Modern.az

Həyatını riskə atan azərbaycanlı qadınlar - Onların sayı niyə artıb?

Həyatını riskə atan azərbaycanlı qadınlar - Onların sayı niyə artıb?

Hadisə

31 May 2019, 08:43

“Gözəllik qurban tələb edir” düşüncəsi ilə bəzi qadınlar öz həyatlarını görünüş xatirinə riskə atırlar. Söhbət bəzən estetik əməliyyatların ölümlə nəticələnməsindən gedir.
Artıq çəki problemi yaşayan xanımlar bəzən bu  məsələni əməliyyat yolu ilə həll etməyə çalışırlar. Hazırda  bir çox gənc qız və qadınların üz tutduğu qarın piylərinin liposaksiyası əməliyyatı ölüm təhlükəsi yüksək olan əməliyyatlardandır.


Bir neçə gün öncə "Baku Medical Plaza”da liposaksiya əməliyyatı keçirən, özü də həkim-ginekoloq olan Sona Gürgün Vəliyevanın  dünyasını dəyişməsi sonuncu misal ola bilər.

Əməliyyat prosesindən danışan cərrah Vaqif Qələndərli Modern.az-a bildirib ki, liposaksiya həyata keçirən həkim bu sahənin mütəxəssisi olmalıdır.

 

“Bu cür ciddi əməliyyatı qeyri-peşəkar həkimə etibar etmək olmaz. Əməliyyat sırasında ölüm riski bu proses üçün xarakterikdir. Liposaksiya əməliyyatında qorxulu məqamlardan biri tromb-embaliya riskidir. Bir də bəzən götürülən piyin miqdarı bədən çəkisi ilə uyğun gəlmir. Bu halda da əməliyyat ciddi fəsadla nəticələnə bilər.  Əməliyyatdan əvvəl həmin şəxs həkim tərəfindən müayinə edilməlidir.  Əgər bədəndə hemoqlabinin və qanın  səviyyəsi aşağıdırsa, həmçinin qanda laxtalanma yüksəkdirsə, liposaksiya əməliyyatı həyata keçirmək olmaz”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır