Modern.az

Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı

Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı

19 May 2019, 21:39

Fevral ayından itkin düşən Lerik rayon sakininin meyiti tapılıb.

 

Modern.az  “Report”a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü İveri kənd sakini İsmayılov Amil Rəvvağ oğlunun meyiti İranla sərhəd zolağı yaxınlığındakı çöllük ərazidə aşkar edilib.

 

Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.

 

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır