Arxiv
2 İyun 2019, 15:12 | MƏDƏNİYYƏT
“QAZ-24”, SSRİ “QAİ”si, Qasım Qasımzadə, mən, bir də Brejnev

Nəriman Qasımoğlu


1978-ci ilin sentyabr ayıdır, cənubi Yəmənin paytaxtı Ədəndə tərcüməçilik işimin müqaviləsi bitib, vətənə qayıtmağa hazırlaşıram. Evə teleqram vururam Moskvaya gəlib məni qarşılasınlar. Əvvəlcədən göndərdiyim məktubda da gəlişimi bildirməklə yanaşı, yazmışam ki, yığdığım maaşla Moskvadan "QAZ-24" də almalıyam, maşını Bakıyadək sürə-sürə aparmalıyıq, sən də (Qasım Qasımzadə) Moskvaya gələndə sürücülük vəsiqəsini özünlə götürməyi unutma.


Deməli, Ədəndən Moskvaya gəlib çıxıram, valideynlərim Kiyevdə təhsil alan qardaşım Xansuvarla məni aeroportda qarşılayırlar, doğmalarla birlikdə gedirik məşhur “Moskva” mehmanxanasına. Birdən məlum olur Qasım müəllim sürücülük vəsiqəsini Bakıda qoyub gəlib. Gülüşürük. Qasım müəllim də özünü o yerə qoymayıb bizə gülə-gülə qoşulur pərtliyini biruzə verməsin. Deyir bir şey fikirləşərik...

Səhəri gün gedir SSRİ "QAİ"sinin general rütbəli naçalnikinin (familiyasını unutmuşam) görüşünə. Sovet generalı onu – Azərbaycan şairini hörmət-izzətlə qəbul edir, hal-qəziyyəni biləndən sonra deyir “не волнуйтесь, все в наших руках”. Dəstəyi qaldırıb katibinə göstəriş verir onu Azərbaycan "QAİ"sinin şefi Fətulla Hüseynovla (sonralar camaat arasında “qara polkovnik” ləqəbini qazanmış mərhum Fətulla Hüseynov) calaşdırsın. Qasım Qasımzadə ilə o zamanlar dost münasibətində olan Fətulla müəllim şair haqqında yaxşı sözlərinə onun səliqəli sürücü olduğunu da əlavə edərək, moskvalı rəhbərini arxayın salır. General da bunun ardınca katibinə deyir ki, belə bir məzmunda əmr hazırlasın: “Приказываю сотрудникам государственной автомобильной инспекции оказать содействие товарищу Касумзаде Касуму Хансувар оглы в его беспрепятственном следовании в новокупленном автомобиле от Москвы до Баку”.
Sonra da Qasım müəllimdən xahiş edir yollarda təhlükəsizlik qaydalarını gözləsin. Ayrılanda da mehribancasına “буду за Вас переживать” deyir.


Mehmanxanadayıq, bir də baxırıq Qasım müəllim generalın imzaladığı və SSRİ "QAİ"sinin möhürü olan əmrin surətilə gülümsəyə-gülümsəyə bizə yaxınlaşır. Sənədin mahiyyətindən bizi agah edib zarafatla deyir, görürsünüz də, fərqi yoxdur, Bakı olsun, ya Moskva, "QAİ"lərlə hər yerdə dostam...

Zarafatla dediyində bir həqiqət payı vardı. Fətulla Hüseynovdan əvvəl də Azərbaycan "QAİ"sinin naçalniki Azad Quliyevlə (mərhum həm də şair idi, Azad Talışoğlu imzası ilə şeirlər yazırdı) yaxın münasibətdə olmuşdu. O qədər yaxın ki, cavanlığına salıb Bakı küçələrində sükan arxasında yol hərəkəti qaydalarını tez-tez pozar, müfəttişlər saxlayanda da yarızarafat ərklə deyərmiş qaydaların pozulmasına icazəni şəxsən Azad Quliyevin özündən alıb. Zavallı müfəttişlər də çox zaman bir söz deməyib məcbur imişlər bu "naruşitel"dən (yaxınları, dost-tanışları arasında bu ləqəbi özü qazanmışdı) əl çəksinlər. Müfəttişlərə çəkdirdiyi “zülmlərə” baxmayaraq, əslində onlara xoş bir münasibəti də vardı, “İzlənən kölgə” adlı bir şeir də həsr etmişdi onlara. Süjetli şeirdə ərköyün sürücüləri qarabaqara izləyən fəlakət kölgəsini bir müfəttiş obrazı izləyir. Azad Quliyev həmin şeiri tabeçiliyindəki işçilərə tez-tez oxutdurarmış...


