Arxiv
26 May 2019, 12:56 | ƏDƏBİYYAT
Yolda

Akif Cabbarlı


Metronun “28 may” stansiyasının qənşərində qıpqırmızı avtobuslar cərgə ilə də olmasa, sıx-sıx düzülüb yaxına-uzağa gedən sərnişinləri gözləyirdi. Məni də mənzilbaşına çatdırası avtobusa minmək istəyənlərin sayı daha çox idi. Dünyanın hər yerində tətbiq olunan  növbəlilik prinsipini yaxına belə buraxmaq istəməyən bizimkilər bir-birinin ayağını, səhv elədim, ayaqqabısını bastalamaqdan, dirsək və diz hərəkətlərindən sui-istifadədən çəkinmədən irəli dürtülür, salonda oturmaq üçün yer tutmağa cəhd edirdilər. Bu basabasda şəvə kimi qara saqqallı, gödərək bir oğlan özündən azı bir baş uca olan nərmənazik qızın belini gömgöy damarları çıxmış arıq qolları ilə elə sıxmışdı ki, sanki bu saat qızı əlindən alıb qaçıracaqdılar. İstidən nəfəsi kəsilsə də, cınqırını çıxarmayan qız isə qulaqlarından ağlı-qaralı şunur sallanan oğlanın Don kazaklarının at şallağına bənzəyən qollarının arasında anasından əmdiyi südü hara boşaltmağı ağlına belə gətirə bilmirdi.


Avtobusa minmək, özü də rahat yer tapıb əyləşmək istəyən hər kəsin istər-istəməz diqqətini çəkən cütlük salona daxil olmağa tələsmirdi. Görünür, növbəti avtobusu gözləyirdilər. Nə isə. Mindik, təbii ki, mən və mən xasiyyətlilərin çoxu da ayaq üstə qaldıq. Oturmağa ehtiyac duymurdum, çünki əvvəlcədən ayaq üstə durmaq ən faydalı və dürüst çıxış yoludur. Avtobus tərpəndi və elə ikinci dayanacaqda, Səməd Vurğun bağı ilə üzbəüzdə dəri gödəkçəli iki oğlan bizimlə yol yoldaşlığına başladı. Və dərhal hamımız burnumuzu tutmaq üçün dəsmal, salfet axtarmalı olduq. Görünür, yaxınlıqdakı “Bistro” kafesindən təzəcə çıxmışdılar və orada arzuladıqları kabab əvəzinə sarımsaqdan bəsdi deyincə “nuş” eləmişdilər özləri üçün. Əlbəttə, heç kim onların kefinə soğan doğramadı və kəskin qoxu ilə barışmalı olduq. Onu da deyim ki, Azneft meydanında bu tipli daha üç oğlanın avtobusa minməsi bizə sovet dövrünün baxımsız, gözdən düşmüş əsgər kazarmasını xatırlatdı. Görünür, onlar isti su, sabun və digər gigiyenik vasitələrin mövcudluğundan və zəruriliyindən tam xəbərsiz idilər.


Bir az keçmiş isə istidən tıncıxan sərnişinlərin səsi eşidilməyə başladı:

-Sürücü qardaş, kondisioneri yandır;

-Alə, voditel, işə sal da kondisinerivü;

-İstidən bişdik ki, ay yoldaş sürücü, kondisionerin işləmir sənin?

Sürücü nəhayət dilləndi:

-Ay camaat, hələ icazə vermirlər işlətməyə, pəncərələri açın, sərin gələcək.

Açdılar, amma sərin gəlmədi.

Arxadan nataraz bir kişi lap meşədə olduğu kimi bağırdı:

-Yandır o zəhrimarı, vallah gəlsəm, qapını açıb meşox kimi səni bayıra atajam ha...

Çevrilib güzgüdə sürücünün sifətinə baxdım. Ağappaq ağarmışdı, qorxu çox pis şeydir.


Salon azacıq da olsa sərinlədi. Görünür, sürücü bir əncam çəkmişdi.


Növbəti dayanacaqda salona bir qadın girdi. Yanında üç-dörd yaşlı oğlan uşağı vardı. Hamilə olması da aydınca sezilirdi. Heç kimin ona yer vermək fikrində olmadığını görüb qarşımda oturub xəyala dalan gənc qızdan bu barədə astaca xahiş etdim, amma reaksiya olmadı. Görünür, qulağındakı şunura görə eşitməmişdi. Bir az hündürdən qısaca bir çıxış eləməli oldum. Milli dəyərlərimizdən, böyük-kiçik məsələlərindən, hamilə qadının yolu ayaq üstə getməyinin törədəcəyi fəsadlar barədə xatırlatmama məhəl qoyan olmadı. Heç kim yerindən qımzanmadı və bəziləri hətta təəccüblə məni xeyli süzdülər də. Avtobusun repreduktorundan da tanış cümlələr salona yayılırdı – xəstələrə, uşaqlara, hamilə qadınlara, qocalara yer verin və sair və ilaxır. Xeyri yox idi, sadalanan status yiyələri ayaq üstə dayanır, cavanlar, bığıburma oğlanlar, ağzı saqqızlı, qara eynəkli xanımcığazlar oturacaqlarda xumarlanırdılar. Nəhayət, bir ağsaqqal sürücüyə xitabən səsləndi:

-Qardaş, o elanı ermənicə, rusca səsləndirə bilərsənmi? Bəlkə bir faydası oldu, hə?

