Modern.az

Azərbaycanda “jalüz sezonu”na ehtiyac varmı? - Ekspert sovet standartından imtinaya ÇAĞIRDI

Azərbaycanda “jalüz sezonu”na ehtiyac varmı? - Ekspert sovet standartından imtinaya ÇAĞIRDI

Aktual

16 May 2019, 13:17

Yay və payız mövsümü gələndə sürücülərin ən çox müzakirə etdiyi mövzulardan biri də avtomobillərin arxa yan şüşələrinə jalüz taxmağa icazə və buna qoyulan qadağalarla bağlı olur. Çünki Rusiya, Ukrayna, Qazaxıstan və Türkiyədə sürücülər belə problemlərlə üzləşmilər. Bizdə isə jalüzlərə yalnız 1 may - 15 noyabr aralığında icazə verilir.

Modern.az saytı məsələ ilə bağlı yol hərəkət üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovla əlaqə saxlayıb.

Azərbaycanda “jalüz sezonu”na ehtiyac varmı?


“Bizim ölkəmizin milli standartı beynəlxalq standartlardan fərqlənir. Bizdə Sovet dövründən qalma bir yanaşma var. Bu yanaşma 2013-ci ildən yumuşaldıldı. Yay aylarında jalüz istifadəsinə icazə verildi, amma bunu tamamilə beynəlxalq standartlara uyğunlaşdırmaq lazımdır ki, söz-söhbətlər  kökündən həll olunsun. Beynəlxal standart o deməkdir ki, kresloda əyləşən sürücüdən arxada qalan şüşələr üçün heç bir şəffaflıq tələbi yoxdur. İstər pərdə, istərsə də plyonka vurulması sərbəstdir. Bizim beynəlxalq standarlarla uyğunlaşmamağımızın heç bir məntiqi açıqlaması yoxdur. Bu sadəcə o dövrdən qalmış mənasız bir ənənədir”.


Ekspert xaricdən ölkəyə avtomobillərin jalüzlərə görə cərimələnməsi məsələsinə də toxunub:


“Bu zaman iki vəziyyət mövcuddur. Gətirilən maşın ölkəmizə idxal olunursa, (yerli nömrə vurulması) yəni gömrükdə rəsmiləşdirilib Azərbaycan avtomobili olacaq və dövlət qeydiyyatına alınacaqsa, bizim standartlara uyğunlaşdırılmalıdır. Əgər tranzitlə, müvəqqəti gəlirsə və deyək ki, Rusiya, Gürcüstan, İran nömrəsi ilə daxil olubsa, onun jalüz, pərdə və plyonkasına görə heç kim həmin  sürücüyə Azərbaycanda irad tuta bilməz, cərimə yaza bilməz. Yazılarsa, qanunsuzluqdur”.


Novruz NOVRUZLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir