Arxiv
7 İyun 2019, 15:25 | MƏDƏNİYYƏT
“Şahbaz Xuduoğluna hər cür şərait yaratdıq” - Bakı Meriyası  

“Biz hər il parklarda kitab yarmarkaları təşkil etməklə yaddaşları təzələmək istədik. “Əlyazmalar yanmır deyirlər, amma “kitablar unudulur”, lazım gələndə hətta “yandırılır” - biz bunu öz təcrübəmizdən bilirik. Bakı Şəhər Ticarət Departamentindən haqqı ödənilməklə Nərimanov və Elmlər Akademiyası parkında yaz-yay aylarında endirimli yarmarkalar təşkil edirdik. Yazarlar, jurnalistlərlə kitab satırdıq. Parklarda gəzişən, təsadüfi keçənlərə yeni kitabları nümayiş etdirir, bəzən bütün günü kitablardan danışırdıq.

Bu il isə “OLMAZ”  deyirlər, Bakı şəhərinin yeni başçısı kitab yarmarkasına icazə vermir. Yoxlama kitaba gəlir, gömrük kitabı durdurur, bomba nəşriyyatda axtarılır, oğru kitab dükanını yarır, başçı kitabı yasaq edir..”.

 

Modern.az-ın məlumatına görə, bunu “Qanun Nəşrlər Ev”inin rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkədə bildirib.

 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Meriyanın kitab satışına yasaq qoyması ilə bağlı məlumat həqiqəti əks etdirmir:

 

“Eldar Əzizovun özünün kitaba böyük marağı var və hər zaman kitab təbliğatına üstünlük verir. Hətta işçiləri arasında da kitab təbliğatını aparır. Eldar müəllim özü də kitab müəllifidir. Gəncə, Sumqayıt, Səbaildə olanda kitab bayramları keçirilib. Axırıncı dəfə Səbail rayonundakı “Sahil bağı”nda Şahbaz Xuduoğlu özü də tədbirdə iştirak etdi. Ona kitablarının satışının təşkili üçün hər cür şərait yaratdıq. İndi bu cür münasibət göstərməsi təəccüb doğurur”.

 

İ.Kərimov qeyd edib ki, kitab yarmarkası keçirilməsi üçün Meriyaya rəsmi müraciət olunmayıb:

 

“Şahbaz Xuduoğlu Ticarət və Xidmət Departamentinə müraciət edərək, metronun “Gənclik” stansiyasının çıxışında kitab yarmarkası keçirmək istədiyini bildirib. Departament isə ona cavab verib ki, ərazi “Bakı Metropoliteni”nə aid olduğu üçün həmin quruma müraciət etsin. Buna görə Meriyanı ittiham etmək doğru deyil”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ərazilərdə qaz kəsiləcək 18 Oktyabr 2019, 09:49 Ermənilər atəşkəsi 21 dəfə pozdu 18 Oktyabr 2019, 09:42 Kişilər olub e! 18 Oktyabr 2019, 09:37 ABŞ-la Türkiyə Suriya məsələsində razılaşdılar: YPG ərazidən çəkiləcək 18 Oktyabr 2019, 09:35 Fəttah Heydərov: “Tezliklə Qarabağda da belə bayramları qeyd edək!” 18 Oktyabr 2019, 09:34 Gülmirənin dünyası... 18 Oktyabr 2019, 09:30 Mehriban Əliyevadan Dövlət Müstəqilliyi Günü TƏBRİKİ 18 Oktyabr 2019, 09:19 Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏT 18 Oktyabr 2019, 09:03 Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz… 18 Oktyabr 2019, 08:51 İsveçrənin geniş tərkibli nümayəndə heyəti Azərbaycana gəlir 18 Oktyabr 2019, 08:21 Ermənistan ordusunun son 25 ildə verdiyi İTKİLƏR - 5646 hərbçi ölüb 18 Oktyabr 2019, 08:08 El-Klasiko təxirə salınıb 18 Oktyabr 2019, 00:46 Məşhur idmançımız xəstəxanaya yerləşdirildi - FOTO 18 Oktyabr 2019, 00:20 Müstəqilliyimizin bərpasının 28 illik tarixi... 18 Oktyabr 2019, 00:02 Bakıda sərnişin avtobusu qəza törətdi 17 Oktyabr 2019, 23:47 Azərbaycan nefti bahalaşdı 17 Oktyabr 2019, 23:31 “Qarabağ”ın oyununa 30 min bayraq sifariş verildi   17 Oktyabr 2019, 23:12 “Məmurların əlində oyuncağa çevrilən mətbuat orqanları var” - Umud Mirzəyev 17 Oktyabr 2019, 23:02 Bakıda gənc oğlan itkin düşdü 17 Oktyabr 2019, 22:56 “Türkiyə əməliyyata  fasilə verir” - Çavuşoğlu aydnlıq gətirdi, VİDEO 17 Oktyabr 2019, 22:43 Ramal "Maşın"ı belə tərk etdi - VİDEO 17 Oktyabr 2019, 22:25 ABŞ-la Türkiyə razılaşdı: Suriyada əməliyyatlar dayandırılır - FOTO 17 Oktyabr 2019, 22:13 Bakıda şagird idarəetmə sistemi yaradıldı 17 Oktyabr 2019, 21:48 Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı 17 Oktyabr 2019, 21:29 Türkiyənin Suriyada  zərərsizləşdirdiyi  terrorçu sayı 700-ə çatdı 17 Oktyabr 2019, 21:16 Uşaq hüquqları aylığına start verilir 17 Oktyabr 2019, 20:58 Ağstafada itkin düşən qadın Bakıda tapıldı 17 Oktyabr 2019, 20:44 Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir 17 Oktyabr 2019, 20:27 Əhalinin gəlirləri 6.7 faiz artıb 17 Oktyabr 2019, 20:16 Azərbaycan - Slovakiya oyununun stadionu dəyişdirildi 17 Oktyabr 2019, 20:01 Lukaşenko: "Rusiya dövlət deyil..." 17 Oktyabr 2019, 19:53 Ərdoğan “görüşməyəcəm” dediyi amerikalı vitse-prezidenti qəbul etdi 17 Oktyabr 2019, 19:34 “Prezident eyhamla söylədi ki, özünüzü yığışdırın” - Dövlət başçısının mesajları kimlərə ÜNVANLADI 17 Oktyabr 2019, 19:29 İstanbulda yeni zəlzələ proqnozlaşdırıldı 17 Oktyabr 2019, 19:24 Ermənistanda yaşayış binası çökdü 17 Oktyabr 2019, 19:09