Modern.az

“O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmələrində baxılacaq” – Əli Hüseynli

“O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmələrində baxılacaq” – Əli Hüseynli

13 İyun 2019, 13:45

“İctimai müzakirələr zamanı belə təəssürat yaranırdı ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklikdə məqsəd bütövlükdə sahibkarlıqla bağlı məsələlərə bir məhkəmədə baxılmasıdır. Bu, belə deyil”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

 

Onun sözlərinə görə, inzibati məsələlərə inzibati məhkəmələrdə baxılacaq.

 

“Amma o yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmələrində baxılacaq. Bunun anlayışı da verilib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!