Arxiv
20 May 2019, 08:11 | DİASPOR
Los Ancelesin azərbaycanlı şerifi

Dərs ilinin başlanmasından on gün ötürdü. Hansı sinifdə oxuyacağını müəyyən etmək üçün nənəsi Aida xanım onu 258 nömrəli məktəbə aparır. Məlum olur ki, birinci siniflərdə yerlər dolub, cəmi bir şagird qəbul edə bilərlər. Və bu yeri tutmaqdan ötrü beş namizəd uşaq var. Məktəb direktoru uşaqların beşinə də bildikləri hər hansı bir şeiri söyləməyi tapşırır. Uşaqlardan kimisi "Xoruz", kimisi "Keçi" şeirini söyləyir. O isə "Yevgeniy Onegin"dən bir parçanı əzbərdən deyir. Bunu görən direktor boş qalan şagird yerini tutmaqdan ötrü onu seçir. Bir az sonra məlum olur ki, o, ibtidai siniflər üçün nəzərdə tutalan dərs proqramını dərindən bilir. Sınaq testini keçəndən sonra onu birbaşa beşinci sinifə götürürlər. Beləliklə? yeddi yaşlı bu uşaq orta təhsilini beşinci sinifdən başlayır…

…Atası Fərid Mirzəquliyev mühəndisdir. Azərbaycanın neft sənayesində çalışır. Anası Sevda xanım da mühəndisdir, amma heç yerdə işləmir. Hazırda evdar qadındır. Hər ikisi əslən bakılıdır. Özündən yaşca kiçik qardaşı Kamil isə əvvəlcə Bakı Slavyan Universitetini bitirsə də, sonradan Barselonada menecment ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Valideynləri ilə Bakıda yaşayır…


Haqqında söhbət açdığım Fəxri Mirzəquliyev 1982-ci ildə Bakı şəhərində dünyaya gəlib. 15 yaşı hələ tamam olmamış orta təhsilini başa vurub və indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. 2001-ci ildə maliyyə-kredit fakwltəsini bitirərək ali təhsilə yiyələnib. 2002-ci ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. Söylədiyinə görə, uşaq yaşlarından orta məktəbi bitirənədək şahmat və üzgüçülük idman növləri ilə məşğul olub. Hətta bu idman növləri üzrə respublika yarışlarında müxtəlif mükafatlara layiq də görülüb. Tələbəlik illərində isə əvvəlcə sərbəst güləşlə məşğul olsa da, bir müddətdən sonra İsrail ordusunda tətbiq olunan "Krav Maga" döyüş növü üzrə məşqlərə qatılıb. O vaxtdan indiyədək "Krav Maga" ilə məşğul olur…

Deyir ki, ABŞ-da yaşamaq gözəldir: “Burada insan əməyi layiqincə qiymətləndirilir. Problemlər arzuladığın işi əldə edəndə bitir. Ümumiyyətlə, Amerikada gözəl yaşamaq üçün ya çox ağıllı olmalısan, ya da çox işləməyi bacarmalısan"…


Fəxri Kaliforniyanın Los Anceles şəhərinə gələndə cəmi iyirmi yaşı olub. On dörd il müxtəlif işlərdə şalışıb. Fəqət ruhdan düşməyib, hədəfə doğru inamla addımlayıb. Los Ancelesdəki Kaliforniya Universitetinin hüquq fakültəsində iki illik tədris proqramını altı aya bitirərək hüquqşünas ixtisasına yiyələnib. Universiteti bitirdikdən iki il sonra nəhayət ki, məqsədinə çatıb. 2016-cı ildə sıravi polis kimi Los Ancelesdə işə başlayıb. Qısa müddətdə özünü doğruldaraq, şerif vəzifəsinədək yüksələ bilib. Hazırda həbsxanalar üzrə qanqsterlərlə mübarizə şöbəsinin şerifi vəzifəsində çalışır…


Deyir ki, burada heç kim bir-birindən fərqlənməyə səy göstərmir: “ Sən burada hər hansı bir nazirlə eyni restoranda şam edə bilərsən və heç vaxt hiss etməzsən ki, masalardan birində nazir əyləşib. Görün nə qədər gözəldir. Adama ləzzət edir. Bəli, sadəlik, təvazökarlıq amerikalıların yaşam tərzidir"…

Tez-tez balıq ovuna gedir. Xüsusi poliqonda atıcılıqla məşğul olmağı xoşlayır. Qurmandır, evdə yeməkləri özü hazırlayır. Əsasən Azərbaycan mətbəxinin təamlarına üstünlük verir. Çox ciddi və ağıllı gəncdir. Özünə hörmət etməyi bacarır. "Kim gəldi görüşmürəm, nə gəldi yemirəm, nə oldu içmirəm"  söyləyir.

