Modern.az

Türkiyə Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib

Türkiyə Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib

Aktual

27 May 2019, 00:02

Türkiyənin müdafiə naziri Hulusi Akar Gürcüstan prezidenti Salome Zurabişvili ilə təkbətək görüş keçirib.

Modern.az ONA-nın Gürcüstan bürosuna istinadən xəbər verir ki, görüş mətbuata qapalı olub.

 

Türkiyəli nazir daha əvvəl gürcü həmkarı Levon İzoria ilə də görüşüb. Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi, NATO çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan formatında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

 

Qeyd edək ki, Türkiyə müdafiə naziri Hulusi Akar Gürcüstanın müstəqilliyinin 101-ci ildönümü münasibəti ilə keçirilən hərbi paradda iştirak etməsi üçün Tbilisidə səfərdədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır