinə başlanılıb. Onun sözlərinə görə, Şamaxı rayonunda tikiləcək yeni çoxmənzilli yaşayış binalarından 81 ailənin yerləşdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadları aradan qaldırılmaqdadır.
Episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadları aradan qaldırılmaqdadır.

FOTO: İsmət Paşa

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  - İlham Əliyev 20 Yanvar 2020, 01:06 Qənirə Paşayeva  Əyyublu kəndində seçicilərlə görüşdü - FOTO 20 Yanvar 2020, 00:46 Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb 20 Yanvar 2020, 00:21 "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva 20 Yanvar 2020, 00:12 30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR 20 Yanvar 2020, 00:07 30 illik qürur tarixi: Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir 20 Yanvar 2020, 00:01 "Tələsmədən işləməliyik" 19 Yanvar 2020, 23:57 Hərbiçilər hökumətin pensiya islahatlarına qarşı   19 Yanvar 2020, 23:41 Azay Quliyev bir gündə üç böyük görüş keçirdi  - FOTOLAR 19 Yanvar 2020, 23:18 YAP-ın Sumqayıtdan olan  namizədi seçicilərlə NƏRD oynadı  - FOTO 19 Yanvar 2020, 22:43 İran meyitləri Ukraynaya təhvil verdi 19 Yanvar 2020, 22:22 İqbal Məmmədov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 22:08 Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib 19 Yanvar 2020, 21:45 Hicran Hüseynova seçicilərlə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 21:22 Deputatlığa namizəd Rövşən Sadıxov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 21:03 Tovuzda yanacaq doldurma məntəqəsinə basqın 19 Yanvar 2020, 20:47 Fəzail Ağamalı seçicilərlə görüşdü - VİDEO 19 Yanvar 2020, 20:31 Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07
SORĞU Yeni parlamentdə kimlər olsun?