Moskva metrosunda gərgin anlar yaşanıb.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, üç qatar tuneldə qalıb.
Məlumata görə, qatarlardakı 1000-dən çox sərnişin qəzadan 3 saat sonra evakuasiya edilib.
Onlardan heç birinin tibbi yardıma ehtiyacı olmayıb.
Fövqəladə Hallar Xidməti qəzaya səbəb kimi kontakt relsində gərginliyin itməsini göstərib.