“Bəs niyə bir azərbaycanlı xanım seçib evlənmirsən”, - deyə soruşanda cavabı belə oldu:  "Elə bilirsiz, evlənmək asandır? Ailə qurmaqdan ötrü gərək axtarıb-arayıb bir qız seçəsən. Seçəndən sonra isə özünü ona sevdirə biləsən, sevəsən. Bunun üçün vaxt amili vacibdir. O da məndə yoxdur"…

Bəli, Allahın möcüzəsi sandığım bu fövqaladə savadlı gəncin varlığı Azərbaycan xalqının nə qədər istedadlı, bacarıqlı olduğunu bir daha sübut edir…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək 18 Noyabr 2019, 17:32 “İmkanı olan da, olmayan da vergiləri ödəmir” - səlahiyyəti olub, pulu olmayan bələdiyyələr 18 Noyabr 2019, 17:30 Vüqar Kərəmovdan möhtəşəm qələbə - Video 18 Noyabr 2019, 17:28 Mirzə Cəlilin heykəli Bakının harasında qoyulacaq? 18 Noyabr 2019, 17:26 Manatın sabaha olan MƏZƏNNƏSİ 18 Noyabr 2019, 17:21 Rektor jurnalistə yüksək vəzifə verdi 18 Noyabr 2019, 17:15 İcra başçısı bacısı oğlunu köməkçi götürüb? - Rəsmi AÇIQLAMA 18 Noyabr 2019, 17:08 Paytaxtda küçədən qadın meyiti tapıdlı 18 Noyabr 2019, 16:59 ATƏT Belarusdakı parlament seçkilərini tanımadı 18 Noyabr 2019, 16:48 Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi 18 Noyabr 2019, 16:45 Alman polisinin saxladığı Əlövsət Əliyevdən xəbər var 18 Noyabr 2019, 16:40 Gürcüstanda etirazçılara yarım saat vaxt verildi 18 Noyabr 2019, 16:34 Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb 18 Noyabr 2019, 16:25 Prezident Vasif Talıbovu qəbula çağırdı: “Hansı işlər görülüb? Məruzə edin 18 Noyabr 2019, 16:23 Jurnalist Vüsal Tağıbəylinin “İki çay arasında cənnət” kitabı ÇAP OLUNDU 18 Noyabr 2019, 16:18 Gəncə Serbiyanın Novi Sad şəhəri ilə qardaşlaşdı - FOTO 18 Noyabr 2019, 16:02 Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? - Üç DEPUTAT 18 Noyabr 2019, 15:55  Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib - Sahibə Qafarova  18 Noyabr 2019, 15:48 Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR 18 Noyabr 2019, 15:41 Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ 18 Noyabr 2019, 15:35 “ENACTUS BEU” komandasının fəaliyyəti müzakirə olunub   18 Noyabr 2019, 15:30 Azərbaycan tolerantlıq məkanıdır 18 Noyabr 2019, 15:23 Xəzər dənizində bir neftçi batıb - HADİSƏ 18 Noyabr 2019, 15:18 İcra başçısı Qırıxlı kəndinin sakinləri ilə görüşüb - FOTO 18 Noyabr 2019, 15:15 DOST 50 mininci vətəndaşa xidmət etdi 18 Noyabr 2019, 15:07 Zahid Orucun təşkilatı ali məktəblərə qəbulla bağlı araşdırma aparıb 18 Noyabr 2019, 15:00 Ukrayna münaqişəsi ilə bağlı 4 ölkə lideri görüşəcək 18 Noyabr 2019, 14:52 Tarif Şurasından istilik xidmətinin qiymətilə bağlı AÇIQLAMA 18 Noyabr 2019, 14:45 Son iki günün dəhşətli yol qəzaları: 12 nəfər ölüb, 5 nəfər yaralanıb 18 Noyabr 2019, 14:38 Qida Təhlükəsizliyi Agentliyindən “Şahənşah” restoranındakı zəhərlənməyə REAKSİYA 18 Noyabr 2019, 14:31 Cəlilabadlı müəllimin ölüm səbəbi AÇIQLANDI 18 Noyabr 2019, 14:26 “DSMF-yə 5 milyard vəsait ayrılır, amma icrası müzakirə edilmir” - Vahid Əhmədov 18 Noyabr 2019, 14:25 Paşinyandan “Qarabağ klanı”na daha bir ZƏRBƏ 18 Noyabr 2019, 14:20 Tofiq Yaqublu azadlığa buraxılıb 18 Noyabr 2019, 14:17 Fuad Qəhrəmanlının məhkəməsi təxirə salındı  18 Noyabr 2019, 14:05