Modern.az

Xınalıqdakı muzey bələdçisinin möhtəşəm ifası - VİDEO

Xınalıqdakı muzey bələdçisinin möhtəşəm ifası - VİDEO

20 May 2019, 13:07

Xınalıq və ya yerli dildə Kətiş. Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan Xınalıq kəndi Böyük Qafqaz dağlarının, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə yerləşir.

 

Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə olan Xınalıq kəndi Quba rayonunun ərazisinə daxildir.

 

5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir.

 

Xınalıq kənd sakinləri öz ənənəvi həyat tərzini qoruyub saxlasalar da,  minilliklər ərzində inkişaf etmiş adət-ənənələri artmaqda olan müasirləşmənin təsirinə məruz qalır.

 

Modern.az Xınalıq Tarix-Etnoqrafiya muzeyinin bələdçisinin möhtəşəm ifasını və kənddən görüntüləri təqdim edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir