Arxiv
20 May 2019, 09:41 | HADİSƏ
3 ayda boşanmalar: “Bəzi kişilər qadın, bəzi qadınlarsa kişi kimidir”

2019-cu ilin ilk üç ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 13 191 nikah və 3972 boşanma halları qeydə alınıb.

 

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub. Ümumilikdə Azərbaycanda boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır.

 

Nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı isə çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.

 

Boşanmaların səbəbləri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bunun sosial-iqtisadi səbəbləri var, lakin psixoloji amillər də burada rol oynayır.

 

 

Sosioloq Əhməd Qəşəmoğlu Modern.az saytına deyib ki, Azərbaycanda müasir ailə modelinin necə olacağı ilə bağlı fikir aydınlığı yoxdur.

 

“Hər bir ailənin qarşısında duran konkret bir məqsədi olmalıdır. Əsas buna fikir vermək lazımdır ki, ailədə kişi-qadın münasibəti necə qurulsun ki, ailə ahəngi yaransın. Kişinin mövqeyinin öndə olmaq söhbətindən əvvəl bu məsələyə aydınlıq gətirilməlidir. Əsas meyar ailədə ahəngin qorunmasıdır. Elə məsələ olar ki, orada kişinin daha çox öndə olmağı fayda verər, başqa bir ailədə isə qadının olmağı. Ailənin bir çox funksiyaları var.  İlk növbədə insanların bir yerdə yaşaması üçün sosial bir institutdur. Hər bir ailə körpəni cəmiyyətə hazırlayan bir məktəbdir. Belə sadalayanda bir ailənin 10-15 ciddi funksiyası ortaya çıxır. Bu cür funksiyaları yerinə yetirəndə ailə modeli düzgün qurulmuş olur . Ailədə günahkar tərəf ahəngi kim pozursa odur. Yəni ailənin qarşısında duran vəzifələr hər kəsin şəxsi marağından ucada durmalıdır”.

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova düşünür ki, kişilər qadınlara qarşı fiziki zorakılıq tətbiq edirlər.

Onun sözlərinə görə, çox az hallarda qadınlar kişilərə qarşı zor tətbiq edirlər.  

 

“Qadınların törətdiyi zorakılığın da zəminini öyrənmək lazımdır. Uzun müddət zorakılığa məruz qalıb və yaxud özünü müdafiə xarakteri daşıyaraq bu addımı atıb - bu məsələnin görünməyən tərəflərindən biridir.

Mən ümumiyyətlə zorakılıq hallarını dəstəkləmirəm. Əksər hallarda görürsünüz ki,uzun müddətli zorakılığın təsiri nəticəsində belə qeyri-adekvat hərəkətlər baş verir. Onu da istintaq orqanları dəqiqləşdirir, araşdırır, yəni onların həyat tərzlərini ortaya çıxarır”.

 

M.Zeynalova qeyd edib ki, indi sosial rollar da dəyişib.  

 

“Bəzi kişilər qadın, bəzi qadınlar da kişi rolunu ifadə edir, evə daha çox xərc gətirir, evin bütün yükünü götürür. Bu kimi hallar onları qadınlıqdan da çıxarır. Elələri var ki, qadın rolunu unudur”.

 

Jalə MEHDİYEVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə terrorda şübhəli bilinən 10 nəfər saxlanıldı 18 Avqust 2019, 21:01 "Düşmənin fəaliyyəti müxtəlif kalibrli silahların nişangahı altındadır" - Müdafiə Nazirliyi 18 Avqust 2019, 20:44 Xarici İşlər Nazirliyindən Sudana təbrik 18 Avqust 2019, 20:30 Vilayət Eyvazov iki rayona rəis təyin etdi 18 Avqust 2019, 20:17 Yanğın 15 min evi külə döndərdi: 50 min insan küçələrdə qaldı - VİDEO 18 Avqust 2019, 20:01 Bakıda intiharın qarşısı alındı 18 Avqust 2019, 18:02 Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıb    18 Avqust 2019, 17:30 DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı 18 Avqust 2019, 17:23 Ordumuz düşməni nişangah altında saxlayır - Müdafiə Nazirliyi 18 Avqust 2019, 17:08 “İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi” - Sabiq nazirin vəkili DANIŞDI 18 Avqust 2019, 16:28 Mehriban Əliyevadan şəhidlərə böyük ehtiram - FOTOLAR 18 Avqust 2019, 15:58 Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR 18 Avqust 2019, 14:56 “Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu 18 Avqust 2019, 14:32 Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib... 18 Avqust 2019, 14:03 Şair Oqtay Rza vəfat etdi 18 Avqust 2019, 13:38 Oğlunu, arvadını və qayınanasını yandıran şəxs tutuldu – RƏSMİ 18 Avqust 2019, 13:30 Şəmkirdəki yanğının TƏFƏRRÜATI – Ata evə od vurdu, oğlu öldü, arvadı yandı... 18 Avqust 2019, 12:57 Sabah 39 dərəcəyə qədər isti olacaq - PROQNOZ 18 Avqust 2019, 12:31 Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı... 18 Avqust 2019, 12:16 İslam təslimiyyət kimi - Ağalar Qutun YAZISI 18 Avqust 2019, 11:57 Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi 18 Avqust 2019, 11:30 Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olub 18 Avqust 2019, 11:20 Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO 18 Avqust 2019, 11:01 Bakıda ağırçəkili sakini 8-ci mərtəbədən kranla düşürdülər 18 Avqust 2019, 10:58 Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB 18 Avqust 2019, 10:55 Toyda partlayış – ölü sayı 60-ı ötdü 18 Avqust 2019, 10:02 Neftaçalada 24 yaşlı oğlan özünü asdı 18 Avqust 2019, 09:58 Ermənistan atəşkəsi 21 dəfə pozdu 18 Avqust 2019, 09:41 Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir 18 Avqust 2019, 09:39 “Ögey ana”da başlayıb “Fəryad”la bitən tale - Ceyhun Mirzəyevə sui-qəsd… 18 Avqust 2019, 09:17 Ağsuda 4 yaşlı uşağı maşın vurdu 18 Avqust 2019, 00:29 “6 adam öldürən cinayətkarın ilk dəfə Baş prokurora danışdığı qətl...”- VƏKİL SİRLƏRİ AÇIR 18 Avqust 2019, 00:11 “Qarabağ”ın ilk oyununu isveçrəli hakimlər idarə edəcək 17 Avqust 2019, 23:42 “Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə naziri 17 Avqust 2019, 23:26 Dənizdə batan 3 nəfər xilas edildi 17 Avqust 2019, 23:09