Modern.az

“Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva

“Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva

Aktual

18 May 2019, 23:57

"Ölkə başçısı İlham Əliyevin Brüsselə səfəri Azərbaycanla Avropa Birliyi arasındakı əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyacaq. Hazırda Azərbaycan dünyada söz sahibi olan dövlətlərdəndir. Bu da onu deməyə əsas verir ki, Avropa Birliyi bütün sahələrdə ölkəmizlə əməkdaşlıqda maraqlıdır".

 

Bunu Modern.az-a açıqlamasında deputat Sona Əliyeva deyib.

 

Deputat bildirib ki, buna qədər də Azərbaycanla Avropa Birliyi arasındakı siyasi, eləcə də iqtisadi tərəfdaşlıq və əməkdaşlıq əlaqələri çox yüksək səviyyədə olub:

"Avropa Birliyi ilə iqtisadi sahədəki əməkdaşlığımız normal səviyyədədir. Hətta ümidverici dinamizmə malikdir.  Şübhəsiz ki, bu əlaqələrin kökündə ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələr durur. TANAP, TAP kimi beyəlxalq layihələrə Azərbaycanın verdiyi töhfə, təşəbbüşkarlıq və beynəlxalq layihələrə donorluq etməsi Qərb tərəfindən hər zaman xüsusi təqdir olunub. Biz hər zaman Avropa Birliyi ilə yaxın qonşuluq siyasətinə sadiq olmuşuq. Bir sözlə, ikitərəfli əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması Azərbaycandan daha çox Qərbə lazımdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...