Arxiv
14 May 2019, 08:06 | DİASPOR
Kanadada yaşayan sumqayıtlı alim

Zəhmətkeş xanımdır. Yaşadığı binanın yaxınlığındakı balaca bir torpaq sahəsində özünə bostan salıb. Orada müxtəlif gül-çiçək, tərəvəzlər yetişdirir. Təbiətlə təmasda olmağı çox xoşlayır. Təkliyi sevmir, insanlarla ünsiyyətdən mənəvi zövq alır. Mütaliə etməyi vacib sayır. Hazırda Homerin “İlliada” əsərini oxuyur. Söylədiyinə görə, pianoda musiqi ifa edərkən bütün yorğunluğunu unudur. Avropa, Amerika elmi jurnallarında onlarla məqaləsi işıq üzü görüb. Müxtəlif konfranslarda elmi çıxışlar edib…

Deyir ki,- "Azərbaycan qadınını güclü görmək istəyirəm. Arzulayıram ki, vətənində heç bir sıxıntı olmadan övladlarını rahat böyüdə bilsin"…

Haqqında söhbət açdığım bu azərbaycanlı xanım Sumqayıt şəhərində dünyaya gəlib. 1992-ci ildə orta təhsilini 35 nömrəli məktəbdə alıb. Eyni zamanda 2 saylı musiqi məktəbində beş il qarmon dərslərinə gedib. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində ali təhsilə yiyələnib. 1997-2002-ci illərdə Bakıda, İstanbulda müxtəlif işlərdə çalışıb. 2002-ci ildən Kanadanın Toronto şəhərində yaşayır…

…Ömür-gün yoldaşı Əkbər Məcidov Mərmərə Universitetinin ilahiyyat fakültəsini bitirib. Dörd övladı var. Üç oğlan, bir qız. Hamısı Torontoda orta məktəbdə oxuyurlar…

Kanadaya gələndən sonra üç il tərcüməçi işləyib. 2005-2006-cı illərdə Karlton Universitetində Avropa və Rusiya araşdırmaları üzrə magistraturada təhsilini davam etdirib. 2006-2012-ci illərdə Toronto bələdiyyəsində ahıllar evlərinə xidmət göstərən sosial qayğı departamentində kordinator işləyib. 2012-2016-cı illərdə Ruhi-əsəb xəstəxanasında mənəvi danışman vəzifəsində çalışıb. Eyni zamanda 2011-2016-cı illərdə Toronto Universitetində psixoterapiya üzrə doktorantura pilləsində elmi araşdırmalarla məşğul olub. Sonda psixoterapiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Həmçinin, 2011-ci ildən Toronto Universitetində mental xəstəliklərin potologiyası və islam psixoteropiyası fənnlərini tədris edir. 2014-cü ildən özəl psixoloji məsləhətxana açaraq insanlara xidmət göstərir…

Deyir ki,- "Əl tutmaq, yardım etmək, bağışlamağı bacarmaq insanlığa xas olan ən vacib mənəvi dəyərlərdən biridir. Bu məqsədlə 2005-ci ildə bir neçə azərbaycanlı qadınla birləşərək "Azərbaycan Qadınlarına Dəstək Mərkəzi"ni yaratdıq. Müxtəlif tədbirlərlə yanaşı Torontoda məskunlaşan xanımlarımıza maddi və daha çox mənəvi yardımlar edirik"…

O, həm də yazıçıdır. İndiyədək ingilis dilində iki kitabı nəşr olunaraq oxucuların ixtiyarına verilib. "Şiddətə məruz qalmış müsəlman qadınlarına psixoterapiya" kitabı elmi tədqiqatlar əsasında yazılıbsa, "Məhəbbətin şərbəti" isə bədii yaradıcılığının məhsuludur…

