Arxiv
30 May 2019, 12:14 | HADİSƏ
Bakının ürəkbulandıran adamları...

Bakı Avropanın gözəl şəhərləri sırasında hesab olunur. Bunu həm öz vətəndaşlarımızdan, həm də paytaxtımıza gələn turistlərdən tez-tez eşidirik. Bizim vəzifəmiz bu gözəlliyi qoruyub saxlamaqdır. Təəssüf ki, bir çox hallarda şəhərimizin görünüşünə xələl gətirən davranışların da şahidi oluruq. Hara gəldi tüpürmək, yerə saqqız atmaq, sönmüş siqaret kötüyünü zibil qutularına deyil, küçəyə tullamaq... Bu kimi xoşagəlməz davranış sərgiləyənləri cərimələmək olarmı? Məsələn, İtaliyada 2015-ci ildə qanun qəbul olunub. Orada belə şəxslər ciddi pul cəzasına məruz qalırlar.


Modern.az saytı
bu mövzuyla bağlı sosioloq Əhməd Qəşəmoğlu və Milli Məclisin deputatı Fazil Mustafanın fikrilərin oyrənib.


Əhməd Qəşəmoğlu bildirib ki, bizdə də ictimai yerləri zibbiləyənlərin, xoşagəlməz və ürəkbulandıran davranışlara yol verənləriin cərimələnmasinə böyük ehtiyac var:


“Hər bir xalqın davranışı eyni zamanda o xalq haqqında fikir yaradır. Vətəndaşlar zibili hara gəldi atanda ilk növbədə özümüz üçün pisdir ki, şərəmizi çirkləndirir və və səliqəsiz edirik.  İkincisi, tursitlərdə bizimlə bağlı pis fikir yaranır. Onlar deyir ki, bu xalq təmizkar deyil. Əgər şəhər natəmiz olursa, 5 ulduzlu otel belə olsa, yeməxanada yemək istəmirsən. Fikirləşirsən ki, bu yeməkləri də o pinti insanlar hazırlayır.
Qloballaşmanın sürətlə getdiyi, ölkələrin bir-birinə daha çox diqqət ayırdığı və turistlərin gəlib-gedən vaxtında bu məsələ  diqqət mərkəzində olmalıdır. Biz çalışmalıyıq ki, davarnışımızla ölkənin nüfuzunu qaldıraq. Sosiologiyada davarnış mədəniyyəti deyilən bir anlayış var. Biz çalışmalıyıq ki, bu mədəniyyət bizdə yüksək olsun. Bu davarnışa təsir edən 3 mühüm amil var: mühit, insanların aldığı informasiyanın məzmunu və insanların üstünlük verdiyi dəyərlər.
Deməli əgər biz bu gün davarnışımızla bağlı arzuolunan halda deyiliksə, burda mühitin günahlarını axtarmalıyıq. Eyni zamanda, bilməliyik ki, insanlarımıza verdiyimiz informasiyanı, maarifləndirmə işimizin və təhsil sitemimizin hansı günahları var”.


Sosioloq deyir ki, bu sahədə təkliflə problemlər həll olunmaz:


“Dövlətimiz bu sahədə sosial işlər görməlidir. Hər halda problem yazıçı, jurnalist, yaxud deputatın təklifi ilə həll olunmaz. Gərək biz mütəxəssilərin iştirakı ilə cox ciddi elmə əsaslanmış fəaliyyət proqramı hazırlayaq. Orda da məlum olacaq ki, maarifləndirmə işimiz düz getməlidir, qanunvericilikdə hansı dəyişikliklər olmalıdır, hüquq-mühafizə orqanları bu işə nə cür qoşulmalıdır, hətta din xaidimləri bu barədə nə müsbət iş görə bilərlər. Valideyn və məktəbin tərbiyəsi də nəzərədə tutulanda, bu olur fəaliyyət proqramı. Sonra da həyata keçirilir. Təssüf ki, bu sahədə boşluq var”.


Depuat Fazil Mustafayev xoşagəlməz davranışı mədəni səviyyə ilə əlaqələndirib:

“Bu kimi problemlərin qarşısını almaq üçün mədəni səviyyəni artırmaq lazımdır. Həmçinin,  həmin şəxslərə cəza tətbiq olunmalıdır. Belə cəzalar İnzibati Məcəllədə nəzərdə tutulub. Yerə zibil atmaq, tüpürmək problemi bütövlükdə mədəni səviyyə ilə bağlıdır. Ona görə də bu kimi məsələlərə daha çox mənəvi məsələ kimi baxmaq lazımdır. Yəni şəhəri zibilləmək yanlış addım sayılmalıdır. İnsanlar özləri buna reaksiya verməlidirlər”.

Deputat vətəndaş reaksiyasının önəmini vurğulayıb:

“Baltikyanı ölkələrdə hər hansı parkı zibilləyən adama birinci vətəndaş reaksiya verir. Bizdə isə vətəndaş reaksiya verəndə çoxları həmin adamı linç etməyə çalışır, çünki onu qoruyucu mexanizm yoxdur. Biz elə etməliyik ki, hər hansı bir vətəndaşla bağlı belə bir problem olanda, onun qoruyucu mexanizmi tapılsın”.


Novruz NOVRUZLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Canəli Əkbərov xəstəxanada 27 İyun 2019, 00:58 Vyanada güclü partlayış: 10 nəfər yaralandı 27 İyun 2019, 00:47 7 nəfər ölümdən son anda qurtuldu 27 İyun 2019, 00:31 Şəhid hərbçilərin övladları üçün robotiks təşkil olundu - FOTOLAR 27 İyun 2019, 00:14 “Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycanda yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43