Yenə vəziyyət dəyişmədi. Bu dəfə həmin kişi böyürə söykədiyi əsasını götürüb güc-bəla ayağa durdu. Zorla da olsa, hamilə qadını öz yerində oturtdu.

Salonda hərə öz işində, öz kefində idi. Saqqız çeynəyən kim, telefon, planşet qurdalayan kim, ucadan lətifə danışan kim. Bircə kitab oxuyan, qəzet vərəqləyən yox idi. Bir qadının səsi isə sərnişinləri lap dəng eləmişdi. Həddindən ziyadə tosqun, iki nəfərlik oturacağa birtəhər yerləşmiş qadın telefonla kiməsə nəyisə heç cür başa sala bilmirdi: “Bax, yenə deyirəm, bolşe povtorit eləmiyəcəm, razılaşma onunla, əvvəl-axır atıcey səni. Ona sənin var-dövlətin, evin, maşının lazımdı, elənçikləri çox görmüşük...”.

Avtobus isə artıq Yeni Salyan yolu-22-də dayanacağa yan almışdı. Düşəndə gördüyüm mənzərə dilxorçuluğumu bir az da artırdı – bir kişi ilə bir qadın, yanlarında da irimik oğlan uşağı dayanacağı əhatələyən yaşıllığı əzə-əzə enişlə aşağı düşürdülər. küləkdən qorunmaq üçün isə bu yaxınlarda iməcilikdə əkdiyimiz körpə küknar ağaclarından yapışırdılar. Beş-on metr qabaqda isə rahat, daş döşənmiş piyada səkisi uzanırdı. Öz-özümə məhəlləmizdə yaşıllıqlara ürəklə qulluq edən ağsaqqalı xatırlayıb bu sözləri mızıldadım – Bayram kişi, heyif sənin əziyyətindən...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nyu-York ştatında komendant saatı tətbiq olunur 2 İyun 2020, 00:55 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edildi 2 İyun 2020, 00:38 Helikopter qəzasında 4 nəfər öldü 2 İyun 2020, 00:23 Bulvarda şəkil çəkmək istəyən gənc dənizə düşdü 2 İyun 2020, 00:07 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 1 İyun 2020, 23:52 Etirazçılara qarşı bunu da etdilər - VİDEO 1 İyun 2020, 23:39 Paytaxtda COVID-19 qurbanlarının sayı 2624-ə çatdı 1 İyun 2020, 23:24 Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb 1 İyun 2020, 23:11 Avropa Olimpiya Komitəsinin prezidenti öldü 1 İyun 2020, 22:54 “ÜST vasitəsilə  yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik” - İlham Əliyev 1 İyun 2020, 22:40 Bakıda motosiklet yük maşınına çırpıldı 1 İyun 2020, 22:27 Azərbaycan prezidenti: “Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik” 1 İyun 2020, 22:16 Qənirə Paşayeva 500 Tovuz məktəblisinə kitab hədiyyə edib 1 İyun 2020, 22:11 “Dörd ay ərzində qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunub” - İlham Əliyev 1 İyun 2020, 22:04 “Hazırda biz yeni layihələr üzərində işləyirik” - Prezident 1 İyun 2020, 21:53 ABŞ-da küçəyə çıxma qadağası 1 İyun 2020, 21:44 Türkiyədə sutkalıq COVİD-19 qurbanlarının sayı  23 nəfərədək azaldı 1 İyun 2020, 21:28 "Qarabağ" məşqləri bərpa etdi 1 İyun 2020, 21:16 Bu ölkədə koronavirus qurbanlarının sayı 33 475-ə çatdı 1 İyun 2020, 21:04 Goranboyda taxıl biçininə start verildi - FOTO 1 İyun 2020, 20:48 Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var 1 İyun 2020, 20:38 Sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi aktualdır 1 İyun 2020, 20:25 Azərbaycanda sabiq bələdiyyə sədrini döyüb xəstəxanalıq etdilər 1 İyun 2020, 20:14 Atışmada iki hərbçi öldü 1 İyun 2020, 20:01 Putinlə Tramp telefonla danışdılar 1 İyun 2020, 19:57 AFFA mövsümü dayandırdı - çempion bəlli oldu 1 İyun 2020, 19:48 Milli Məclis müsabiqə elan etdi 1 İyun 2020, 19:39 Mərkəzi Bankdan TƏKZİB: “Qeyd olunan məlumat həqiqəti əks etdirmir” 1 İyun 2020, 19:30 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri - Fotolar 1 İyun 2020, 19:20 UNEC-də bəzi kafedra və fakültələr ləğv edildi 1 İyun 2020, 19:10 Qapıları 70 gün müştərinin üzünə bağlı qalan “Mall”lardan FOTOREPORTAJ 1 İyun 2020, 19:00 Azərbaycanda koronavirus testindən keçənlərin sayı 300 mini keçdi - RƏSMİ 1 İyun 2020, 18:52 Litva Prezidenti İlham Əliyevi təbrik edib 1 İyun 2020, 18:44 Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu 1 İyun 2020, 18:36 Şəhərdə dolaşan ayı ilə bağlı daha bir AÇIQLAMA 1 İyun 2020, 18:31