Xansuvarı Kiyevə yola salırıq, ardınca da Yəməndə qazandığım valyuta ilə "QAZ-24"ü alıb Moskvadan yola düşürük. Nömrəsiz maşın ola, "QAİ" müfəttişlərinin də bol vaxtı. Hər şəhərdə, qəsəbədə səni saxlamayıb daha neyləməlidirlər ki... Müfəttişlər hər dəfə saxlayıb sənəd tələb edəndə Qasım müəllim generalın əmrini onlara təqdim edib deyir: «личный приказ от самого генерала...».
Əmri oxuyan müfəttişlər də dərhal, o zamanın dili ilə necə deyərlər, “çest” verir, “счастливо ехать” deyib xoş əhvalla yola salırlar. Beləliklə, Azərbaycan sərhədinə (bir-iki yerdə gecələməli olduq) çatanadək sovet avtomobil müfəttişləri bizi dəfələrlə təzimlə yola salmalı olurlar. Hər dəfə də Qasım müəllimin «личный приказ от самого генерала...» sözü bizi əyləndirir, yolboyu darıxmağa qoymur.


Azərbaycan sərhədindən Bakıya qədərki yolda isə dilxorçuluqdur, nədənsə bizi heç saxlayan yox. Sükan arxasında özüməm, Qasım müəllimə deyirəm, icazə ver bir az xuliqanlıq edim, qaydanı pozum, maşını saxlasınlar, baxaq görək öz dilimizdə "QAİ"lərə “generalın şəxsi əmridir” deyib kağızı göstərsək, necə reaksiya verəcəklər. İcazə vermir.


Yol yorğunluğu içində gəlib çıxırıq doğma Bakıya. Dar yollarla maşını sürüb Həzi Aslanov küçəsindən o zamankı Hüsü Hacıyev küçəsinə, indiki Azərbaycan prospektinə çıxmaq istəyirəm ki, on-on beş metr aralıdakı binamızın həyətinə daxil olum. Yolu bağlayıblar. Deyirlər Leonid İliç Bakıdadır, H.Hacıyevdən keçəcək deyə gözləməli olacaqsınız. Qasım müəllimə deyirəm generalın şəxsi əmrini göstər həyətimizə girə bilək. Gülüb deyir "sən nə səbirsizsən. Gözlə, qoy Brejnev gəlib keçsin də. Biz gedib evdə gözləyək, sən də maşında, onun adamı sənə bu qədər hörmət eləyib, üç min kilometri buraya qədər hörmət-izzətlə gəlib çıxmısan, sən də onun özünə hörmət elə, öz evimizin yanındaca qarşıla, yola sal, sonra gələrsən".


Əlacım kəsilir, səbirsizliklə Brejnevin yolunu gözləyirəm. Sentyabr ayının 20-sidir. Bakıya ikinci səfəridir. Onu o qədər səbrsizliklə gözləmişik ki, başqa sovet şəhərləri ilə müqayisədə Bakıya gəlişləri rekord vurmuşdu, üçüncü dəfə də 1982-də təşrif buyurmuşdu paytaxtımıza. Xülasə, Brejnevi bir saat gözləyirəm, onu gözlərimlə qarşılayıb "Azdrama" istiqamətində yola, "QAZ-24"ü də həyətə salıram. Qalxıram evə. Qasım müəllim gülə-gülə deyir: “İndicə Fətulla zəng etmişdi, deyirdi həmin o general Leonid İliçlə bir yerdə gəlib, Bakıdadır, sizi soruşurdu ki, mənzil başına sağ-salamat gəlib çatıblarmı... Sağ olsun, “буду за Вас переживать” sözlərini boş yerə deməyibmiş...”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ə çatıb 9 İyul 2020, 21:28 Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - YENİLƏNİB 9 İyul 2020, 21:14 6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub 9 İyul 2020, 21:09 Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə görüşü keçirilib 9 İyul 2020, 20:53 Smartfonların elektromaqnit radiasiya səviyyəsi açıqlandı - SİYAHI 9 İyul 2020, 20:41 Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq 9 İyul 2020, 20:33 Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR 9 İyul 2020, 20:03 Pandemiya ilə mübarizə aparan tibb işçiləri ilə bağlı 2 VACİB TƏKLİF                              9 İyul 2020, 19:54 Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar... 9 İyul 2020, 19:45 Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38