Sadə, təvazökar, necə deyərlər, ipək qəlbli bu xanımın arzuları çoxdur. Onların böyük əksəriyyəti insanlığa xidmət, ehtiyacı olanlara maddi və mənəvi yardım etməkdən ibarətdir. Bəli, sizinlə Kanadanın Toronto şəhərində yaşayan, fəaliyyəti ilə xalqımıza başucalığı gətirən Nazilə xanım İsgəndərova barəsində söhbət edirdim…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olunub - FOTOLAR 19 Avqust 2019, 11:35 Təhsil şöbəsinin müdiri işdən çıxarılıb 19 Avqust 2019, 11:16 “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi DANIŞDI 19 Avqust 2019, 11:09 Tramp: “İranlılar çox məğrur millətdir amma ...“ 19 Avqust 2019, 11:00 “Sosial şəbəkə müxalifəti” seçki yerinə yalan, böhtan düşüncəsini seçirsə... 19 Avqust 2019, 10:45 Deputatın oğlu və 5 qohumu saxlanıldı  19 Avqust 2019, 10:41 “Qaçqınkom”un Nərimanov və Sabunçu üzrə sektor müdirləri cəzalandırıldı 19 Avqust 2019, 10:34 Ermənistan atəşkəsi 23 dəfə pozub 19 Avqust 2019, 10:25 Şəmkirdə ərinin yandırdığı arvad Bakıda öldü - FACİƏ 19 Avqust 2019, 10:05 Bu gün abituriyentlərin elektron ixtisas seçimi başa çatır 19 Avqust 2019, 10:04 “Azərsu” sədri 36 vətəndaşın müraciətini dinlədi 19 Avqust 2019, 09:58 Bakıda yol polisi avtomobili qəzaya düşdü 19 Avqust 2019, 09:52 Cəbhədə vəziyyət gərgin olaraq qalır 19 Avqust 2019, 09:50 Dövlət qulluğuna qəbul imtahanından keçən şəxslərin NƏZƏRİNƏ 19 Avqust 2019, 09:49 Şəmkirdə evində yandırılan qadın xəstəxanada öldü 19 Avqust 2019, 09:40 İcra başçısı şikayətləri yerində həll etdi 19 Avqust 2019, 09:36 Rafael Hüseynov: ““Kommunist” qəzetindən aldığım məktubu açanda gözlərimə inanmadım” - MÜSAHİBƏ 19 Avqust 2019, 09:24 Manatın bugünkü məzənnəsi açıqlandı 19 Avqust 2019, 08:31 İş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayır 19 Avqust 2019, 08:30 Suriya ordusu hərəkətə keçdi 19 Avqust 2019, 00:33 Sakit Okeanda güclü zəlzələ 19 Avqust 2019, 00:14 Qax sakini Şəkidə faciəvi şəkildə öldü 18 Avqust 2019, 23:52 Xəzərdə batan 2 əcnəbi xilas edildi 18 Avqust 2019, 23:38 Təhsil eksperti ilə vəkil arasında QALMAQAL: “Onun barəsində “Mafioz vəkil”...” 18 Avqust 2019, 23:15 Psixiatriya xəstəxanasının pasienti 4 nəfəri öldürdü 18 Avqust 2019, 23:02 Almaniyada insanlara bıçaqla hücum: 2 ölü 18 Avqust 2019, 22:43 “Səbail”  “Zirə”ni məğlub etdi 18 Avqust 2019, 22:17 İsgəndər Həmidovun məhkəməsində çıxış əvəzi LƏTİFƏ  18 Avqust 2019, 22:03 Azərbaycan güləşçisi erməniyə qalib gəldi 18 Avqust 2019, 21:38 Futbolda qanlı olay: 3 nəfər öldü 18 Avqust 2019, 21:19 Türkiyədə terrorda şübhəli bilinən 10 nəfər saxlanıldı 18 Avqust 2019, 21:01 "Düşmənin fəaliyyəti müxtəlif kalibrli silahların nişangahı altındadır" - Müdafiə Nazirliyi 18 Avqust 2019, 20:44 Xarici İşlər Nazirliyindən Sudana təbrik 18 Avqust 2019, 20:30 Vilayət Eyvazov iki rayona rəis təyin etdi 18 Avqust 2019, 20:17 Yanğın 15 min evi külə döndərdi: 50 min insan küçələrdə qaldı - VİDEO 18 Avqust 2019, 20:01